Naviqasiya
Qurani Kərim Hədislər Ayə axtarışı Mesajlar Söhbət Daxil ol
Quran-ı Kərim · 33. Sürə

Əl-Əhzab ‏ surəsi

33. surə 73 ayə Məkkə Tam tərcümə

Əl-Əhzab ‏ surəsi Ayələri

Toplam 73 ayə · Azərbaycan dilində
Tam tərcümə
1
Əl-Əhzab ‏ surəsi · Ayə 1
Quran-ı Kərim · Məkkə surəsi
Ya Peyğəmbər, Allahdan qorx və kafirlərə və münafiqlərə itaət etmə, çünki Allah daim (işlərin məsləhətlərini) biləndir və (onların icrasında) hikmət (diqqət və möhkəmlik) sahibidir.
Yüklə
2
Əl-Əhzab ‏ surəsi · Ayə 2
Quran-ı Kərim · Məkkə surəsi
Sənə Rəbbin tərəfindən vəhy olunana tabe ol (və müşriklərin saziş bağlamaq təklifinə əhəmiyyət vermə), həqiqətən, Allah daim etdiklərinizdən xəbərdardır!
Yüklə
3
Əl-Əhzab ‏ surəsi · Ayə 3
Quran-ı Kərim · Məkkə surəsi
Allaha təvəkkül et və Allah (bəndələrinin işlərində) vəkil olmaqda və işləri düzüb – qoşmaqda kifayət edər.
Yüklə
4
Əl-Əhzab ‏ surəsi · Ayə 4
Quran-ı Kərim · Məkkə surəsi
Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki, beynində iki bir – birinə zidd etiqad) yaratmamışdır; «zihar» etdiyiniz (analarınıza oxşatmaqla özünüzə haram etdiyiniz) qadınlarınızı (zövcələrinizi) sizə (həqiqi) ana etməmişdir; oğulluğa götürdüklərinizi də sizə (həqiqi) oğul etməmişdir, bunlar (qadınlarınızı haram etməyiniz və özünüzə oğul seçməyiniz) sizin dilinizlə dediyiniz (boş) sözdür. Allah haqq söyləyir və O, bəndələrini (doğru) yola gətirir.
Yüklə
5
Əl-Əhzab ‏ surəsi · Ayə 5
Quran-ı Kərim · Məkkə surəsi
Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur). Əgər bir yerdə – (aid etməkdə) – səhv etsəniz, sizə günah yoxdur. Lakin (günah) qəlblərinizlə, qəsdən (bilərəkdən onları başqasına aid) etmənizdir və Allah həmişə bağışlayan və rəhimlidir.
Yüklə
6
Əl-Əhzab ‏ surəsi · Ayə 6
Quran-ı Kərim · Məkkə surəsi
Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir) və onun zövcələri (onların ehtiramının saxlanması və onlarla evliliyin haram olması baxımından) onların (möminlərin) anaları (hökmündə)dir. Qohumlar (vərəsəlik məsələsində) bir-birlərinə Allahın kitabında (Lövhi-Məhfuzda, ya Qur’anda) möminlərdən və mühacirlərdən daha layiqdirlər, amma əgər (varis olmayanlara) öz dostlarınıza (mal vəsiyyət etməklə) yaxşılıq etmək istəsəniz bu istisnadır. Bu, (hökm, qədim zamanlardan bəri) kitabda (Lövhi – Məhfuzda, yaxud Qur’anda) yazılmışdır.
Yüklə
7
Əl-Əhzab ‏ surəsi · Ayə 7
Quran-ı Kərim · Məkkə surəsi
(Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd – peyman aldıq ki, (hamısı bir – birini təsdiq edib insanları bir başlanğıca və bir dinə sarı dəvət etsinlər)
Yüklə
8
Əl-Əhzab ‏ surəsi · Ayə 8
Quran-ı Kərim · Məkkə surəsi
(Allah bununla ümmətlərin) doğru danışanlarından (cəza günü mükafat vermək üçün) doğruluqlarını xəbər alsın. O, kafirlər üçün ağrılı bir əzab hazırlamışdır.
Yüklə
9
Əl-Əhzab ‏ surəsi · Ayə 9
Quran-ı Kərim · Məkkə surəsi
Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir.
Yüklə
10
Əl-Əhzab ‏ surəsi · Ayə 10
Quran-ı Kərim · Məkkə surəsi
