Hədis Axtarışı

7+ hədis arasında sürətli və dəqiq axtarış edin

"Əcəl" mövzusunda 7 hədis
Təmizlə
İmam Əli (ə):«Ömürlər sədəqə verməklə uzanır.»
Mənbə: Ğurərul-Hikəm, hədis 4239 Əcəl
«Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Qəti əcəl Onun yanındadır. Siz yenə də şübhə edirsiniz!»
 Hədis: .İmam Sadiq (ə)-yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur- «Naməlum (adsız) əcəl asılı və şərti haldadır, Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum (adı olan) əcəl Allahın Qədr gecəsindən gələn ilin Qədr gecəsinə kimi qəzavü-qədər olaraq müəyyənləşdirdiyi əcəldir və Allah onun barəsində buyurmuşdur:«Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər.»
Mənbə: Ğurərul-Hikəm, hədis 4778 Əcəl
İmam Əli (ə):«Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl və son qoyub.»
Mənbə: Ğurərul-Hikəm, hədis 4778 Əcəl
İmam Əli (ə):« Hər bir şeyin müddəti və sonu vardır.»
Mənbə: Nəhcül-Bəlağə, Xütbə 190 Əcəl
İmam Əli (ə):«Əcəl möhkəm qaladır.»
Mənbə: Ğurərul–hikəm, hədis 494 Əcəl
İmam Əli (ə):«Əcəlin gözətçiliyi kifayətdir.»
Mənbə: Biharul- ənvar, c.5 səh.142, hədis 14 Əcəl
İmam Əli (ə):«(Allah) əcəlləri (ömrün müddətini) təqdir edib,
müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya
atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona
çatmasının səbəblərini hazırlayıb).»
Mənbə: Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh. 21 Əcəl

Populyar Mövzular

Ən çox axtarılan mövzular

Axirət 13 Fədakarlıq 12 İcarə 8 Qardaşlıq 8 Əcəl 7 Möminlər 5 Əhli-Beytə (ə) məhəbbət 4 Əxlaq 3 iman 3 Haram məclislər 1 Təqva 1 Xoşbəxtlik 1 Ədalət 1 Məsxərə 1

Populyar Açar Sözlər

Ən çox axtarılan açar sözlər

Toplam 15 açar söz | Açar sözlər üzərində klik edərək hədisləri axtara bilərsiniz