Hədis Axtarışı

4+ hədis arasında sürətli və dəqiq axtarış edin

"Qiyamət" üçün 4 nəticə tapıldı
Təmizlə
Allahın Peyğəmbəri (s):«Qardaşlarınızın sayını artırın. Çünki Qiyamətdə hər bir mömin şəfaət edəcək.»
Mənbə: Mizanul – hikmət Qardaşlıq
Əbuttufeyl:«Əli (ə) xoşu gələn bir paltar aldı. Sonra onu sədəqə verib buyurdu:«Allahın Peyğəmbərindən(s) eşitmişəm ki, «hər kim fədakarlıq edərək başqasını özündən qabağa salsa, Allah Qiyamət günü ona Cənnəti bağışlayar.»
Mənbə: Nurus-Səqəleyn, c.5, səh.285, hədis 52 Fədakarlıq
İmam Rza (ə): Yoxsulla rastlaşanda varlılarla salamlaşdığından fərqli salamlaşan insan qiyamət günü Allahın qəzəbinə gələr.
Əmirəl-möminin Əli (ə) buyurur: “Bir kişi Rəsuli-Əkrəm (s.)-in yanına gəlib dedi: Mənə elə əməl öyrət ki, onu etdikdə Allah və bütün məxluqat məni sevsin, Allah mal-dövlətimi artırsın, bəndənimi sağlam etsin, ömrümü uzatsın və məni (qiyamətdə) səninlə birlikdə dirildib məhşur etsin. Həzrət buyurdu: Bu altı xislətin digər altı xislətə ehtiyacı vardır. Əgər Allahın səni sevməsini istəyirsənsə, Ondan qorx və Onun qarşısında təqvalı ol. Məxluqların sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əllərində olanlarından gözünü çək. Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver, sənə səhhəti-bədən verməsini istəyirsənsə, çoxlu sədəqə ver, uzun ömür verməsini istəyirsənsə, qohum-əqrəbanla sıx əlaqə saxla, səni mənimlə bir yerdə məhşur etməsini istəyirsənsə Vahid və Qəhhar Allaha uzun-uzadı səcdə et”. (Səfinətul-bihar 1/ 599)
Mənbə: (Səfinətul-bihar 1/ 599) Təqva

Populyar Mövzular

Ən çox axtarılan mövzular

Axirət 13 Fədakarlıq 12 İcarə 8 Qardaşlıq 8 Əcəl 7 Möminlər 5 Əhli-Beytə (ə) məhəbbət 4 Əxlaq 3 iman 3 Haram məclislər 1 Təqva 1 Xoşbəxtlik 1 Ədalət 1 Məsxərə 1

Populyar Açar Sözlər

Ən çox axtarılan açar sözlər

Toplam 15 açar söz | Açar sözlər üzərində klik edərək hədisləri axtara bilərsiniz