Qur`ani Kərimdə neçə səcdə ayəsi var? Qeyd:vacib və müstəhəb daxil olmaqla.
Suala aid açar sözlər:
Quran səcdə ayəsi

Sualın doğru cavabı və izahı:

Düzgün cavab: 15

Qurani-Kərimdə 15 səcdə ayəsi vardır. Yəni insan o 15 ayəni oxuyarkən və ya dərhal Allahın əzəməti və böyüklüyü qarşısında səcdə etməlidir. Bu 15 ayənin dördünün səcdəsi vacib,qalan on birinin səcdəsi müstəhəbbdir.Səcdə ayələri aşağıdakılardır. Səcdəsi vacib olanlar: 1. 21-ci cüz, «Səcdə» surəsi, 15-ci ayə 2. 24-cü cüz, «Fusillət» surəsi, 37-ci ayə 3.27-ci cüz, «Nəcm» surəsi, son ayə. 4. 30-cu cüz, «Ələq» surəsi, son ayə Səcdəsi müstəhəbb olanlar: 1. 9-cu cüz, «Ə`raf» surəsi, son ayə 2. 123-cü cüz, «Rə`d» surəsi, 15-ci ayə 3. 14-cü cüz, «Nəhi» surəsi, 49-cu ayə 4. 15-ci cüz, «İsra» surəsi, 107-ci ayə 5. 16-cı cüz, «Məryəm» surəsi, 88-ci ayə 6. 17-ci cüz, «Həcc» surəsi, 18-ci ayə 7. 17-ci cüz, «Həcc» surəsi, 77-ci ayə 8. 18-ci cüz, «Furqan» surəsi, 60-cı ayə 9. 19-cu cüz, «Nəml» surəsi, 25-ci ayə 10. 23-cü cüz, «Sad» surəsi, 24-cü ayə 11. 30-cu cüz, «İnşiqaq» surəsi, 21-ci ayə..