"Axirət" mövzusunda 13 hədis
Təmizlə
İmam Əli (ə):«Dünyaya rəğbəti ola-ola axirət üçün iş görmək faydasızdır.»
Allahın Peyğəmbəri (s):«Allah gecə-gündüz ən böyük dərd-qəmi axirət olan kəsin qəlbini ehtiyacsız və zəngin edər, onun işini qaydaya salar. O, ruzisini tam şəkildə əldə etəməyincə dünyadan köçməz. Allah gecə-gündüz ən böyük dərd-qəmi dünya olan kəsin alnına isə yoxsulluq (möhürü) vurar, işinin nizamını pozar.O dünyada öz qismətindən artıq bir şey əldə etməz.»
Allahın Peyğəmbəri (s):«Dünyan üçün elə işlə ki, sanki əbədi yaşayacaqsan və axirətin üçün elə iş gör sanki sabah öləcəksən.»
.İmam Əli (ə):«Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar.»
.İmam Əli (ə):«Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar.»
İmam Əli (ə):«Axirəti yada salmaq dava-dərmandır, dünyanı yada salmaq isə ən pis dərd və xəstəlik.»
İmam Əli (ə):«Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil.»
İmam Əli (ə):«Dünya qurtaran, axirət isə əbədidir.»
İmam Əli (ə):«Öz əbədi evini abadlaşdıran kəs ağıllıdır.»
Axirət işlərinin əzəməti.
Quran:
«Bir gör onların birini digərindən necə üstün etdik. Axirətdə dərəcə və üstünlüklər daha yüksək və ucadır.»
Hədis:
.İmam Əli (ə):«Dünyanın hər bir şeyini eşitmək görməyindən böyükdür. Axirətin isə hər bir şeyini görmək eşitməyindən böyükdür. Odur ki, axirəti görməyin yerinə, gözlərə görünməyən, qeyb pərdəsi arxasında olanları müşahidə etmək əvəzinə, elə eşitməklə və (peyğəmbərlərin vasitəsi ilə) xəbərdar olmaqla kifayətlənin.»
İmam Əli (ə):«Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır.»
İmam Əli (ə): «Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin.»
Qur’an ayəsi: «Biz axirət qazancını istəyənin qazancını artırır, dünya mənfəətini istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur.» Əraf surəsi ayə 24.
Hədis: .İmam Əli (ə):«Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğurudur.»