Naviqasiya
Qurani Kərim Hədislər Ayə axtarışı Mesajlar Söhbət Daxil ol
Quran-ı Kərim · 42. Sürə

Əş-Şura surəsi

42. surə 53 ayə Məkkə Tam tərcümə

Əş-Şura surəsi Ayələri

Toplam 53 ayə · Azərbaycan dilində
Tam tərcümə
2
Əş-Şura surəsi · Ayə 2
Quran-ı Kərim · Məkkə surəsi
Eyn, Sin, Qaf. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.).
Yüklə
3
Əş-Şura surəsi · Ayə 3
Quran-ı Kərim · Məkkə surəsi
Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara (peyğəmbərlərə) bu cür (bu kəlmələr və bu surə kimi) vəhy edir.
Yüklə
4
Əş-Şura surəsi · Ayə 4
Quran-ı Kərim · Məkkə surəsi
(Göylərlə yerin özlərindən əlavə) göylərdə və yerdə nə varsa Allahın həqiqi mülküdür. (Çünki onların yaradılışları, qorunmaları, idarə edilmələri və yox edilmələri Onun qüdrətli əlindədir.) (Zatı, sifətlərinin kamilliyi və işləri baxımından) uca və böyük Odur.
Yüklə
5
Əş-Şura surəsi · Ayə 5
Quran-ı Kərim · Məkkə surəsi
(Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman) göylər az qalır yuxarılarından (vəhy nazil olan tərəfdən) yarılsın. Və mələklər Rəbblərinə şükr etməklə birlikdə həmişə Onu (hər bir nöqsan və eybdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən bağışlayan və mehriban məhz Allahdır.
Yüklə
6
Əş-Şura surəsi · Ayə 6
Quran-ı Kərim · Məkkə surəsi
Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməllərini qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən.
Yüklə
7
Əş-Şura surəsi · Ayə 7
Quran-ı Kərim · Məkkə surəsi
Və beləcə biz sənə ərəbcə bir Qur’an vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda.
Yüklə
8
Əş-Şura surəsi · Ayə 8
Quran-ı Kərim · Məkkə surəsi
Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə və əməl baxımından) tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların nə başçı və yoldaşları var, nə də yardımçıları.
Yüklə
9
Əş-Şura surəsi · Ayə 9
Quran-ı Kərim · Məkkə surəsi
Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.
Yüklə
10
Əş-Şura surəsi · Ayə 10
Quran-ı Kərim · Məkkə surəsi
Barəsində ixtilafda olduğunuz (dini və dünyəvi) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.
Yüklə
11
Əş-Şura surəsi · Ayə 11
Quran-ı Kərim · Məkkə surəsi
(O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!
Yüklə
12
Əş-Şura surəsi · Ayə 12
Quran-ı Kərim · Məkkə surəsi
Göylərin və yerin xəzinələri (ruzinin xammal və mənbələri və onların Allahın istəyindən ibarət açarları) Ona məxsusdur. Ruzini istədiyi kəs üçün genişləndirir (artırır) və ya daraldır (azaldır). Çünki O, hər şeyi biləndir.
Yüklə
13
Əş-Şura surəsi · Ayə 13
Quran-ı Kərim · Məkkə surəsi
(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.
Yüklə
14
Əş-Şura surəsi · Ayə 14
Quran-ı Kərim · Məkkə surəsi
(Bütün şəriət sahibləri müxtəlif əqidə və yollara) yalnız onlara kamil elm gəldikdən sonra aralarındakı zülm, həsəd və məğrurluq üzündən parçalandılar. Əgər Rəbbindən (Onun əzəli elmindən Lövhi-Məhfuzda) keçmiş (və orada qeyd edilmiş: «hər bir şəxs və qövm üçün) müəyyən müddətədək (möhlət vardır») sözü olmasaydı, onların arasında (batil əhlinin məhvi barəsində) mütləq qəti hökm olunardı. Əlbəttə, onlardan sonra kitabın varisi olan kəslər(in də çoxu) tərəddüd doğuran şübhə içərisindədirlər.
Yüklə
15
Əş-Şura surəsi · Ayə 15
Quran-ı Kərim · Məkkə surəsi
Buna görə də (insanları) ona (həmin şəriətə) tərəf dəvət et, sənə əmr olunduğu kimi səbatlı ol, onların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma və de: «Allahın nazil etdiyi bütün kitablara iman gətirdim və mənə sizin aranızda ədalətli davranmaq əmr olunmuşdur. Allah bizim və sizin Rəbbinizdir. Bizim əməllərimiz(in nəticəsi) bizə, sizin əməlləriniz özünüzə məxsusdur. Artıq (həqiqətlər aydınlaşdıqdan və sizin inadkarlığınız aşkar olduqdan sonra) bizimlə sizin aranızda mübahisə (etməyə) və dəlil (gətirməy)ə (ehtiyac) yoxdur. Allah (Qiyamət günü) bizim hamımızı bir yerə toplayacaqdır və hamının qayıdışı Ona tərəfdir.»
