Naviqasiya
Qurani Kərim Hədislər Ayə axtarışı Mesajlar Söhbət Daxil ol
Quran-ı Kərim · 35. Sürə

Fatir surəsi

35. surə 45 ayə Məkkə Tam tərcümə

Fatir surəsi Ayələri

Toplam 45 ayə · Azərbaycan dilində
Tam tərcümə
1
Fatir surəsi · Ayə 1
Quran-ı Kərim · Məkkə surəsi
Həmd göyləri və yeri (ilk dəfə, öncədən nümunə olmadan yoxdan) yaradan, ikiqanadlı, üçqanadlı, dördqanadlı mələkləri (yaradılış aləminin idarə olunması və vəzifələrin yerinə yetirilməsi aləmində vəhy və ilham işini icra etmələri üçün) elçilər edən tək olan Allaha məxsusdur. O, yaradılışda istədiyini artırar və varlıq aləmində yayar, çünki Allah hər şeyə qadirdir.
Yüklə
2
Fatir surəsi · Ayə 2
Quran-ı Kərim · Məkkə surəsi
Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur.
Yüklə
3
Fatir surəsi · Ayə 3
Quran-ı Kərim · Məkkə surəsi
Ey insanlar, Allahın sizə olan nemətlərini yada salın, məgər yeganə olan Allahdan başqa elə bir yaradan varmı ki, sizə göydən və yerdən ruzi versin? Ondan başqa bir tanrı yoxdur, elə isə (haqdan) necə və haraya döndərilirsiniz?!
Yüklə
4
Fatir surəsi · Ayə 4
Quran-ı Kərim · Məkkə surəsi
Əgər səni təkzib etsələr (qəmgin olma), həqiqətən, səndən öncə də peyğəmbərlər təkzib olunmuşdur. (Mükafata və cəzaya layiq olan) bütün işlər (axirət günündə) Allaha tərəf qaytarılacaqdır.
Yüklə
5
Fatir surəsi · Ayə 5
Quran-ı Kərim · Məkkə surəsi
Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın ! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!
Yüklə
6
Fatir surəsi · Ayə 6
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən, Şeytan sizin düşməninizdir, belə isə onu (özünüzə) düşmən bilin! Həqiqətən, o, öz dəstəsini (ona uyanları) Cəhənnəmin alovlu odunun əhlindən olmağa dəvət edir.
Yüklə
7
Fatir surəsi · Ayə 7
Quran-ı Kərim · Məkkə surəsi
Kafirlər üçün şiddətli bir əzab vardır, iman gətirənlər və yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.
Yüklə
8
Fatir surəsi · Ayə 8
Quran-ı Kərim · Məkkə surəsi
Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir) çünki, Allah (bəşəri dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə olan təəssüflər və kədərlər üzündən canın əldən gedə! Allah onların nə etdiklərini biləndir.
Yüklə
9
Fatir surəsi · Ayə 9
Quran-ı Kərim · Məkkə surəsi
Buludu hərəkətə gətirən küləkləri göndərən Allahdır, Biz onu (buludu) ölmüş (bitkiləri qurumuş) bir torpağa tərəf sövq etdik və onunla o torpağı öldükdən sonra diriltdik (müxtəlif bitkilərin toxumlarını cücərtdik). (Qiyamət günü) dirilmə də belədir (torpağın köksündə parçalanıb dağılmış bədənlərin zərrələrini hərəkətə gətirərək, onları bir-birlərilə birləşdirəcək və dirildəcəyik).
Yüklə
10
Fatir surəsi · Ayə 10
Quran-ı Kərim · Məkkə surəsi
Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar; hiyləgərliklə pis iş görənlər üçünsə şiddətli bir əzab vardır.Onların hiylələri puç və təsirsizdir.
Yüklə
11
Fatir surəsi · Ayə 11
Quran-ı Kərim · Məkkə surəsi
Allah sizi(n ilk baba və nənənizi vasitəsiz olaraq və möcüzəli bir tərzdə) torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz və bari-həmlini yerə qoymaz. Kitabda (Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır.
Yüklə
12
Fatir surəsi · Ayə 12
Quran-ı Kərim · Məkkə surəsi
İki dəniz (dənizə oxşar olan böyük çaylar və dənizlər) əsla bir-biri ilə eyni deyildir. Bunun biri pak, şirin və susuzluğu yatırandır nuşcanlıqla içilir o birisi duzlu (şor) və acıdır. Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara –yara üzən görərsən. Bəlkə şükr edəsiniz. (Geniş və əhatəli olan insan ruhu mömində və kafirdə hər ikisi xeyir işlər və bəşərə xidmətlər göstərsələr belə iman və əxlaqi faydalar və həqiqət baxımından eyni deyildir.)
Yüklə
13
Fatir surəsi · Ayə 13
Quran-ı Kərim · Məkkə surəsi
