Naviqasiya
Qurani Kərim Hədislər Ayə axtarışı Mesajlar Söhbət Daxil ol
Quran-ı Kərim · 13. Sürə

Ər-Rəd surəsi

سورة الرعد
13. surə 43 ayə Məkkə Tam tərcümə

Ər-Rəd surəsi Ayələri

Toplam 43 ayə · Azərbaycan dilində
Tam tərcümə
1
Ər-Rəd surəsi · Ayə 1
Quran-ı Kərim · Məkkə surəsi
Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (və Qur’anın) ayələridir. [Və ya: (Aləmdə olan) bu (ayələr), bu (yaradılış) kitabın(ın və yaradılış aləminin) ayələridir.] Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu (bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq) iman gətirmirlər.
Yüklə
2
Ər-Rəd surəsi · Ayə 2
Quran-ı Kərim · Məkkə surəsi
Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və günəşi və ayı (Özünə) ram edəndir. Onların hər biri (özünün düz və dairəvi hərəkət yolunda) müəyyən bir müddətədək hərəkətdədir. (Allah varlıq aləminin) işi(ni) idarə edir, (Qur’anda, aləmlərdə və nəfslərdə olan) nişanələri müfəssəl bəyan edir ki, bəlkə siz (bu aləmdən sonra) Rəbbinizlə görüşəcəyinizə yəqinlik tapasınız.
Yüklə
3
Ər-Rəd surəsi · Ayə 3
Quran-ı Kərim · Məkkə surəsi
Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən (və heyvanlardan, bitkilərin toxumlarından) cüt-cüt və erkək və dişi yaradan Odur! Gecəni (tədriclə, gecələrin uzanan vaxtlarında) gündüzün üzərinə örtür. Şübhəsiz, bunda (atmosfer dəyişkənliyində) Onun zat və sifətlərinin birliyinə dair) düşünən dəstə üçün nişanələr vardır.
Yüklə
4
Ər-Rəd surəsi · Ayə 4
Quran-ı Kərim · Məkkə surəsi
Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən bunda (yaradılışın bu müxtəlifliyində) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
Yüklə
5
Ər-Rəd surəsi · Ayə 5
Quran-ı Kərim · Məkkə surəsi
Əgər (bir şeyə) təəccüblənirsənsə, onda təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında (dünyada zəlalət, axirətdə isə od) zəncirlər(i) vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.
Yüklə
6
Ər-Rəd surəsi · Ayə 6
Quran-ı Kərim · Məkkə surəsi
Onlardan qabaq (keçmiş ümmətlərə) ibrətamiz bəlaların (gəlib) keçmiş olduğu(nu bildikləri) halda, onlar səndən rəhmət (tələbin)dən qabaq, əzab(ın nazil olmasın)a tələsməyini istəyirlər. Həqiqətən sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı (böyük bir) bağışlama sahibidir və əlbəttə, Rəbbin (əzaba layiq olanlara) şiddətli cəza verəndir.
Yüklə
7
Ər-Rəd surəsi · Ayə 7
Quran-ı Kərim · Məkkə surəsi
Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır.
Yüklə
8
Ər-Rəd surəsi · Ayə 8
Quran-ı Kərim · Məkkə surəsi
Allah (insan və qeyri-insan olmasından asılı olmayaraq) hər bir dişinin nə daşıdığını və onların bətnlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını (bətndəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün altı aydan bir ilə kimi nə qədər çəkəcəyini) bilir və (varlıq aləmini təşkil edən ünsürlərdən) hər bir şeyin Onun yanında (müəyyən) bir miqdarı vardır.
Yüklə
9
Ər-Rəd surəsi · Ayə 9
Quran-ı Kərim · Məkkə surəsi
Gizlini və aşkarı biləndir və O, hər bir şeydən və vəsfdən böyük və üstündür.
Yüklə
10
Ər-Rəd surəsi · Ayə 10
Quran-ı Kərim · Məkkə surəsi
(Onun üçün) sizdən birinin sözünü (ürəyində) gizlətməsi (yaxud birinin qulağına pıçıldaması) ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəl-get etməsi eynidir.
Yüklə
11
Ər-Rəd surəsi · Ayə 11
Quran-ı Kərim · Məkkə surəsi
İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur.
Yüklə
12
