Əl-Bəqərə surəsi - Ayə: 1

Məkkəvi Quran-ı Kərim

Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın (Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə - səlləllahu əleyhi və alih) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 1. Ayənin Təfsirləri

NUR TƏFSİRİ : Bəqərə 1 ci ayə MÖHSÜN QƏRAƏTİ.

“Əlif, lam, mim”

(Quranın əsrarəngiz müqəttəə hərfləri)

 

Nöqtələr

◘Müqəttəə hərflər haqqında müxtəlif fikirlər söylənilmişdir. O cümlədən:

  1. Quran əlifba hərflərindən yaradılmış hamının ixtiyarına verilmiş bir möcüzədir. Əgər bacarırsınızsa, siz də bu hərflərdən möcüzə yaradın.
  2.  Bu üç hərf uyğun surənin adıdır.
  3. . Bu hərflər ilahi ismi-əzəmə işarədir.
  4. Bu hərflər bir növ ilahi andlardır.

5.  Bu hərflər Allah Onun peyğəmbəri arasındakı sirlərdəndir. Bəzi rəvayətlərə görə bu rəmzlərdən yalnız Allah xəbərdardır.

Amma birinci baxış həqiqətə daha çox uyğun görünür. Çünki Quranın  surəsindən -u bu hərflərlə başlayır ki, onun -ündən sonra Quran onun möcüzə olmasından danışılır. Bu surədə də müqəttəə hərflərdən sonra Quranın əzəmətinə işarə olunmuşdur.

“Şura” surəsində də “Ha, mim, əyin, sin, qaf” müqəttəə hərflərindən sonra eyni mövzuya işarə olunur: Yenilməz hikmət qüdrət sahibi olan Allah sənə səndən əvvəlkilərə belə vəhy edir. Yəni Allahın vəhyi də həmin hərflərdən istifadə etməklə bildirilir. Quran bu hərflər vasitəsi ilə xalqın ixtiyarına verilir. Allah bu hərflərlə əslində möcüzə olan bir kitab nazil etmişdir. Məgər insan da belə bir kitab hazırlaya bilərmi?!

Bəli, Allah əlifba hərflərindən möcüzə yaratmağa qadirdir. Eləcə də, qadir Allah torpağın köksündən saysız-hesabsız meyvələr, güllər, otlar cücərdir, ən əsası isə, insanı yaradır. Xalqın istedadı isə yalnız kərpic kəsməyə çatır!