(Allah) gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar (tədriclə və yer kürəsinin əyilməsilə birini azaldar və digərinə artırar). O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir (onların) hər biri (özünün məxsus perpendikulyar və dairəvi hərəkətində) müəyyən bir müddət üçün hərəkət edər. Budur sizin Rəbbiniz olan Allah. Hər bir şeyin həqiqi mülkiyyəti və varlıq aləminin hakimiyyəti Ona məxsusdur. Onun yerinə çağırdıqlarınız həqiqətdə xurma çərdəyinin qabığına belə malik deyildirlər.
Yüklə
14
Fatir surəsi · Ayə 14
Quran-ı Kərim · Məkkə surəsi
Əgər onları çağırsanız sizin dəvətinizi eşitməzlər və əgər eşitsələr (mələklər, cinlər və bəşər müqəddəsləri kimi tanrılar) sizə cavab verməzlər (cavab vermək qüdrətləri yaxud cavab vermək haqları yoxdur) Qiyamət günü şərikliyinizi inkar edəcəklər və heç kəs səni (dünyada və axirətdə onların halından) agah və xəbərdar olan Allah kimi xəbərdar etməz.
Yüklə
15
Fatir surəsi · Ayə 15
Quran-ı Kərim · Məkkə surəsi
Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil).
Yüklə
18
Fatir surəsi · Ayə 18
Quran-ı Kərim · Məkkə surəsi
Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o yükdən heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır.
Yüklə
20
Fatir surəsi · Ayə 20
Quran-ı Kərim · Məkkə surəsi
Nə zülmətlə nur (cəhalət, küfr, əxlaq və əməl çirkabları ilə elm, iman və fəzilətləri eynidir).
Yüklə
21
Fatir surəsi · Ayə 21
Quran-ı Kərim · Məkkə surəsi
Nə də kölgə ilə yandırıcı isti (gözəl mükafatlar və şiddətli cəzalar da eyni olmaz).
Yüklə
22
Fatir surəsi · Ayə 22
Quran-ı Kərim · Məkkə surəsi
Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə (dinin dəvətini qəbul etdikdən sonra dini və insani təkamül yollarını) eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən.
Yüklə
23
Fatir surəsi · Ayə 23
Quran-ı Kərim · Məkkə surəsi
Sən yalnız bir qorxudansan (hələlik döyüşə əmr olunmamısan və onların qəlbini eşitdirməyə də məmur deyilsən).
Yüklə
24
Fatir surəsi · Ayə 24
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən, Biz səni haqla (əqlə, hikmətə, rəhmətə və xilqətin tam quruluşuna uyğun olaraq möminlərə) müjdəverici və (kafirləri) qorxudan (peyğəmbər) olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən qorxudan bir (peyğəmbər, yaxud onun məsum vəsisi və ya saleh bir alim) gəlib-getməmiş olsun.
Yüklə
25
Fatir surəsi · Ayə 25
Quran-ı Kərim · Məkkə surəsi
Və əgər səni təkzib etsələr (təəccüblü olmaz), həqiqətən, onlardan qabaq olanları (Allah rəsullarını) da təkzib etdilər, halbuki peyğəmbərləri onlara möcüzələr və (peyğəmbərliyin) aydın dəlillər(ini) və (məsləhət, nəsihət və ürfan) yazılar(ı) və (şəriətin) aydınlıq bəxş edən (yayan) kitab(ını) gətirmişdilər.
Yüklə
26
Fatir surəsi · Ayə 26
Quran-ı Kərim · Məkkə surəsi
Sonra isə kafir olanları cəza olaraq yaxaladım, belə isə (bax gör ki,) Mənim onlara qarşı rəftarım necə oldu?
Yüklə
27
Fatir surəsi · Ayə 27
Quran-ı Kərim · Məkkə surəsi
Məgər Allahın göydən suyu (yağış, qar və dolu şəklində) nazil etdiyini görmürsənmi?! Biz onun vasitəsilə (yerdən) müxtəlif növlü, sinifli və rəngli meyvələr çıxartdıq? Dağlardan müxtəlif rəngli ağ, qırmızı, qara rəngli yollar (yer kürəsinin üzərindəki dağlardan rəngarəng silsilələr və dağlarda da rəngarəng yollar yaratdıq).
Yüklə
28
Fatir surəsi · Ayə 28
Quran-ı Kərim · Məkkə surəsi
İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır. (Bəli, Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır.
Yüklə
29
Fatir surəsi · Ayə 29
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki,
Yüklə
30
Fatir surəsi · Ayə 30
Quran-ı Kərim · Məkkə surəsi
Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükr) edəndir.
Yüklə
31
Fatir surəsi · Ayə 31
Quran-ı Kərim · Məkkə surəsi
(Ya Peyğəmbər!) Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri (səmavi kitabları və İlahi şəriətləri) təsdiq edən bir haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır və onları görəndir.