O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində) nalayiq gümanlara düşmüşdünüz.
Yüklə
12
Əl-Əhzab ‏ surəsi · Ayə 12
Quran-ı Kərim · Məkkə surəsi
Və (yada sal) o zaman(ı) ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir».
Yüklə
13
Əl-Əhzab ‏ surəsi · Ayə 13
Quran-ı Kərim · Məkkə surəsi
Və (yada sal), o zaman onlardan bir dəstə dedi: «Ey Mədinə əhli, (bu meydan) sizin qalmaq yeriniz deyildir odur ki, (öz şəhərinizə) qayıdın» (yoxsa hamınız öldürüləcəksiniz). Bir dəstə isə: «Bizim evlərimiz qoruyucusuzdur» deyib Peyğəmbərdən qayıtmaq izni istəyirdilər, halbuki (evləri) qoruyucusuz deyildi, onlar ancaq (cihaddan) qaçmaq istəyirdilər.
Yüklə
14
Əl-Əhzab ‏ surəsi · Ayə 14
Quran-ı Kərim · Məkkə surəsi
Və əgər «əhzab» (dəstələr) Mədinənin ətrafından (töklüşüb) onların evlərində, başlarının üstünü alıb onlardan dinlərindən əl çəkmələrini istəsəydilər, mütləq bunu qəbul edərdilər və yalnız azca ləngiyərdilər.
Yüklə
15
Əl-Əhzab ‏ surəsi · Ayə 15
Quran-ı Kərim · Məkkə surəsi
Halbuki, onlar bundan öncə (İslamı qəbul etdikləri andan döyüşdə düşmənə) arxa çevirməyəcəkləri haqda Allahla əhd-peyman bağlamışdılar. Allahın əhd-peymanı barədə mütləq sorğu-sual olunar.
Yüklə
16
Əl-Əhzab ‏ surəsi · Ayə 16
Quran-ı Kərim · Məkkə surəsi
De: «Əgər ölümdən, yaxud öldürülməkdən qaçırsınızsa, qaçmağınız əsla sizə heç bir fayda verməz. Belə olan surətdə (dünyada) yalnız az bir müddət keçinəcəksiniz, ya az bir bəhrə görəcəksiniz».
Yüklə
17
Əl-Əhzab ‏ surəsi · Ayə 17
Quran-ı Kərim · Məkkə surəsi
De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar».
Yüklə
18
Əl-Əhzab ‏ surəsi · Ayə 18
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allah sizin içərinizdən (başqalarını), döyüşdən saxlayanları və öz (həmməslək) qardaşlarına «Bizə tərəf gəlin (döyüşə getməyin)» – deyənləri də tanıyır, döyüşə onların ancaq azı gələr.
Yüklə
19
Əl-Əhzab ‏ surəsi · Ayə 19
Quran-ı Kərim · Məkkə surəsi
Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar. Onlar (qələbə nəticəsində qənimətdən sizə yetişən) xeyirə xəsisdirlər. Onlar (həqiqətdə) iman gətirməmişlər. Buna görə də Allah onların bütün (yaxşı) əməllərini puça çıxartmışdır. Bu, (iş) Allah üçün asandır.
Yüklə
20
Əl-Əhzab ‏ surəsi · Ayə 20
Quran-ı Kərim · Məkkə surəsi
(Qorxaq münafiqlər) elə bilirlər ki, «əhzab» (dəstələr Mədinənin ətrafından hələ də) getməmişlər (və buna görə də qorxu və vahimə içərisindədirlər). Əgər «əhzab» (dəstələr) (yenidən) qayıtsa(lar), onlar səhrada bədəvilər arasında olmalarını istərlər ki, sizin (döyüş barədə) xəbərlərinizi soruşalar. Əgər sizin aranızda da olsaydılar az bir qismi döyüşərdi.
Yüklə
21
Əl-Əhzab ‏ surəsi · Ayə 21
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.
Yüklə
22
Əl-Əhzab ‏ surəsi · Ayə 22
Quran-ı Kərim · Məkkə surəsi
Möminlər «əhzabı» (və düşmən qoşunlarını) gördükdə dedilər: «Bu, Allahın və Rəsulunun bizə verdiyi vədidir və Allah və Rəsulu düz buyurmuşlar». (Bunları görmək) onların yalnız imanlarını və itaətini artırdı.