Yüklə
16
Əş-Şura surəsi · Ayə 16
Quran-ı Kərim · Məkkə surəsi
Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır.
Yüklə
17
Əş-Şura surəsi · Ayə 17
Quran-ı Kərim · Məkkə surəsi
Allah haqq olaraq (və yüksək və ağılın qəbul etdiyi bir hədəf üçün) kitabı (bütün əsrlərin səma kitablarını) və ölçünü (maddi və mənəviliyindən asılı olmayaraq həm ölçülən şeyləri, həm də onların ölçü meyarlarını) nazil edəndir. Sən nə bilirsən, bəlkə (sorğu-sual edilmək və əməllərin ölçülməsi üçün) Qiyamət yaxındır?
Yüklə
18
Əş-Şura surəsi · Ayə 18
Quran-ı Kərim · Məkkə surəsi
Ona imanı olmayanlar onun gəlməsinə tələsir, ona imanı olanlar isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Bil! Qiyamət barəsində şübhə edənlər şübhəsiz, uzun-uzadı azğınlıq içərisindədirlər.
Yüklə
19
Əş-Şura surəsi · Ayə 19
Quran-ı Kərim · Məkkə surəsi
Allah (Öz) bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə (mənəvi və maddi) ruzi verir və O, qüvvətli və yenilməz qüdrət sahibidir.
Yüklə
20
Əş-Şura surəsi · Ayə 20
Quran-ı Kərim · Məkkə surəsi
Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır.
Yüklə
21
Əş-Şura surəsi · Ayə 21
Quran-ı Kərim · Məkkə surəsi
Yoxsa (Allahdan qeyrisinin şəriət hökmü çıxarmaq haqqı olmadığı halda) onların dinin hökmlərindən Allahın icazə vermədiyi şeyi onlar üçün qanun etmiş şərikləri var? Əgər o qəti söz (hər bir şəxs və qövmə möhlət vermək barəsində Allahın Lövhi-Məhfuzda yazılmış əzəli hökmü) olmasaydı onların arasında mütləq (məhv edilmələri haqqında) qəti hökm çıxarılardı. Həqiqətən zalımlar üçün ağrılı bir əzab vardır.
Yüklə
22
Əş-Şura surəsi · Ayə 22
Quran-ı Kərim · Məkkə surəsi
(Cəza günü) zalımları kəsb etdiklərindən qorxan görəcəksən, halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir (və ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu, həmin böyük lütfdür.
Yüklə
23
Əş-Şura surəsi · Ayə 23
Quran-ı Kərim · Məkkə surəsi
Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm.» Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq(onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir.
Yüklə
24
Əş-Şura surəsi · Ayə 24
Quran-ı Kərim · Məkkə surəsi
Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik və Qur’anın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki iş Allahın əlindədir.) Buna görə də əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən O, ürəklərdə olanları bilir.
Yüklə
26
Əş-Şura surəsi · Ayə 26
Quran-ı Kərim · Məkkə surəsi
İman gətirib yaxşı işlər görmüş kəsləri(n istəklərini) qəbul edir və Öz lütfündən onları (onların mükafatını) artırır. (Qiyamət günü) kafirlər üçün şiddətli bir əzab vardır.
Yüklə
27
Əş-Şura surəsi · Ayə 27
Quran-ı Kərim · Məkkə surəsi
Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir.
Yüklə
28
Əş-Şura surəsi · Ayə 28
Quran-ı Kərim · Məkkə surəsi
(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!
Yüklə
29
Əş-Şura surəsi · Ayə 29
Quran-ı Kərim · Məkkə surəsi
Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir.
Yüklə
30
Əş-Şura surəsi · Ayə 30
Quran-ı Kərim · Məkkə surəsi
Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.
Yüklə
31
Əş-Şura surəsi · Ayə 31
Quran-ı Kərim · Məkkə surəsi
Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.
Yüklə
32
Əş-Şura surəsi · Ayə 32
Quran-ı Kərim · Məkkə surəsi
Dənizdə üzən dağ gövdəli gəmilər (də) Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir.
Yüklə
33
Əş-Şura surəsi · Ayə 33
Quran-ı Kərim · Məkkə surəsi
