Qonaqlığa ən sonda gələn bir ailənin 3 üzvü qonaqlıqda olan digər şəxslərlə bir-bir görüşür və sonra məclis başlayır. Qonaqlıqda cəmi 20 şəxs iştirak edibsə, ən sonda gələn ailənin üzvləri bir yerdə digər qonaqlarla cəmi neçə dəfə görüşüblər?
Futbol oyunu zamanı meydançada bir komandanın 11 üzvü çıxış edir. Oyun ərzində bir komandada 2 sahə oyunçusu(sahə oyunçusu - qapıçı olmayan oyunçuları adlandırırıq) qırmızı vərəqə alaraq meydandan xaric edildi. Meydançada qapıçılardan savayı cəmi neçə oyunçu qaldı?
Şirkətə Aydan, Emil, Zaur adında üç işçi gəlib. Onlar mühasib, proqramçı və kargüzar vəzifələri üzrə işləyəcəklər.Mühasib vəzifəsində işləyəcək işçi qadın deyil.Emil kargüzar vəzifəsində işləyəcək.Zaur hansı vəzifədə işləyəcək?