Ər-Rəd surəsi · Ayə 12
Quran-ı Kərim · Məkkə surəsi
(Dolu və seldən) qorxmaq və (rəhmət və xeyirə) ümid üçün (çaxan) şimşəyi sizə göstərən və (axar sudan ibarət bir dərya olan) ağır buludları vücuda gətirən (və yuxarı qaldıran) Odur!
Yüklə
13
Ər-Rəd surəsi · Ayə 13
Quran-ı Kərim · Məkkə surəsi
Göy gurultusu (yaradılış dili ilə) Ona həmd etməklə birgə Onu paklıqla öyür (ağılla diqqət etdikdə başa düşmək olur ki, göydə olan səslər Onun qüdrətinin kamilliyindən və nöqsandan pak və uzaq olmasından danışırlar) və həmçinin mələklər əzəmətinin qorxusundan (Onu paklıqla öyürlər). Və ildırımları göndərir və onları Allah barəsində çəkişdikləri halda istədiyi fərdə ya fərdlərə (cəzaya layiq kəslərə) yetirir! O, böyük qüdrət, eləcədə məkrlə mübarizədə şiddətli cəza sahibidir.
Yüklə
14
Ər-Rəd surəsi · Ayə 14
Quran-ı Kərim · Məkkə surəsi
Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur [və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir]. Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun, ağzına çatması üçün (uzaqdan) iki ovucunu suya tərəf uzadan [və ya suyun ağzına yetişməsi üçün iki əlini açaraq suya sal(ıb çölə çıxar)an,] lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər (bütlərin müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir). Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir.
Yüklə
15
Ər-Rəd surəsi · Ayə 15
Quran-ı Kərim · Məkkə surəsi
Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey istər-istəməz (ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla) Allaha səcdə edir və həmçinin onların kölgələri (göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin kölgəsi) səhərlər və axşamlar (Allah qarşısında səcdə edirlər).
Yüklə
16
Ər-Rəd surəsi · Ayə 16
Quran-ı Kərim · Məkkə surəsi
(Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: «(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!
Yüklə
17
Ər-Rəd surəsi · Ayə 17
Quran-ı Kərim · Məkkə surəsi
(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir.
Yüklə
18
Ər-Rəd surəsi · Ayə 18
Quran-ı Kərim · Məkkə surəsi
Özlərinin Rəbbinə (Onun çağırışına müsbət) cavab verənlər üçün gözəl aqibət və gözəl mükafat vardır. Ona (Onun çağırışına müsbət) cavab verməyən kəslər (isə), əgər (axirət günü) yer üzündə olan şeylərin hamısı və həmçinin onun (digər bir) misli onların olsa, hamısını özlərinin nicat tapmaları üçün fəda etməyə razı olarlar. Hesabatları pis olacaq kəslər onlardır (onların heç bir xeyir əməlləri qəbul deyil və heç bir günahları da bağışlanmayacaqdır). Onların yerləri Cəhənnəmdir və ora çox pis bir qalacaq yeridir!
Yüklə
19
Ər-Rəd surəsi · Ayə 19
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər.
Yüklə
20
Ər-Rəd surəsi · Ayə 20
Quran-ı Kərim · Məkkə surəsi
Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tovhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar.
Yüklə
21
Ər-Rəd surəsi · Ayə 21
Quran-ı Kərim · Məkkə surəsi
Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar.
Yüklə
22
Ər-Rəd surəsi · Ayə 22
Quran-ı Kərim · Məkkə surəsi
Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbr etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür.
Yüklə
23
Ər-Rəd surəsi · Ayə 23
Quran-ı Kərim · Məkkə surəsi
(Həmin o) əbədi Cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar.
Yüklə
24
Ər-Rəd surəsi · Ayə 24
Quran-ı Kərim · Məkkə surəsi
(Və deyərlər:) «Səbr və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!»