Əgər istəsə (onların hərəkət etmələri üçün vasitə olan) küləyi saxlayar, beləliklə gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən bunda (dənizin dərin suyunda, gəmi ləvazımatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində) çox səbr və şükr edən (yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən) hər bir kəs üçün nişanələr vardır.
Yüklə
34
Əş-Şura surəsi · Ayə 34
Quran-ı Kərim · Məkkə surəsi
Yaxud onları (gəmidəkiləri) qazandıqlarının (günahlarının) müqabilində məhv edər. O, (günahların) çoxundan da keçir.
Yüklə
35
Əş-Şura surəsi · Ayə 35
Quran-ı Kərim · Məkkə surəsi
(Belə edirik ki, qorxsunlar) və Bizim ayə və nişanələrimiz barəsində höcətləşərək mübahisə edənlər bilsinlər ki, onların (Bizim qüdrətimizdən) qaçmaq yerləri yoxdur.
Yüklə
36
Əş-Şura surəsi · Ayə 36
Quran-ı Kərim · Məkkə surəsi
Buna görə də (müvəqqəti həyatın müxtəlif vasitələrindən) sizə verilənlər dünya həyatının pay və malıdır. Allahın yanında olanlar (axirət mükafatları) iman gətirib öz Rəbblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir.
Yüklə
37
Əş-Şura surəsi · Ayə 37
Quran-ı Kərim · Məkkə surəsi
(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).
Yüklə
38
Əş-Şura surəsi · Ayə 38
Quran-ı Kərim · Məkkə surəsi
Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Yüklə
39
Əş-Şura surəsi · Ayə 39
Quran-ı Kərim · Məkkə surəsi
Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).
Yüklə
40
Əş-Şura surəsi · Ayə 40
Quran-ı Kərim · Məkkə surəsi
Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.
Yüklə
41
Əş-Şura surəsi · Ayə 41
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət baxımından) əsla bir yol yoxdur.
Yüklə
42
Əş-Şura surəsi · Ayə 42
Quran-ı Kərim · Məkkə surəsi
(Cəza və tənbeh) yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.
Yüklə
43
Əş-Şura surəsi · Ayə 43
Quran-ı Kərim · Məkkə surəsi
Əlbəttə kim (intiqam almaq qüdrəti ola-ola) səbr etsə və bağışlasa, bu, doğrudan da mühüm işlərdəndir.
Yüklə
44
Əş-Şura surəsi · Ayə 44
Quran-ı Kərim · Məkkə surəsi
Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya və ya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
Yüklə
45
Əş-Şura surəsi · Ayə 45
Quran-ı Kərim · Məkkə surəsi
Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir.» Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
Yüklə
46
Əş-Şura surəsi · Ayə 46
Quran-ı Kərim · Məkkə surəsi
Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
Yüklə
47
Əş-Şura surəsi · Ayə 47
Quran-ı Kərim · Məkkə surəsi
Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).
Yüklə
48
Əş-Şura surəsi · Ayə 48
Quran-ı Kərim · Məkkə surəsi
Beləliklə əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).
Yüklə
49
Əş-Şura surəsi · Ayə 49
Quran-ı Kərim · Məkkə surəsi
Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə və məhv edilməsi Ona məxsusdur.) O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir.
Yüklə
50
Əş-Şura surəsi · Ayə 50
Quran-ı Kərim · Məkkə surəsi
Yaxud da (başqa biri üçün) oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən və qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir və həyata keçirir).
Yüklə
51
Əş-Şura surəsi · Ayə 51
Quran-ı Kərim · Məkkə surəsi
Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir.
Yüklə
52
Əş-Şura surəsi · Ayə 52
Quran-ı Kərim · Məkkə surəsi
Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Qur’an və dini təlimlər) vəhy etdik. Sən (bundan öncə) kitabın nə, imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Qur’anı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən.
Yüklə
53
Əş-Şura surəsi · Ayə 53
Quran-ı Kərim · Məkkə surəsi
O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır.
Yüklə
42. Sürə

