Futbol oyunu zamanı meydançada bir komandanın 11 üzvü çıxış edir. Oyun ərzində bir komandada 2 sahə oyunçusu(sahə oyunçusu - qapıçı olmayan oyunçuları adlandırırıq) qırmızı vərəqə alaraq meydandan xaric edildi. Meydançada qapıçılardan savayı cəmi neçə oyunçu qaldı?
Qonaqlığa ən sonda gələn bir ailənin 3 üzvü qonaqlıqda olan digər şəxslərlə bir-bir görüşür və sonra məclis başlayır. Qonaqlıqda cəmi 20 şəxs iştirak edibsə, ən sonda gələn ailənin üzvləri bir yerdə digər qonaqlarla cəmi neçə dəfə görüşüblər?
Bilik yarışmasında iştirak edən 8 tələbə yarışma başlamadan öncə bir-birləri ilə əl görüşüb qarşılıqlı uğurlar arzu etdilər. Cəmi neçə əl görüşməsi oldu?