Göy yarıldığı zaman,
Əl-İnfitar surəsi Sürəsi
Bütün ayələri, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
insan
603
axirət
351
ata
326
insanlar
353
iman
639
Nisa
416
Musa
230
qiyamət
280
isa
536
ibrahim
150
mələklər
209
mələk
245
Hidayət
191
kafirlər
260
Bəqərə surəsi
293
övlad
201
Cəhənnəm
200
elm
220
Mömin
239
ruzi
133
tövbə
194
Namaz
119
iman gətirənlər
165
Müşriklər
150
ölüm
149
zalım
151
möminlər
161
Yaradılış
164
Yəhudi
63
Ətir
802
Məryəm
128
Şeytan
124
Tövrat
90
qadın
156
Kişi
197
Cihad
74
Cəhənn
200
əhli-beyt
4
təqvalı
87
Muhəmməd
63
təqva
110
əqidə
99
zövcə
83
Uf
104
salam
55
Başçı
43
Ailə
66
Yəhudilər
42
Allah yolunda
79
Allaha məxsusdur
63
fəsad
69
Əl-kəhf
110
Həmd
41
Furqan
78
cinlər
59
Allahdan qorxun
49
ədalət
46
mərhəmət
78
Bəqərə
293
Axtarış nəticələri:
"Əl-İnfitar surəsi" üzrə
19 ayə tapıldı.
Ulduzlar dağılıb səpələndiyi zaman,
Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman,
Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,
Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).
Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?
O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.
İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.
Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.
Əl-İnfitar surəsi - Ayə 10
#82:10
Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.
Əl-İnfitar surəsi - Ayə 11
#82:11
Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır).
Əl-İnfitar surəsi - Ayə 12
#82:12
Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər.
Əl-İnfitar surəsi - Ayə 13
#82:13
Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.
Əl-İnfitar surəsi - Ayə 14
#82:14
Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.
Əl-İnfitar surəsi - Ayə 15
#82:15
Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar.)
Əl-İnfitar surəsi - Ayə 16
#82:16
Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).
Əl-İnfitar surəsi - Ayə 17
#82:17
Və sən nə bilirsən ki, cəza günü nədir?!
Əl-İnfitar surəsi - Ayə 18
#82:18
Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!
Əl-İnfitar surəsi - Ayə 19
#82:19
Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr yalnız Allaha məxsusdur.
19
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
1
Səhifə