Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).
Quran-ı Kərim · 74. Sürə
Əl-Muddəssir surəsi
Əl-Muddəssir surəsi Ayələri
Toplam 56 ayə · Azərbaycan dilində
Qalx və (ins və cin mükəlləflərini) qorxut!
Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!
Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).
Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.
Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!
Və öz Rəbbin üçün səbr et.
Elə ki, sura üfürülər.
O gün çətin bir gündür.
Kafirlər üçün asan deyildir.
Məni Öz yaratdığım kimsə ilə tək burax.
Ona bolluca mal-dövlət verdim.
Və (Məkkədə, ya əyan – əşrafların məclislərində, ya da xidmət göstərməyə) hazır oğullar (verdim).
Ona artıqlaması ilə (büsatlı cah-cəlal, mal-dövlət və övladlar) verdim.
Bununla belə (bütün bunları) artırmağıma tamahlanır.
Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.
Tezliklə onu çox məşəqqətli bir yoxuşu çıxmağa vadar edərəm (çətin bir axirət əzabına düçar edərəm).
Həqiqətən, o, (Qur’an barəsində) fikirləşdi, ölçdü – biçdi.
Ölüm olsun ona! Necə ölçdü – biçdi!
Yenə də ölüm olsun ona! Necə ölçdü – biçdi?!
Sonra baxdı.
Bu zaman üz-gözünü turşutdu, qaş – qabağını tökdü.
Sonra (Qur’anın haqq olmasına) arxa çevirdi və təkəbbür göstərdi.
Və dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir».
«Bu, bəşər kəlamından başqa bir şey deyildir».
Tezliklə onu Səqərə atacağam və yandıracağam.
Və sən nə bilirsən ki, Səqər nədir!
(Elə bir Cəhənnəmdir ki,) nə (yandırmamış bir şeyi) qoyar qalsın, nə də (lap dərinliyinə kimi nüfuz etməyincə) buraxar, (yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar).
(O gün) insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır.
Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub.
Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Qur’anın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk – şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Qur’an ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.
Belə deyildir (Onların zənn etdikləri kimi deyil. Onlar Qur’an və Cəhənnəmi yalan zənn edirlər). And olsun aya,
And olsun qayıdıb getməkdə olan gecəyə,
Və and olsun işıqlanmaqda olan (səhərə) ki,
Həqiqətən, bu (Qur’an ayələri, yaxud bu Cəhənnəm) (Allahın lütfünün və qəzəbinin) ən böyük (nişanə)lər(in)dən biridir.
Bəşər üçün bir qorxuducudur
Sizdən (iman və əməl vasitəsilə) irəli getmək, yaxud (küfr və üsyan vasitəsilə) geri qalmaq istəyən hər bir kəs üçün.
Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar),
«Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa.
Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar,
Günahkarların halını;
(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?»
Deyərlər: «Biz namaz qılanlardan deyildik.
Fəqirə və yoxsula təam verməzdik.
Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq.
Cəza gününü təkzib və inkar edərdik.
Ölüm bizi yaxalayana qədər».
Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir.
Onlara nə olub ki, öyüd–nəsihətdən üz döndərirlər?!
Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər,
(Elə eşşəklər ki,) Ovçunun (ya şirin) çəngindən qaçırlar.
(Onların işləri yalnız üz döndərmək deyildir,) əslində onların hər biri istəyir ki, (Allah tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»).
Belə deyil (qəbul etməmələrinin səbəbi məktubun gəlməməsi deyil), əslində onlar axirətdən qorxmurlar.
Belə deyil (onların söylədikləri kimi deyil, əslində) bu (Qur’an) öyüd – nəsihət və xatırlatma vasitəsidir.
Belə ki, kim istəsə onu xatırlaya (və ona əməl etməklə kamala çata) bilər.
Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.