Yüklə
23
Əl-Əhzab ‏ surəsi · Ayə 23
Quran-ı Kərim · Məkkə surəsi
Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər.
Yüklə
24
Əl-Əhzab ‏ surəsi · Ayə 24
Quran-ı Kərim · Məkkə surəsi
(Bu imtahanlar ona görə baş verir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə – əgər istəsə – əzab versin, yaxud (tövbə etdikləri təqdirdə) onlara nəzər yetirsin (tövbələrini qəbul etsin). Çünki Allah daim bağışlayan və rəhm edəndir.
Yüklə
25
Əl-Əhzab ‏ surəsi · Ayə 25
Quran-ı Kərim · Məkkə surəsi
Və Allah kafir olan kəsləri onlar hirsli və qəzəbli olduqları, heç bir mala və qələbəyə nail olmadıqları halda geri oturtdu və möminlərin döyüş çətinliyini (aradan) qaldırdı. Allah daim güclüdür, qüdrətli qalibdir.
Yüklə
26
Əl-Əhzab ‏ surəsi · Ayə 26
Quran-ı Kərim · Məkkə surəsi
Allah kitab əhlindən (Bəni – Qüreyzə kimi) onlara (kafirlərə) kömək edənləri, öz hasarlarından (qalalarından) endirdi, qəlblərinə qorxu və vəhşət saldı. Siz (onlardan) bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Yüklə
27
Əl-Əhzab ‏ surəsi · Ayə 27
Quran-ı Kərim · Məkkə surəsi
Allah onların yerlərini, evlərini, mallarını və (Xeybər torpağı kimi) ayağınız dəyməyən torpağı irs olaraq sizə verdi. Allah daim hər şeyə qadirdir.
Yüklə
28
Əl-Əhzab ‏ surəsi · Ayə 28
Quran-ı Kərim · Məkkə surəsi
Ya Peyğəmbər, zövcələrinə de: «Əgər siz dünya həyatını və onun bər – bəzəyini istəyirsinizsə (və Peyğəmbərin evinin mövcud vəziyyətindən narazısınızsa), onda gəlin sizi (mehriyyələrinizi, yaxud ondan artığını verməklə) bəhrələndirim və gözəl bir tərzdə (təlaq verməklə) azad edim».
Yüklə
29
Əl-Əhzab ‏ surəsi · Ayə 29
Quran-ı Kərim · Məkkə surəsi
«Əgər Allahı, Onun Rəsulunu və axirət evini istəyirsinizsə, şübhəsiz, Allah içərinizdən yaxşı iş görənlər üçün böyük bir mükafat hazırlamışdır».
Yüklə
30
Əl-Əhzab ‏ surəsi · Ayə 30
Quran-ı Kərim · Məkkə surəsi
Siz, ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah üçün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir.)
Yüklə
31
Əl-Əhzab ‏ surəsi · Ayə 31
Quran-ı Kərim · Məkkə surəsi
Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq.
Yüklə
32
Əl-Əhzab ‏ surəsi · Ayə 32
Quran-ı Kərim · Məkkə surəsi
Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın.
Yüklə
33
Əl-Əhzab ‏ surəsi · Ayə 33
Quran-ı Kərim · Məkkə surəsi
Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli – Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir.
Yüklə
34
Əl-Əhzab ‏ surəsi · Ayə 34
Quran-ı Kərim · Məkkə surəsi
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şər’i hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır.
Yüklə
35
Əl-Əhzab ‏ surəsi · Ayə 35
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allah (kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!
Yüklə
36
Əl-Əhzab ‏ surəsi · Ayə 36
Quran-ı Kərim · Məkkə surəsi
Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şər’ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür.
Yüklə
37