Yüklə
25
Ər-Rəd surəsi · Ayə 25
Quran-ı Kərim · Məkkə surəsi
Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır.
Yüklə
26
Ər-Rəd surəsi · Ayə 26
Quran-ı Kərim · Məkkə surəsi
İstədiyi kəs üçün (maddi və mənəvi) ruzini çoxaldan və ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya həyatı axirət müqabilində (cüzi) bir paydan başqa bir şey deyildir.
Yüklə
27
Ər-Rəd surəsi · Ayə 27
Quran-ı Kərim · Məkkə surəsi
Və küfr edən kəslər (məsxərə məqsədilə) «nə üçün ona Rəbbi tərəfindən (bizim ürəyimiz istəyən, yaxud Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?» deyirlər. De: «Şübhəsiz, Allah (möcüzəni hikmət və məsləhət əsasında göndərir, buna görə də haqqı qəbul etməyənlərdən) istədiyi şəxsi azğınlıqda boşlayır və Ona tərəf qayıtmış şəxsi hidayət edir».
Yüklə
28
Ər-Rəd surəsi · Ayə 28
Quran-ı Kərim · Məkkə surəsi
O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır.»
Yüklə
29
Ər-Rəd surəsi · Ayə 29
Quran-ı Kərim · Məkkə surəsi
Şadlıq və sevinc, pak həyat, uca Cənnət və Tuba ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və onların gözəl bir dönüşləri vardır.
Yüklə
30
Ər-Rəd surəsi · Ayə 30
Quran-ı Kərim · Məkkə surəsi
(Öz cari qanunlarımıza əsasən keçmişdəkilərə peyğəmbərlər göndərdiyimiz kimi,) səni (də) özlərindən qabaq ümmətlər gəlib-keçmiş bir ümmətin içərisinə göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan, halbuki onlar Rəhman olan Allaha küfr edirlər (Onun vəhdətini və rəhmətinin şamilliyini qəbul etmirlər). De: «O mənim Rəbbimdir, Ondan başqa heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etdim və dönüşüm yalnız Ona tərəfdir.»
Yüklə
31
Ər-Rəd surəsi · Ayə 31
Quran-ı Kərim · Məkkə surəsi
Və əgər vasitəsilə dağların hərəkətə gətirildiyi, ya yerin yarılıb parça-parça olduğu, yaxud vasitəsilə ölülərlə danışılan bir Qur’an olsaydı (bunun onların imanına yenə də heç bir təsiri olmazdı). (Çünki iman və hidayət,) hətta işlər və əmrlər bütünlüklə Allaha məxsusdur. Buna görə də məgər iman gətirən kəslər (hələ də bunların imanından) ümidlərini üzüb başa düşməyiblərmi ki, əgər Allah istəsəydi insanların hamısını (məcburi surətdə) hidayət edərdi?! (Lakin Allahın qanunu imana məcbur etmək deyildir.) Və küfr edən kəslərə daim etdiklərinin cəzası olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında nazil olar ki, Allahın (son) vədəsi yetişsin. Həqiqətən Allah vədə xilaf çıxmaz.
Yüklə
32
Ər-Rəd surəsi · Ayə 32
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi, beləliklə, küfr (və istehza) edən kəslərə (bir müddət) möhlət verdim, sonra onları (suda boğulma, zəlzələ, səmavi bağırtı və daş yağışı kimi əzablarla) yaxaladım. Buna görə də (bax gör) Mənim əzabım necə olmuşdur?!
Yüklə
33
Ər-Rəd surəsi · Ayə 33
Quran-ı Kərim · Məkkə surəsi
Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar. De: «Onları (sifətləri ilə) adlandırın (deyin ki, onlar diri, yaradan, eşidən və görəndirlər)! «Doğrudanmı Allaha yer üzündə (səlahiyyətini) tanımadığı bir şeydən xəbər verirsiniz? Yoxsa quru və boş söz deyirsiniz? (Xeyir, şübhəsiz, Allahın heç bir şəriki yoxdur,) əksinə, küfr edən kəslər üçün onların məkr və hiylələri zinətləndirilib və onlar (haqq) yoldan saxlanılaraq məhrum ediliblər. Allahın azğınlıqda boşladığı kəsə əsla yol göstərən olmayacaqdır.
Yüklə
34
Ər-Rəd surəsi · Ayə 34
Quran-ı Kərim · Məkkə surəsi
