And olsun bir – birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına).
Quran-ı Kərim · 77. Sürə
Əl-Mursəlat surəsi
Əl-Mursəlat surəsi Ayələri
Toplam 50 ayə · Azərbaycan dilində
(And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.
And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),
(And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,
(And olsun) zikri (Qur’anı və öyüd – nəsihəti insanların qəlbinə) çatdıranlara ki,
(Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.
(Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.
Ulduzlar məhv olacağı,
Göy yarılacağı,
Dağlar yerindən qopacağı,
(Allah) peyğəmbərlər(in)in (ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün) hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər).
(Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır?
Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün.
Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?!
O gün vay halına təkzib edənlərin!
Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?!
Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik.
Biz günahkarlarla belə rəftar edirik.
O gün vay halına təkzib edənlərin!
O gün vay halına təkzib edənlərin! .
Məgər sizi (Adəm övladını) zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?
Müəyyən bir müddətədək.
Beləliklə, Biz (insanı həmin sudan düzəltməyə) qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz (Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından) ölçdük. Nə gözəl ölçənlərik Biz.
O gün vay halına təkzib edənlərin!
Məgər yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi?
Dirilər və ölülər üçün?
Onun üzərində möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
O gün vay halına təkzib edənlərin!
(Məhşər haqq-hesabı qurtardıqdan sonra onlara deyiləcəkdir:) «Təkzib etdiyinizə tərəf gedin».
«Gedin üç qolu olan kölgəyə tərəf (Bu qatı tüstüdən ibarət olan kölgə, dünyada heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eynilə təcəssümüdür)».
O nə kölgə salar və nə də odun şöləsindən qoruyar.
Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük xurma ağacının gövdəsidir).
(O qığılcımlar) sanki sarı rəngli dəvələrdir.
O gün vay halına təkzib edənlərin!
Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər.
Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur).
O gün vay halına təkzib edənlərin!
Bu, sizi də, sizdən əvvəlkiləri də hamılıqla bir yerə topladığımız, mühakimə və (yaxşıları pislərdən) ayırma günüdür.
Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin.
O gün vay halına təkzib edənlərin!
Həqiqətən, təqvalılar kölgəliklərdə və çeşmələr (başında)
Meylləri çəkən hər növ meyvələr (içində) olarlar.
Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
O gün vay halına təkzib edənlərin!
(Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz günahkarsınız (və öz cəzanıza çatacaqsınız).
O gün vay halına təkzib edənlərin!
Onlara «(Allahın müqabilində) rüku edin, müti olun»–deyildiyi zaman rüku etməz, və müti olmazlar.
O gün vay halına təkzib edənlərin!
(Əgər onlar bu kitaba da iman gətirmirlərsə,) bəs bundan sonra hansı bir sözə (kəlama) iman gətirəcəklər?!
77. Sürə
Əl-Mursəlat surəsi
Əl-Mursəlat surəsi Ayələri
50 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Əl-Mursəlat surəsi
Əl-Mursəlat surəsi Quran-ı Kərimdə 77. surədir və 50 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə77 / 114
Tez-tez Verilən Suallar
Əl-Mursəlat surəsi surəsi haqqında suallar və cavablar
Mursəlat surəsi neçə ayədən ibarətdir?
Mursəlat surəsi Quran-ı Kərimin 77-ci surəsidir və 50 ayədən ibarətdir.
Mursəlat surəsi harada nazil olub?
Mursəlat surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 77-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Mursəlat surəsi nə haqqındadır?
Mursəlat surəsi Quran-ı Kərimin 77-ci surəsidir. Bu surə Məkkəvi surədir və 50 ayədən ibarətdir.
Mursəlat surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Mursəlat surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Mursəlat surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Mursəlat surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Mursəlat surəsi Quranın hansı hissəsindədir?
Mursəlat surəsi Quran-ı Kərimin 77-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Mursəlat surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.