Əl-Əhzab ‏ surəsi · Ayə 37
Quran-ı Kərim · Məkkə surəsi
(Ya Peyğəmbər, yada sal) o zaman(ı) ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın və camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) – möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik və maneə olmasın, və Allahın (yaradılış) əmri daim olasıdır.
Yüklə
38
Əl-Əhzab ‏ surəsi · Ayə 38
Quran-ı Kərim · Məkkə surəsi
Allahın Peyğəmbər üçün qərara almış olduğu şeydə ona heç bir çətinlik və maneə yoxdur; (Bu) Allahın bundan öncə gəlib getmiş kəslərin (peyğəmbərlərin) barəsində olan (cari) sünnəsidir (qayda-qanunudur). Daim Allahın (bəşər barədə olan) əmri təyin olunmuş bir hökmüdür və təqdir olunmuş (hesablanmış) bir qəzavü-qədərdır.
Yüklə
39
Əl-Əhzab ‏ surəsi · Ayə 39
Quran-ı Kərim · Məkkə surəsi
O kəslər ki, Allahın risalətlərini və hökmlərini (camaata) yetirər və Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar Allah özü (onların batinlərini və zahiri əməllərini) hesablamaqda kifayət edir.
Yüklə
40
Əl-Əhzab ‏ surəsi · Ayə 40
Quran-ı Kərim · Məkkə surəsi
Muhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir.
Yüklə
43
Əl-Əhzab ‏ surəsi · Ayə 43
Quran-ı Kərim · Məkkə surəsi
Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.O, möminlərə daim rəhm edəndır.
Yüklə
44
Əl-Əhzab ‏ surəsi · Ayə 44
Quran-ı Kərim · Məkkə surəsi
Onunla (Allahla) görüşəcəkləri gün (ölüm anı, yaxud Qiyamətdə və ya Cənnətə daxil olan vaxt) (Allahın) onlara alqış(ı) və xeyir-dua(sı) «salam»dır. (Allah) onlar üçün çox qiymətli və dəyərli bir mükafat hazırlamışdır.
Yüklə
45
Əl-Əhzab ‏ surəsi · Ayə 45
Quran-ı Kərim · Məkkə surəsi
Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik.
Yüklə
46
Əl-Əhzab ‏ surəsi · Ayə 46
Quran-ı Kərim · Məkkə surəsi
Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik).
Yüklə
47
Əl-Əhzab ‏ surəsi · Ayə 47
Quran-ı Kərim · Məkkə surəsi
Möminlərə müjdə ver ki, onlar üçün (dünyada və axirətdə) Allah tərəfindən böyük bir lütf və bəxşiş vardır.
Yüklə
48
Əl-Əhzab ‏ surəsi · Ayə 48
Quran-ı Kərim · Məkkə surəsi
Və kafirlərə və münafiqlərə (heç bir təklifdə) itaət etmə və (hələlik) onların sənə əziyyətlərinə əhəmiyyət vermə və Allaha təvəkkül et və Allah (bəndələrinin) işlər(in)ə vəkil olması və onları yoluna qoyması kifayət edər.
Yüklə
49
Əl-Əhzab ‏ surəsi · Ayə 49
Quran-ı Kərim · Məkkə surəsi
Ey iman gətirənlər, möminə qadınlarla nigah bağlayıb sonra da cinsi əlaqədə olmadan onlara təlaq versəniz, beləliklə sizin onların öhdəsində olan bir «iddə»niz yoxdur ki, onun (günlərini) sayasınız. Beləliklə (əgər mehriyyə təyin olunmuşsa mehriyyənin yarısını verməklə, mehriyyə təyin olunmayıbsa onların şə’nlərinə uyğun olan bir məbləğ verməklə) onları bəhrələndirin və onları ən gözəl bir tərzdə sərbəst buraxın (boşayın).
Yüklə
50
Əl-Əhzab ‏ surəsi · Ayə 50
Quran-ı Kərim · Məkkə surəsi