Onlar üçün dünya həyatında (döyüşdə məğlubiyyət, xəstəlik və qıtlıq kimi bir sıra) əzab(lar) vardır. Əlbəttə, axirət əzabı daha çətindir. Onları Allah(ın əzabın)dan bir qoruyan (da) yoxdur.
Yüklə
35
Ər-Rəd surəsi · Ayə 35
Quran-ı Kərim · Məkkə surəsi
Təqvalılara vəd edilmiş Cənnətin vəsfi belədir: Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!
Yüklə
36
Ər-Rəd surəsi · Ayə 36
Quran-ı Kərim · Məkkə surəsi
(Səma) kitab(ı) verdiyimiz kəslər (İslamı təsdiq edən yəhudilər və xristianlar) sənə nazil olana sevinirlər. Və (kitab əhlindən olan) dəstələrdən bəziləri onun bəzi yerlərini (özlərinin üç üqnuma, cismiləşdirmə və təhrif kimi batil əqidələri ilə müxalif olan yerlərini) inkar edirlər. De: «Həqiqətən mənə Allaha ibadət etməyim və Ona (üluhiyyətdə, rübubiyyətdə, yaradılışda və ibadətdə) bir şərik qoşmamağım əmr olunmuşdur. Yalnız Ona tərəf çağırıram və dönüşüm də yalnız Ona tərəfdir».
Yüklə
37
Ər-Rəd surəsi · Ayə 37
Quran-ı Kərim · Məkkə surəsi
(Peyğəmbərlərə kitab nazil etdiyimiz kimi) beləcə başdan-başa haqqa hökm edən, uca hikmətli və ərəbcə olan bu kitabı sənə nazil etdik (ki, onlar onu daha yaxşı anlasınlar). Əgər sənə gəlmiş elmdən sonra onların nəfsi istəklərinə tabe olsan (məsələn onların qibləsini, yaxud üçlük əqidəsini qəbul etsən), Allah tərəfindən sənin üçün heç bir başçı və qoruyucu olmayacaqdır.
Yüklə
38
Ər-Rəd surəsi · Ayə 38
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən biz səndən öncə peyğəmbərlər göndərdik və (mələk deyil, bəşər olduqları üçün) onlara da zövcələr və övladlar verdik. Heç bir peyğəmbər Allahın izni və iradəsi olmadan bir nişanə və möcüzə gətirə bilməz. (Çünki) hər bir vaxt üçün (hikmətə uyğun olaraq) bir yazı və hökm qərara alınmışdır (deməli Allahdan başqası, hətta peyğəmbər istədiyi vaxt möcüzə gətirə bilməz).
Yüklə
39
Ər-Rəd surəsi · Ayə 39
Quran-ı Kərim · Məkkə surəsi
Allah («məhv və isbat» lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır.
Yüklə
40
Ər-Rəd surəsi · Ayə 40
Quran-ı Kərim · Məkkə surəsi
Əgər onlara vəd etdiklərimizin (dünyəvi cəzaların) bir qismini sənə göstərsək, yaxud (ondan qabaq) sənin canını alsaq, sənin vəzifən (onların əzabını görmək deyil) yalnız tapşırığı çatdırmaqdır və (imana məcbur etmək və hər təklifi qəbul etmək deyil) hesab çəkmək (və cəzalandırmaq) Bizim öhdəmizədir.
Yüklə
41
Ər-Rəd surəsi · Ayə 41
Quran-ı Kərim · Məkkə surəsi
Məgər Bizim bu yerə üz tutmağımızı və daim onun ətraf və kənarlarından azaltmağımızı görmədilər? (Fərdlərdən, cəmiyyətlərdən, alimlərdən, dövlətlərdən və mədəniyyətlərdən bəzilərini azaldır və ya məhv edirik. Dünyanın bütün hadisələri barəsində) hökmünü əsla dəf edə bilən olmayan halda hökm edən yalnız Allahdır. O, tez hesab çəkəndir.
Yüklə
42
Ər-Rəd surəsi · Ayə 42
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, bunlardan qabaq olmuş kəslər (Allahla və Onun elçiləri ilə müxalifət etməkdə) məkr və hiylə işlətdilər, halbuki, bütün məkrlər Allaha məxsusdur (onların hamısının necəliyi, səbəbkarları və batil etmə yolları Onun elmi və iradəsi altındadır). O hər bir kəsin nə əldə etdiyini bilir. Və tezliklə kafirlər bu dünyanın sonunun kimin olduğunu biləcəklər. (Bu yerin sonu əməlisaleh insanların hökümətidir, yaxud dünyanın sonu yaxşı insanlar üçün gözəl axirətdir.)
Yüklə
43
Ər-Rəd surəsi · Ayə 43
Quran-ı Kərim · Məkkə surəsi
Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.
Yüklə
13. Sürə

