Vay halına əskik satanların!
Quran-ı Kərim · 83. Sürə
Əl-Mutəffifin surəsi
Əl-Mutəffifin surəsi Ayələri
Toplam 36 ayə · Azərbaycan dilində
O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,
Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.
Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,
Böyük bir gündə?!
O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!
Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab – kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.
Və sən nə bilirsən ki, «Siccin» nədir?
(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).
Vay halına o günü təkzib edənlərin.
O kəslərin ki, cəza gününü təkzib edirlər.
Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.
O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir»-deyər.
Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.
Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.
Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar.)
Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.
Belə deyildir (hesab – kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.
Sən nə bilirsən ki, «İlliyyin» nədir?
(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),
(Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.
Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.
Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.
Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.
Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.
Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir – birini ötsünlər).
Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.
O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.
Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.
Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş – gözlə bir – birinə işarə edirdilər.
Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.
Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır»- deyirdilər.
Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).
Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.
Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəkilərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.
(Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)
83. Sürə
Əl-Mutəffifin surəsi
Əl-Mutəffifin surəsi Ayələri
36 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Əl-Mutəffifin surəsi
Əl-Mutəffifin surəsi Quran-ı Kərimdə 83. surədir və 36 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə83 / 114
Tez-tez Verilən Suallar
Əl-Mutəffifin surəsi surəsi haqqında suallar və cavablar
Mutəffifin surəsi neçə ayədən ibarətdir?
Mutəffifin surəsi Quran-ı Kərimin 83-ci surəsidir və 36 ayədən ibarətdir.
Mutəffifin surəsi harada nazil olub?
Mutəffifin surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 83-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Mutəffifin surəsi nə haqqındadır?
Mutəffifin surəsi Quran-ı Kərimin 83-ci surəsidir. Bu surə Məkkəvi surədir və 36 ayədən ibarətdir.
Mutəffifin surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Mutəffifin surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Mutəffifin surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Mutəffifin surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Mutəffifin surəsi Quranın hansı hissəsindədir?
Mutəffifin surəsi Quran-ı Kərimin 83-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Mutəffifin surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.