Yüklə
32
Fatir surəsi · Ayə 32
Quran-ı Kərim · Məkkə surəsi
Sonra Biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik. Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi (ümmətin adilləri və əməli-saleh adamları) mötədil, bəzisi isə (Qur’anın varisləri olan ümmətin məsumları) Allahın (yaradılış) izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli) bu, (kitab mövcudluğu, məsumların və əməli-saleh şəxslərin varlığı ümmət üçün) böyük lütfdür.
Yüklə
33
Fatir surəsi · Ayə 33
Quran-ı Kərim · Məkkə surəsi
Daxil olacaqları əbədi Cənnətlər (onların mükafatıdır), orada qızıl bilərziklər və incilərlə zinətlənərlər. Orada libasları da ipəkdən olar.
Yüklə
34
Fatir surəsi · Ayə 34
Quran-ı Kərim · Məkkə surəsi
Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir».
Yüklə
35
Fatir surəsi · Ayə 35
Quran-ı Kərim · Məkkə surəsi
«Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər».
Yüklə
36
Fatir surəsi · Ayə 36
Quran-ı Kərim · Məkkə surəsi
Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər. (Bəli,) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik.
Yüklə
37
Fatir surəsi · Ayə 37
Quran-ı Kərim · Məkkə surəsi
Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz.»
Yüklə
38
Fatir surəsi · Ayə 38
Quran-ı Kərim · Məkkə surəsi
Həqiqətən, Allah göylərin və yerin qeybini biləndir (orada hər hansı bir şüur sahibinin fikir əhatəsindən və hislərindən gizlin olan hər şeyi bilir). Şübhəsiz, O, sinələrdə olanı da biləndir.
Yüklə
39
Fatir surəsi · Ayə 39
Quran-ı Kərim · Məkkə surəsi
Sizi yer üzündə (keçmişdəkilərin) canişinlər(i) edən Odur. Kim kafir olsa, küfrü onun özünün ziyanınadır. Kafirlərin küfrləri Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrləri (onların) yalnız (axirət) ziyan(ı) artırar.
Yüklə
40
Fatir surəsi · Ayə 40
Quran-ı Kərim · Məkkə surəsi
(Ya Peyğəmbər!) De: «Allahın yerinə çağırdıqlarınız şəriklərə (diqqətlə) baxmısınızmı? Mənə göstərin görüm, (onlar) yerdə nəyi (yerdəki mövcudlardan hansı bir növü) yaradıblar? Yoxsa onların göylərdə (göylərin yaradılışı, qorunub saxlanılması, ya idarə olunmasında Allahla) bir şərikliyimi var? Yaxud onlara (ilahi) bir kitabmı vermişik ki, (onların Allahla şərikliyi barədə) oradakı bir dəlil-sübuta istinad edirlər?! (Belə deyildir), əksinə, zalımlar bir-birlərinə yalnız aldadıcı vədlər verirlər».
Yüklə
41
Fatir surəsi · Ayə 41
Quran-ı Kərim · Məkkə surəsi
Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır.
Yüklə
42
Fatir surəsi · Ayə 42
Quran-ı Kərim · Məkkə surəsi
(Müşriklər) onlara bir qorxudan (peyğəmbər) gələcəyi təqdirdə (peyğəmbər göndərilmiş ümmətlərdən biri olmaqdan əlavə) ümmətlər içərisində (hamıdan) daha artıq düz yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. (Amma) onlara bir qorxudan (peyğəmbər) gəldikdə (bu onlara haqdan) uzaqlaşmaq və (haqqa) nifrətdən başqa bir şey artırmadı.
Yüklə
43
Fatir surəsi · Ayə 43
Quran-ı Kərim · Məkkə surəsi
(Bu onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə ilahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan.
Yüklə
44
Fatir surəsi · Ayə 44
Quran-ı Kərim · Məkkə surəsi
Məgər onlar yer üzündə gəzib dolanıb, özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər; Göylərdə və yerdə Allahı aciz qoya biləcək heç bir qüvvə yoxdur. O, hər şeyə qadirdir.
Yüklə
45
Fatir surəsi · Ayə 45
Quran-ı Kərim · Məkkə surəsi
Və əgər Allah insanları etdikləri (günahlara) görə cəzalandırsaydı, yer üzərində heç bir canlını (diri) qoymazdı. Lakin (Allah) (Onun əzəli elmində təyin edilmiş Lövhi-Məhfuzda sabit olan) müəyyən bir müddətədək təxirə salır. Əcəlləri yetişdikdə Allah bəndələrini(n halını) görəndir (və hər kəslə əməlinə uyğun rəftar edəcəkdir.)
Yüklə
35. Sürə