74. Sürə
Əl-Muddəssir surəsi
Əl-Muddəssir surəsi Ayələri
56 ayə · Azərbaycan dilində

Bütün Sürələr
114 sürə · tez keçid
1
Əl-Fatihə surəsi
2
Əl-Bəqərə surəsi
3
Ali-İmran surəsi
4
Ən-Nisa surəsi
5
Əl-Maidə surəsi
6
Əl-Ənam surəsi
7
Əl-Əraf surəsi
8
Əl-Ənfal surəsi
9
Ət-Tövbə surəsi
10
Yunus surəsi
11
Hud surəsi
12
Yusif surəsi
13
Ər-Rəd surəsi
14
İbrahim surəsi
15
Əl-Hicr surəsi
16
Ən-Nəhl surəsi
17
Əl-İsra surəsi
18
Əl-Kəhf surəsi
19
Məryəm surəsi
20
Taha surəsi
21
Əl-Ənbiya surəsi
22
Əl-Həcc surəsi
23
Əl-Muminun surəsi
24
Ən-Nur surəsi
25
Əl-Furqan surəsi
26
Əş-Şuəra surəsi
27
Ən-Nəml surəsi
28
Əl-Qəsəs surəsi
29
Əl-Ənkəbut surəsi
30
Ər-Rum surəsi
31
Loğman surəsi
32
Əs-Səcdə surəsi
33
Əl-Əhzab surəsi
34
Səba surəsi
35
Fatir surəsi
36
Yasin surəsi
37
Əs-Saffat surəsi
38
Sad surəsi
39
Əz-Zumər surəsi
40
Əl-Mumin surəsi
41
Fussilət surəsi
42
Əş-Şura surəsi
43
Əz-Zuxruf surəsi
44
Əd-Duxan surəsi
45
Əl-Casiyə surəsi
46
Əl-Əhqaf surəsi
47
Məhəmməd surəsi
48
Əl-Fəth surəsi
49
Əl-Hucurat surəsi
50
Qaf surəsi
51
Əz-Zariyat surəsi
52
Ət-Tur surəsi
53
Ən-Nəcm surəsi
54
Əl-Qəmər surəsi
55
Ər-Rəhman surəsi
56
Əl-Vaqiə surəsi
57
Əl-Hədid surəsi
58
Əl-Mucadələ surəsi
59
Əl-Həşr surəsi
60
Əl-Mumtəhinə surəsi
61
Əs-Səff surəsi
62
Əl-Cumə surəsi
63
Əl-Munafiqun surəsi
64
Ət-Təğabun surəsi
65
Ət-Talaq surəsi
66
Ət-Təhrim surəsi
67
Əl-Mulk surəsi
68
Nun (Qələm) surəsi
69
Əl-Haqqə surəsi
70
Əl-Məaric surəsi
71
Nuh surəsi
72
Əl-Cinnə surəsi
73
Əl-Muzzəmmil surəsi
74
Əl-Muddəssir surəsi
75
Əl-Qiyamə surəsi
76
Əl-İnsan surəsi
77
Əl-Mursəlat surəsi
78
Ən-Nəbə surəsi
79
Ən-Naziat surəsi
80
Əbəsə surəsi
81
Ət-Təkvir surəsi
82
Əl-İnfitar surəsi
83
Əl-Mutəffifin surəsi
84
Əl-İnşiqaq surəsi
85
Əl-Buruc surəsi
86
Ət-Tariq surəsi
87
Əl-Əla surəsi
88
Əl-Ğaşiyə surəsi
89
Əl-Fəcr surəsi
90
Əl-Bələd surəsi
91
Əş-Şəms surəsi
92
Əl-Ləyl surəsi
93
Əz-Zuha surəsi
94
Əl-İnşirah surəsi
95
Ət-Tin surəsi
96
Əl-Ələq surəsi
97
Əl-Qədr surəsi
98
Əl-Bəyyinə surəsi
99
Əz-Zilzal surəsi
100
Əl-Adiyat surəsi
101
Əl-Qariə surəsi
102
Ət-Təkasur surəsi
103
Əl-Əsr surəsi
104
Əl-Huməzə surəsi
105
Əl-Fil surəsi
106
Əl-Qurəyş surəsi
107
Əl-Maun surəsi
108
Əl-Kovsər surəsi
109
Əl-Kafirun surəsi
110
Ən-Nəsr surəsi
111
Əbu Ləhəb surəsi
112
Əl-İxlas surəsi
113
Əl-Fələq surəsi
114
Ən-Nas surəsi
Sürə Haqqında
Əl-Muddəssir surəsi
Əl-Muddəssir surəsi Quran-ı Kərimdə 74. surədir və 56 ayədən ibarətdir.
Quran Statistikası
Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə74 / 114
Tez-tez Verilən Suallar
Əl-Muddəssir surəsi surəsi haqqında suallar və cavablar
Muddəssir surəsi neçə ayədən ibarətdir?
Muddəssir surəsi Quran-ı Kərimin 74-ci surəsidir və 56 ayədən ibarətdir.
Muddəssir surəsi harada nazil olub?
Muddəssir surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 74-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Muddəssir surəsi nə haqqındadır?
Muddəssir surəsi Quran-ı Kərimin 74-ci surəsidir. Bu surə Məkkəvi surədir və 56 ayədən ibarətdir.
Muddəssir surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Muddəssir surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Muddəssir surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Muddəssir surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Muddəssir surəsi Quranın hansı hissəsindədir?
Muddəssir surəsi Quran-ı Kərimin 74-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Muddəssir surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.