Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi – Məhfuza və (qələmin batrılaraq yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi – Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər; və Lövhi – Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
Quran-ı Kərim · 68. Sürə
Nun (Qələm) surəsi
Nun (Qələm) surəsi Ayələri
Toplam 52 ayə · Azərbaycan dilində
Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!
Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.
Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.
Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,
Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.
Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.
Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.
Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.
Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə,
Çox eyb axtarana, pis danışana və söz gəzdirənə,
Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara,
Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!
(Bu günahları) ona görə (edir ki,) mal-dövlət və oğullar sahibidir.
Bizim ayələrimiz ona oxunduğu zaman deyər: «(Bunlar) keçmişdəkilərin əfsanələridir».
Biz tezliklə onun burnuna (zillət) dağı basacağıq.
Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.
Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.
Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü.
Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü.
Səhər çağı (onlar) bir-birlərini (belə) səslədilər:
«Əgər (meyvə) yığmaq məqsədiniz varsa, erkəndən öz bağınıza və əkininizə sarı çıxın!»
Beləliklə bir-birləri ilə yavaşca söhbət edə-edə yola düşdülər. (Onlar deyirdilər:)
«Məbada bu gün hər hansı bir fəqir bağa sizin yanınıza gəlsin!»
Onlar səhər erkən (fəqirləri) məhrum etmək məqsədi ilə getdilər.
O bağı gördükdə, dedilər: «Yəqin ki, yolu azmışıq, yaxud haqq yoldan azmışıq».
«(Nəinki yalnız haqqın yolundan azmışıq, hətta) əslində biz (haqqın nemətindən və öz əkdiyimizdən də) məhrum olmuşuq!»
Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz)»
Dedilər: «Rəbbimiz pakdır. Həqiqətən, biz zalım idik!»
(Sonra) bir-birlərinə üz tutaraq danlamağa başladılar.
Dedilər: «Vay halımıza, şübhəsiz, biz tüğyan edən idik».
«Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var».
(Bizim dünyadakı) əzab(ımız) belədir. Əlbəttə, axirət əzabı daha böyükdür, kaş biləydilər!
Şübhəsiz, təqvalılar üçün Rəbbi yanında nemətli Cənnətlər vardır.
Belə isə, məgər Biz təslim olanları (axirət mükafatı baxımından) günahkarlarla bərabər tutarıqmı?!
Sizə nə olub? Necə hökm edirsiniz?!
Yoxsa sizin elə bir (səmavi) kitabınız var ki, orada oxuyursunuz ki,
(O aləmdə) bəyənib seçdiyiniz hər şey sizin üçündür?!
Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!
Onlardan soruş ki, hansı biri buna (bu iddiaya) zamindir?!
Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.
(Yada sal) o gün ki, işləri olduqca çətinə düşər və (məzəmmətlə) səcdə etməyə dəvət olunarlar, lakin səcdə edə bilməzlər (çünki dünyadakı «təkəbbür» sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar).
Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.
Belə isə, bu kəlamı (Qur’anı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən, tədriclə (əbədi əzaba və bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.
Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir.
Məgər onlardan (öz risalətin müqabilində) bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!
Ya bəlkə qeyb (Lövhi – Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil – sübut gətirirlər və sənə ehtiyacları qalmır)?
Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.
Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).
Beləliklə, Rəbbi (yenidən vəhy etməklə və xüsusi lütflərinə şamil etməklə) onu seçdi və salehlərdən etdi.
Həqiqətən, kafir olanlar bu zikri (Qur’anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Qur’anı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»
Halbuki, bu (Peyğəmbər və bu Qur’an) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir.
68. Sürə
Nun (Qələm) surəsi
Nun (Qələm) surəsi Ayələri
52 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Nun (Qələm) surəsi
Nun (Qələm) surəsi Quran-ı Kərimdə 68. surədir və 52 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə68 / 114
Tez-tez Verilən Suallar
Nun (Qələm) surəsi surəsi haqqında suallar və cavablar
Nun (Qələm) surəsi neçə ayədən ibarətdir?
Nun (Qələm) surəsi Quran-ı Kərimin 68-ci surəsidir və 52 ayədən ibarətdir.
Nun (Qələm) surəsi harada nazil olub?
Nun (Qələm) surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 68-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Nun (Qələm) surəsi nə haqqındadır?
Nun (Qələm) surəsi Quran-ı Kərimin 68-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52 ayədən ibarətdir.
Nun (Qələm) surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Nun (Qələm) surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Nun (Qələm) surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Nun (Qələm) surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Nun (Qələm) surəsi Quranın hansı hissəsindədir?
Nun (Qələm) surəsi Quran-ı Kərimin 68-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Nun (Qələm) surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.