Ey Peyğəmbər, (hələlik qadınlardan yeddi dəstəni) sənə halal etdik: mehriyyələrini verdiyin qadınlar, (döyüşdə əsir düşmələri ilə) Allahın sənə qənimət olaraq verdiklərindən malik olduğun kənizlər, səninlə (Məkkədən Mədinəyə) hicrət etmiş əmin qızları və bibilərinin qızları və dayın qızları və xalalarının qızları və Peyğəmbərin onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlamış olan (mehriyyəsiz özünü Peyğəmbərin ixtiyarında qoyan) hər hansı möminə qadın (Bu hökm «bağışlamaq» əqdi və onun qəbulu ilə nigahın bağlanması) yalnız sənə məxsusdur, digər möminlərə yox. Biz zövcələri və kənizləri barədə camaata vacib etdiyimizi (qadınların sayı, mehriyyə, onların dolanışıq xərci və kənizlərin hökmləri) bilirik sənə çətinlik və məşəqqət olmasın (və müxtəlif evliliklər vasitəsilə ərəb tayfalarını özünlə və İslamla bağlayasan) deyə (Sənin üçün qadınlar barəsində bu imkanı yaratdıq) və Allah həmişə bağışlayan və rəhm edəndir.
Yüklə
51
Əl-Əhzab ‏ surəsi · Ayə 51
Quran-ı Kərim · Məkkə surəsi
(Zövcələrinlə olan rəftarın və vaxtları onlarla bölmək barəsində) onlardan hansını istəsən növbəsini təxirə salar və hansına da istəsən öz yanında yer verərsən. Uzaqlaşdırdığından hansını (yenidən) tələb etsən, sənə heç bir günah yoxdur. Bu, (hökm, onların hamısının ixtiyarı sənin əlində olması) onların gözlərinin işığa gəlməsinə (göz aydınlıqlarına) və qəmgin olmamalarına və onlara verdiyin (növbət)ə hamılıqla razı olmalarına daha yaxındır (uyğundur). (Çünki sənin rəftarının ədalət üzərində və vəhy ilə əlaqədar olduğunu görürlər) və Allah sizin qəlblərinizdəkiləri bilir və Allah həmişə (hər şeyi) biləndir və həlimdir.
Yüklə
52
Əl-Əhzab ‏ surəsi · Ayə 52
Quran-ı Kərim · Məkkə surəsi
Bundan sonra (bu zövcələrindən əlavə) sənə (başqa) qadınlar halal deyildir. Gözəllikləri (və yaxşılıqları) sənin xoşuna gəlsə də belə onları başqa qadınlarla da dəyişdirə bilməzsən. Malik olduğun kəniz isə istisnadır. Allah həmişə hər bir şeyə nəzarət edəndir.
Yüklə
53
Əl-Əhzab ‏ surəsi · Ayə 53
Quran-ı Kərim · Məkkə surəsi
Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu, (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir). Halbuki, Allah həqiqət(i və sizin vəzifələrinizi bəyan etmək)dən xəcalət çəkməz. Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır).
Yüklə
54
Əl-Əhzab ‏ surəsi · Ayə 54
Quran-ı Kərim · Məkkə surəsi
Əgər (Peyğəmbərə əziyyət vermək, yaxud onun zövcələri ilə evlənmək barədə) bir şeyi aşkar etsəniz, yaxud gizlətsəniz (fərqi yoxdur) şübhəsiz Allah həmişə hər bir şeyi (hətta sizin qəlbinizdən keçənləri belə) biləndir.
Yüklə
55
Əl-Əhzab ‏ surəsi · Ayə 55
Quran-ı Kərim · Məkkə surəsi
Peyğəmbərin zövcələrinə (və digər qadınlara) ataları(nın), oğulları(nın), qardaşları(nın), qardaşı oğullarının, bacısı oğullarının, özləri tək qadınlar(ın) və malik olduqları kənizlər(in) (yanında hicabı tərk etmək)də heç bir günah yoxdur. Allahdan qorxun (siz ey qadınlar), çünki Allah həmişə hər şeyə nəzarət edən və şahiddir.
Yüklə
56
Əl-Əhzab ‏ surəsi · Ayə 56
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun.
Yüklə
57
