Əl-Bəqərə surəsi - Ayə: 2

Məkkəvi Quran-ı Kərim

Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 2. Ayənin Təfsirləri

NUR TƏFSİRİ : Bəqərə surəsi 2 ci ayə MÖHSÜN QƏRAƏTİ.

“Bu bir kitabdır ki, onun haqq olmasına heç şəkk-şübhə yoxdur. O, müttəqilərə,

pəhrizkarlara yol göstərir.”

Nöqtələr

◘“La rəybə fihi” , yəni Quranın Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Çünki Onun mətləbləri şəkk-şübhəyə heç bir yer qoymur. Yaranan şəklərin səbəbi isə sui-zənn və inadkar ruhiyyədir. Necə ki, Quran buyurur: “Onlar öz yaratdıqları şəkdə avaradırlar.”

◘Quranın məqsədi bəşəriyyətin doğru yola yönəldilməsi, hidayətidir. Onlar insanların diqqətini səmalara, yerə, təbiət aləminə, heyvanlara yönəltməklə, öz elmini, qüdrətini və hikmətini onların nəzərinə çatdırır.

◘Quran bütün bəşəriyyətin hidayət vasitəsidir. (“Hudəl-lin nas”). Bəli, Quran günəştək hamının üstünə işıq saçır. Amma yalnız pak fitrətə malik olanlar, həqiqətə boyun əyənlər ondan faydalana bilər. (“Hudəllil müttəqqin”.) Bəli, günəş şüası da yalnız saf şüşədən keçir. Ona görə də, günahkarlar, zalımlar, kafirlər, qəlbi ölənlər, israfçılar, təkzibçilər Quranın hidayətindən bəhrələnə bilmirlər.

Sual: Ayədə Quran və onun mətləbləri haqqında belə buyurulur: “Onda şəkk yoxdur.” Əksinə, Quran özü müxaliflərin şəkk-şübhəsinə toxunur: “(Müxaliflər dedilər:) Biz bizi dəvət etdiyinin haqqında şübhədəyik.” “Sad” surəsinin səkkizinci ayəsində vəhy peyğəmbərliyə 

şəkk, “Səba” surəsinin iyirmi birinci ayəsində qiyamət məsələsinə şəkk haqqında danışılır. Bəs necə olur ki, ayədə Qurana qarşı şəkk inkar olunur?

Cavab: “Onda şəkk yoxdur” dedikdə, hansısa fərdin şəkkindən yox, Qurana şəkk üçün yer olmadığı nəzərdə tutulur. Əgər bir şəxs şəkk edirsə, bu şəkkin səbəbi onun bəsirət gözünün korluğudur. Necə ki, “Nəml”, surəsinin -cı ayəsində buyurulur: “Xeyr, onlar axirətə münasibətdə kordurlar.”

Bildirişlər

1.  Quran əzəmət baxımından yetərincə uca məqama malikdir.

2.  Quran həzrət Peyğəmbərin (s) həyatı zamanı bir yerə toplanıb, kitab şəklinə gətirilmişdir.

                     3.  Yol göstərən öz dəvət üsulunda proqramında qəti olmalıdır. (“La rəybə fihi”) cümləsi Quranın                          qətiliyini və möhkəmliyini göstərir.

                   4.   Quranda müttəqilərin hidayət gücü onun möhkəmliyinin haqq olmasının ən üstün dəlilidir.

5.  Quran xalis, heç bir zəlalətsiz hidayətin mayasıdır.

                  6.    Yalnız pak müttəqi insanlar Quranın hidayətindən bəhrələnə bilirlər. (“Hudəllil müttəqin”                            ərəcbə) Qəlb aynası pak olan insan Qurandan daha çox faydalanır.