Əş-Şura surəsi

42 53 ayə Məkkə

Əş-Şura surəsi Ayələri

53 ayə · Azərbaycan dilində
Tam
2
Əş-Şura surəsi · Ayə 2
Quran-ı Kərim

Bütün Sürələr

114 sürə · tez keçid

1 Əl-Fatihə surəsi 2 Əl-Bəqərə surəsi 3 Ali-İmran surəsi 4 Ən-Nisa surəsi 5 Əl-Maidə surəsi 6 Əl-Ənam surəsi 7 Əl-Əraf surəsi 8 Əl-Ənfal ‏ surəsi 9 Ət-Tövbə surəsi 10 Yunus surəsi 11 Hud surəsi 12 Yusif surəsi 13 Ər-Rəd surəsi 14 İbrahim ‏ surəsi 15 Əl-Hicr surəsi 16 Ən-Nəhl surəsi 17 Əl-İsra surəsi 18 Əl-Kəhf ‏ surəsi 19 Məryəm surəsi 20 Taha ‏ surəsi 21 Əl-Ənbiya surəsi 22 Əl-Həcc ‏ surəsi 23 Əl-Muminun surəsi 24 Ən-Nur surəsi 25 Əl-Furqan ‏ surəsi 26 Əş-Şuəra surəsi 27 Ən-Nəml ‏ surəsi 28 Əl-Qəsəs ‏ surəsi 29 Əl-Ənkəbut ‏ surəsi 30 Ər-Rum ‏ surəsi 31 Loğman ‏ surəsi 32 Əs-Səcdə surəsi 33 Əl-Əhzab ‏ surəsi 34 Səba surəsi 35 Fatir surəsi 36 Yasin surəsi 37 Əs-Saffat ‏ surəsi 38 Sad surəsi 39 Əz-Zumər surəsi 40 Əl-Mumin surəsi 41 Fussilət ‏ surəsi 42 Əş-Şura surəsi 43 Əz-Zuxruf ‏ surəsi 44 Əd-Duxan ‏ surəsi 45 Əl-Casiyə surəsi 46 Əl-Əhqaf ‏ surəsi 47 Məhəmməd surəsi 48 Əl-Fəth surəsi 49 Əl-Hucurat surəsi 50 Qaf surəsi 51 Əz-Zariyat surəsi 52 Ət-Tur surəsi 53 Ən-Nəcm surəsi 54 Əl-Qəmər surəsi 55 Ər-Rəhman surəsi 56 Əl-Vaqiə surəsi 57 Əl-Hədid surəsi 58 Əl-Mucadələ surəsi 59 Əl-Həşr surəsi 60 Əl-Mumtəhinə surəsi 61 Əs-Səff ‏ surəsi 62 Əl-Cumə surəsi 63 Əl-Munafiqun ‏ surəsi 64 Ət-Təğabun surəsi 65 Ət-Talaq surəsi 66 Ət-Təhrim surəsi 67 Əl-Mulk surəsi 68 Nun (Qələm) surəsi 69 Əl-Haqqə surəsi 70 Əl-Məaric surəsi 71 Nuh surəsi 72 Əl-Cinnə surəsi 73 Əl-Muzzəmmil‏ surəsi 74 Əl-Muddəssir surəsi 75 Əl-Qiyamə surəsi 76 Əl-‏İnsan surəsi 77 Əl-Mursəlat surəsi 78 Ən-Nəbə surəsi 79 Ən-Naziat ‏ surəsi 80 Əbəsə ‏ surəsi 81 Ət-Təkvir surəsi 82 Əl-İnfitar surəsi 83 Əl-Mutəffifin surəsi 84 Əl-İnşiqaq ‏ surəsi 85 Əl-Buruc ‏ surəsi 86 Ət-Tariq surəsi 87 Əl-Əla surəsi 88 Əl-Ğaşiyə surəsi 89 Əl-Fəcr surəsi 90 Əl-Bələd surəsi 91 Əş-Şəms ‏ surəsi 92 Əl-Ləyl ‏ surəsi 93 Əz-Zuha ‏ surəsi 94 Əl-İnşirah surəsi 95 Ət-Tin surəsi 96 Əl-Ələq surəsi 97 Əl-Qədr surəsi 98 Əl-Bəyyinə surəsi 99 Əz-Zilzal surəsi 100 Əl-Adiyat ‏surəsi 101 Əl-Qariə surəsi 102 Ət-Təkasur surəsi 103 Əl-Əsr surəsi 104 Əl-Huməzə surəsi 105 Əl-Fil surəsi 106 Əl-Qurəyş surəsi 107 Əl-Maun‏ surəsi 108 Əl-Kovsər surəsi 109 Əl-Kafirun surəsi 110 Ən-Nəsr surəsi 111 Əbu Ləhəb surəsi 112 Əl-İxlas surəsi 113 Əl-Fələq surəsi 114 Ən-Nas surəsi

Sürə Haqqında

Əş-Şura surəsi

Əş-Şura surəsi Quran-ı Kərimdə 42. surədir və 53 ayədən ibarətdir.

Quran Statistikası

Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə42 / 114

Tez-tez Verilən Suallar

Əş-Şura surəsi surəsi haqqında suallar və cavablar

Şura surəsi neçə ayədən ibarətdir?
Şura surəsi Quran-ı Kərimin 42-ci surəsidir və 53 ayədən ibarətdir.
Şura surəsi harada nazil olub?
Şura surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 42-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Şura surəsi nə haqqındadır?
Şura surəsi Quran-ı Kərimin 42-ci surəsidir. Bu surə Məkkəvi surədir və 53 ayədən ibarətdir.
Şura surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Şura surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Şura surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Şura surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Şura surəsi Quranın hansı hissəsindədir?
Şura surəsi Quran-ı Kərimin 42-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Şura surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.