Əl-Əhzab ‏ surəsi · Ayə 57
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır.
Yüklə
58
Əl-Əhzab ‏ surəsi · Ayə 58
Quran-ı Kərim · Məkkə surəsi
Mömin kişiləri möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu özü böhtandır).
Yüklə
59
Əl-Əhzab ‏ surəsi · Ayə 59
Quran-ı Kərim · Məkkə surəsi
Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.
Yüklə
60
Əl-Əhzab ‏ surəsi · Ayə 60
Quran-ı Kərim · Məkkə surəsi
Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə səninlə qonşu ola bilməzlər.
Yüklə
61
Əl-Əhzab ‏ surəsi · Ayə 61
Quran-ı Kərim · Məkkə surəsi
(Onlar Allah tərəfindən) lənətlənmiş (və camaat tərəfindən qovulmuş) olaraq, harada ələ keçsələr tutulmalı (yaxalanmalı) və pis bir şəkildə və hamılıqla öldürülməlidirlər.
Yüklə
62
Əl-Əhzab ‏ surəsi · Ayə 62
Quran-ı Kərim · Məkkə surəsi
(Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan.
Yüklə
63
Əl-Əhzab ‏ surəsi · Ayə 63
Quran-ı Kərim · Məkkə surəsi
Camaat səndən Qiyamət barəsində (onun yaxınlığı, uzaqlığı, necə baş verəcəyi, o günün uzunluğu haqqında) soruşar. De: «Onun elmi Allah yanındadır;». Və nə bilirsən, bəlkə də Qiyamət yaxındır!
Yüklə
64
Əl-Əhzab ‏ surəsi · Ayə 64
Quran-ı Kərim · Məkkə surəsi
Allah kafirlərə lənət etmiş (axirətdə Öz rəhmətlərindən uzaqlaşdırmış) və onlar üçün yanar od hazırlamışdır.
Yüklə
66
Əl-Əhzab ‏ surəsi · Ayə 66
Quran-ı Kərim · Məkkə surəsi
Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: «Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!»
Yüklə
67
Əl-Əhzab ‏ surəsi · Ayə 67
Quran-ı Kərim · Məkkə surəsi
Və deyərlər: «Ey Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi (düz) yoldan azdırdılar».
Yüklə
68
Əl-Əhzab ‏ surəsi · Ayə 68
Quran-ı Kərim · Məkkə surəsi
«Ey Rəbbimiz, onlara əzabın iki qatını ver (öz günahlarının əzabını və bizi yoldan çıxartdıqlarına görə bizim günahlarımızın əzabını) və onlara böyük bir lənət düçar et».
Yüklə
69
Əl-Əhzab ‏ surəsi · Ayə 69
Quran-ı Kərim · Məkkə surəsi
Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri - şər’i əlaqədə və ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu (Musanı) onların dediklərindən təmizə çıxartdı və o, Allahın yanında çox abırlı idi.
Yüklə
71
Əl-Əhzab ‏ surəsi · Ayə 71
Quran-ı Kərim · Məkkə surəsi
(Əgər belə etsəniz) Allah sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar.
Yüklə
72
Əl-Əhzab ‏ surəsi · Ayə 72
Quran-ı Kərim · Məkkə surəsi
Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi.
Yüklə
73
Əl-Əhzab ‏ surəsi · Ayə 73
Quran-ı Kərim · Məkkə surəsi
(Əmanət insana təqdim olundu) ki, nəticədə Allah münafiq kişilərə və münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara (əmanətin təqdim olunmasının əsl məqsədlərindən azdıqlarına görə) əzab versin. Həmçinin Allah (əmanətin təqdim olunmasının və xilqətin əsl məqsədinə müvafiq hərəkət edən) mömin kişilərə və möminə qadınlara nəzər yetirsin və onların tövbələrini qəbul etsin. Allah həmişə bağışlayan və rəhm edəndir.
Yüklə
33. Sürə