Ər-Rəd surəsi

سورة الرعد
13 43 ayə Məkkə

Ər-Rəd surəsi Ayələri

43 ayə · Azərbaycan dilində
Tam
1
Ər-Rəd surəsi · Ayə 1
Quran-ı Kərim

Bütün Sürələr

114 sürə · tez keçid

1 Əl-Fatihə surəsi 2 Əl-Bəqərə surəsi 3 Ali-İmran surəsi 4 Ən-Nisa surəsi 5 Əl-Maidə surəsi 6 Əl-Ənam surəsi 7 Əl-Əraf surəsi 8 Əl-Ənfal ‏ surəsi 9 Ət-Tövbə surəsi 10 Yunus surəsi 11 Hud surəsi 12 Yusif surəsi 13 Ər-Rəd surəsi 14 İbrahim ‏ surəsi 15 Əl-Hicr surəsi 16 Ən-Nəhl surəsi 17 Əl-İsra surəsi 18 Əl-Kəhf ‏ surəsi 19 Məryəm surəsi 20 Taha ‏ surəsi 21 Əl-Ənbiya surəsi 22 Əl-Həcc ‏ surəsi 23 Əl-Muminun surəsi 24 Ən-Nur surəsi 25 Əl-Furqan ‏ surəsi 26 Əş-Şuəra surəsi 27 Ən-Nəml ‏ surəsi 28 Əl-Qəsəs ‏ surəsi 29 Əl-Ənkəbut ‏ surəsi 30 Ər-Rum ‏ surəsi 31 Loğman ‏ surəsi 32 Əs-Səcdə surəsi 33 Əl-Əhzab ‏ surəsi 34 Səba surəsi 35 Fatir surəsi 36 Yasin surəsi 37 Əs-Saffat ‏ surəsi 38 Sad surəsi 39 Əz-Zumər surəsi 40 Əl-Mumin surəsi 41 Fussilət ‏ surəsi 42 Əş-Şura surəsi 43 Əz-Zuxruf ‏ surəsi 44 Əd-Duxan ‏ surəsi 45 Əl-Casiyə surəsi 46 Əl-Əhqaf ‏ surəsi 47 Məhəmməd surəsi 48 Əl-Fəth surəsi 49 Əl-Hucurat surəsi 50 Qaf surəsi 51 Əz-Zariyat surəsi 52 Ət-Tur surəsi 53 Ən-Nəcm surəsi 54 Əl-Qəmər surəsi 55 Ər-Rəhman surəsi 56 Əl-Vaqiə surəsi 57 Əl-Hədid surəsi 58 Əl-Mucadələ surəsi 59 Əl-Həşr surəsi 60 Əl-Mumtəhinə surəsi 61 Əs-Səff ‏ surəsi 62 Əl-Cumə surəsi 63 Əl-Munafiqun ‏ surəsi 64 Ət-Təğabun surəsi 65 Ət-Talaq surəsi 66 Ət-Təhrim surəsi 67 Əl-Mulk surəsi 68 Nun (Qələm) surəsi 69 Əl-Haqqə surəsi 70 Əl-Məaric surəsi 71 Nuh surəsi 72 Əl-Cinnə surəsi 73 Əl-Muzzəmmil‏ surəsi 74 Əl-Muddəssir surəsi 75 Əl-Qiyamə surəsi 76 Əl-‏İnsan surəsi 77 Əl-Mursəlat surəsi 78 Ən-Nəbə surəsi 79 Ən-Naziat ‏ surəsi 80 Əbəsə ‏ surəsi 81 Ət-Təkvir surəsi 82 Əl-İnfitar surəsi 83 Əl-Mutəffifin surəsi 84 Əl-İnşiqaq ‏ surəsi 85 Əl-Buruc ‏ surəsi 86 Ət-Tariq surəsi 87 Əl-Əla surəsi 88 Əl-Ğaşiyə surəsi 89 Əl-Fəcr surəsi 90 Əl-Bələd surəsi 91 Əş-Şəms ‏ surəsi 92 Əl-Ləyl ‏ surəsi 93 Əz-Zuha ‏ surəsi 94 Əl-İnşirah surəsi 95 Ət-Tin surəsi 96 Əl-Ələq surəsi 97 Əl-Qədr surəsi 98 Əl-Bəyyinə surəsi 99 Əz-Zilzal surəsi 100 Əl-Adiyat ‏surəsi 101 Əl-Qariə surəsi 102 Ət-Təkasur surəsi 103 Əl-Əsr surəsi 104 Əl-Huməzə surəsi 105 Əl-Fil surəsi 106 Əl-Qurəyş surəsi 107 Əl-Maun‏ surəsi 108 Əl-Kovsər surəsi 109 Əl-Kafirun surəsi 110 Ən-Nəsr surəsi 111 Əbu Ləhəb surəsi 112 Əl-İxlas surəsi 113 Əl-Fələq surəsi 114 Ən-Nas surəsi

