And olsun kafirlərin canlarını şiddətlə (bədənlərindən) çəkib çıxaran mələklərə,
Quran-ı Kərim · 79. Sürə
Ən-Naziat surəsi
Ən-Naziat surəsi Ayələri
Toplam 46 ayə · Azərbaycan dilində
(And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla çıxan (və qərb tərəfə gedən) ulduzlara,
(And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə Bərzəx Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,
(And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,
(And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).
O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər).
Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).
O gün ürəklər bərk iztirab və qorxu (içində) olar.
Gözləri zəlilcəsinə yerə dikilər.
(O kəslər ki, bu gün) deyirlər: «Məgər biz (öldükdən sonra yenidən həyatımızın) əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»
«(Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?!»
(Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!»
Həqiqətən, o (dönüş) yalnız bir nə’rə(nin surun ikinci dəfə üfürülməsilə)dir.
Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.
Musanın hekayəti sənə gəlib çatdımı?
O zaman Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:
«Fironun yanına get! Çünki o tüğyan etmişdir.»
Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?
Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»
Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi.
O, (isə) təkzib etdi və asi oldu.
Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.
O, (öz qövmünü) topladı, və (onlara) xitab edib
Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.
(Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?
Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.
Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi.
Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı.
Onun daxilindəki sularını, otlaqlarını və bitkilərini çıxartdı.
Dağları (yer üzərində) sabit və möhkəm etdi ki,
(Bütün bunlar) sizin və heyvanlarınızın (dünyada) bəhrələnməsi üçündür.
O çox böyük bəla (Qiyamət) yetişdikdə,
O gün insan səy ilə etdiyi işləri (şəxsi əməl dəftəri və ümumi Lövhi – Məhfuz vasitəsilə) yadına salacaqdır,
Cəhənnəm hər bir görənə (kor surətdə həşr olunmayana) aşkar olacaqdır.
Amma kim (dünyada) tüğyan etmişsə,
Və dünya həyatını (axirətdən) üstün tutmuşsa,
Şübhəsiz, onun yeri Cəhənnəmdir!
Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi – həvəsdən saxlamışsa,
Şübhəsiz, onun yeri Cənnətdir.
Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşarlar.
Sən onu (onun vaxtını) nə bilirsən?
Onun sonu sənin Rəbbinə tərəfdir (Onun həqiqətinə, necəliyinə və zamanına dair elm Ona məxsusdur).
Həqiqətən, sən ancaq ondan (Qiyamətdən) qorxanları çəkindirənsən. (Etiqad bəsləməyə vadar edən və qarşı çıxanlara cəza verən deyilsən).
Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).
79. Sürə
Ən-Naziat surəsi
Ən-Naziat surəsi Ayələri
46 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Ən-Naziat surəsi
Ən-Naziat surəsi Quran-ı Kərimdə 79. surədir və 46 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə79 / 114
Tez-tez Verilən Suallar
Ən-Naziat surəsi surəsi haqqında suallar və cavablar
Naziat surəsi neçə ayədən ibarətdir?
Naziat surəsi Quran-ı Kərimin 79-ci surəsidir və 46 ayədən ibarətdir.
Naziat surəsi harada nazil olub?
Naziat surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 79-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Naziat surəsi nə haqqındadır?
Naziat surəsi Quran-ı Kərimin 79-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46 ayədən ibarətdir.
Naziat surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Naziat surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Naziat surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Naziat surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Naziat surəsi Quranın hansı hissəsindədir?
Naziat surəsi Quran-ı Kərimin 79-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Naziat surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.