Əl-Əhzab ‏ surəsi

33 73 ayə Məkkə

Əl-Əhzab ‏ surəsi Ayələri

73 ayə · Azərbaycan dilində
Tam
1
Əl-Əhzab ‏ surəsi · Ayə 1
Quran-ı Kərim

Bütün Sürələr

114 sürə · tez keçid

1 Əl-Fatihə surəsi 2 Əl-Bəqərə surəsi 3 Ali-İmran surəsi 4 Ən-Nisa surəsi 5 Əl-Maidə surəsi 6 Əl-Ənam surəsi 7 Əl-Əraf surəsi 8 Əl-Ənfal ‏ surəsi 9 Ət-Tövbə surəsi 10 Yunus surəsi 11 Hud surəsi 12 Yusif surəsi 13 Ər-Rəd surəsi 14 İbrahim ‏ surəsi 15 Əl-Hicr surəsi 16 Ən-Nəhl surəsi 17 Əl-İsra surəsi 18 Əl-Kəhf ‏ surəsi 19 Məryəm surəsi 20 Taha ‏ surəsi 21 Əl-Ənbiya surəsi 22 Əl-Həcc ‏ surəsi 23 Əl-Muminun surəsi 24 Ən-Nur surəsi 25 Əl-Furqan ‏ surəsi 26 Əş-Şuəra surəsi 27 Ən-Nəml ‏ surəsi 28 Əl-Qəsəs ‏ surəsi 29 Əl-Ənkəbut ‏ surəsi 30 Ər-Rum ‏ surəsi 31 Loğman ‏ surəsi 32 Əs-Səcdə surəsi 33 Əl-Əhzab ‏ surəsi 34 Səba surəsi 35 Fatir surəsi 36 Yasin surəsi 37 Əs-Saffat ‏ surəsi 38 Sad surəsi 39 Əz-Zumər surəsi 40 Əl-Mumin surəsi 41 Fussilət ‏ surəsi 42 Əş-Şura surəsi 43 Əz-Zuxruf ‏ surəsi 44 Əd-Duxan ‏ surəsi 45 Əl-Casiyə surəsi 46 Əl-Əhqaf ‏ surəsi 47 Məhəmməd surəsi 48 Əl-Fəth surəsi 49 Əl-Hucurat surəsi 50 Qaf surəsi 51 Əz-Zariyat surəsi 52 Ət-Tur surəsi 53 Ən-Nəcm surəsi 54 Əl-Qəmər surəsi 55 Ər-Rəhman surəsi 56 Əl-Vaqiə surəsi 57 Əl-Hədid surəsi 58 Əl-Mucadələ surəsi 59 Əl-Həşr surəsi 60 Əl-Mumtəhinə surəsi 61 Əs-Səff ‏ surəsi 62 Əl-Cumə surəsi 63 Əl-Munafiqun ‏ surəsi 64 Ət-Təğabun surəsi 65 Ət-Talaq surəsi 66 Ət-Təhrim surəsi 67 Əl-Mulk surəsi 68 Nun (Qələm) surəsi 69 Əl-Haqqə surəsi 70 Əl-Məaric surəsi 71 Nuh surəsi 72 Əl-Cinnə surəsi 73 Əl-Muzzəmmil‏ surəsi 74 Əl-Muddəssir surəsi 75 Əl-Qiyamə surəsi 76 Əl-‏İnsan surəsi 77 Əl-Mursəlat surəsi 78 Ən-Nəbə surəsi 79 Ən-Naziat ‏ surəsi 80 Əbəsə ‏ surəsi 81 Ət-Təkvir surəsi 82 Əl-İnfitar surəsi 83 Əl-Mutəffifin surəsi 84 Əl-İnşiqaq ‏ surəsi 85 Əl-Buruc ‏ surəsi 86 Ət-Tariq surəsi 87 Əl-Əla surəsi 88 Əl-Ğaşiyə surəsi 89 Əl-Fəcr surəsi 90 Əl-Bələd surəsi 91 Əş-Şəms ‏ surəsi 92 Əl-Ləyl ‏ surəsi 93 Əz-Zuha ‏ surəsi 94 Əl-İnşirah surəsi 95 Ət-Tin surəsi 96 Əl-Ələq surəsi 97 Əl-Qədr surəsi 98 Əl-Bəyyinə surəsi 99 Əz-Zilzal surəsi 100 Əl-Adiyat ‏surəsi 101 Əl-Qariə surəsi 102 Ət-Təkasur surəsi 103 Əl-Əsr surəsi 104 Əl-Huməzə surəsi 105 Əl-Fil surəsi 106 Əl-Qurəyş surəsi 107 Əl-Maun‏ surəsi 108 Əl-Kovsər surəsi 109 Əl-Kafirun surəsi 110 Ən-Nəsr surəsi 111 Əbu Ləhəb surəsi 112 Əl-İxlas surəsi 113 Əl-Fələq surəsi 114 Ən-Nas surəsi

Sürə Haqqında

Əl-Əhzab ‏ surəsi

Əl-Əhzab ‏ surəsi Quran-ı Kərimdə 33. surədir və 73 ayədən ibarətdir.

Quran Statistikası

Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə33 / 114

Tez-tez Verilən Suallar

Əl-Əhzab ‏ surəsi surəsi haqqında suallar və cavablar

Əhzab surəsi neçə ayədən ibarətdir?
Əhzab surəsi Quran-ı Kərimin 33-ci surəsidir və 73 ayədən ibarətdir.
Əhzab surəsi harada nazil olub?
Əhzab surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 33-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Əhzab surəsi nə haqqındadır?
Əhzab surəsi Quran-ı Kərimin 33-ci surəsidir. Bu surə Məkkəvi surədir və 73 ayədən ibarətdir.
Əhzab surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əhzab surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Əhzab surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Əhzab surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Əhzab surəsi Quranın hansı hissəsindədir?
Əhzab surəsi Quran-ı Kərimin 33-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Əhzab surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.