Sürə Haqqında

Ər-Rəd surəsi

Ər-Rəd surəsi Qurani-Kərimin 13-cü surəsidir, Mədinədə nazil olmuş və 43 ayədən ibarətdir. Adı “Rəd” – yəni göy gurultusu deməkdir. Surədə Allahın qüdrəti, təbiətdəki ayələr, iman və küfrün nəticələri, dua və vilayət mövzuları açıqlanır.

📖 Ər-Rəd Surəsi haqqında Ətraflı Məlumat

1. Adı və mənası

  • Ərəbcə adı: سورة الرعد (Sūratu-r-Raʿd).
  • Mənası: “Göy gurultusu” – surənin 13-cü ayəsində göy gurultusunun Allahı təsbeh etməsi qeyd olunur.

2. Nazil olma yeri və vaxtı

  • Əksər mənbələrə görə Mədinədə nazil olmuşdur.
  • Bəzi ayələrinin Məkkədə nazil olduğu da qeyd olunur.

3. Qurandakı mövqeyi

  • Qurani-Kərimin 13-cü surəsi.
  • 43 ayədən ibarətdir.
  • Əvvəlki surə: Yusif, sonrakı surə: İbrahim.

🌟 Əsas mövzular

  • Allahın qüdrəti: Göy gurultusu və təbiətdəki ayələr Allahın qüdrətini göstərir.
  • İman və küfr: Möminlərin mükafatı, kafirlərin cəzası.
  • Dua və ibadət: Allahın duası qəbul etməsi.
  • Vilayət: Surənin son ayəsi (43) Əhli-beyt mənbələrində İmam Əlinin (ə) vilayətinə işarə kimi izah olunur.
  • Quranın haqq olması: Quranın Allah tərəfindən nazil edildiyi və möminlər üçün hidayət olduğu.

Quran Statistikası

Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə13 / 114

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi surəsi haqqında suallar və cavablar

Rəd surəsi neçə ayədən ibarətdir?
Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir və 43 ayədən ibarətdir.
Rəd surəsi harada nazil olub?
Rəd surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 13-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Rəd surəsi nə haqqındadır?
Ər-Rəd surəsi Qurani-Kərimin 13-cü surəsidir, Mədinədə nazil olmuş və 43 ayədən ibarətdir. Adı “Rəd” – yəni göy gurultusu deməkdir. Surədə Allahın qüdrəti, təbiətdəki ayələr, iman və küfrün nəticələri, dua və vilayət mövzuları açıqlanır. 📖 Ər-Rəd Surəsi haqqında Ətraflı Məlumat 1. Adı və mənası Ərəbcə adı: سورة الرعد (Sūratu-r-Raʿd). Mənası: “Göy gurultusu” – surənin 13-cü ayəsində göy gurultusunu...
Rəd surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Rəd surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Rəd surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Rəd surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Rəd surəsi Quranın hansı hissəsindədir?
Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Rəd surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.