Fatir surəsi

35 45 ayə Məkkə

Fatir surəsi Ayələri

45 ayə · Azərbaycan dilində
Tam
1
Fatir surəsi · Ayə 1
Quran-ı Kərim

Bütün Sürələr

114 sürə · tez keçid

1 Əl-Fatihə surəsi 2 Əl-Bəqərə surəsi 3 Ali-İmran surəsi 4 Ən-Nisa surəsi 5 Əl-Maidə surəsi 6 Əl-Ənam surəsi 7 Əl-Əraf surəsi 8 Əl-Ənfal ‏ surəsi 9 Ət-Tövbə surəsi 10 Yunus surəsi 11 Hud surəsi 12 Yusif surəsi 13 Ər-Rəd surəsi 14 İbrahim ‏ surəsi 15 Əl-Hicr surəsi 16 Ən-Nəhl surəsi 17 Əl-İsra surəsi 18 Əl-Kəhf ‏ surəsi 19 Məryəm surəsi 20 Taha ‏ surəsi 21 Əl-Ənbiya surəsi 22 Əl-Həcc ‏ surəsi 23 Əl-Muminun surəsi 24 Ən-Nur surəsi 25 Əl-Furqan ‏ surəsi 26 Əş-Şuəra surəsi 27 Ən-Nəml ‏ surəsi 28 Əl-Qəsəs ‏ surəsi 29 Əl-Ənkəbut ‏ surəsi 30 Ər-Rum ‏ surəsi 31 Loğman ‏ surəsi 32 Əs-Səcdə surəsi 33 Əl-Əhzab ‏ surəsi 34 Səba surəsi 35 Fatir surəsi 36 Yasin surəsi 37 Əs-Saffat ‏ surəsi 38 Sad surəsi 39 Əz-Zumər surəsi 40 Əl-Mumin surəsi 41 Fussilət ‏ surəsi 42 Əş-Şura surəsi 43 Əz-Zuxruf ‏ surəsi 44 Əd-Duxan ‏ surəsi 45 Əl-Casiyə surəsi 46 Əl-Əhqaf ‏ surəsi 47 Məhəmməd surəsi 48 Əl-Fəth surəsi 49 Əl-Hucurat surəsi 50 Qaf surəsi 51 Əz-Zariyat surəsi 52 Ət-Tur surəsi 53 Ən-Nəcm surəsi 54 Əl-Qəmər surəsi 55 Ər-Rəhman surəsi 56 Əl-Vaqiə surəsi 57 Əl-Hədid surəsi 58 Əl-Mucadələ surəsi 59 Əl-Həşr surəsi 60 Əl-Mumtəhinə surəsi 61 Əs-Səff ‏ surəsi 62 Əl-Cumə surəsi 63 Əl-Munafiqun ‏ surəsi 64 Ət-Təğabun surəsi 65 Ət-Talaq surəsi 66 Ət-Təhrim surəsi 67 Əl-Mulk surəsi 68 Nun (Qələm) surəsi 69 Əl-Haqqə surəsi 70 Əl-Məaric surəsi 71 Nuh surəsi 72 Əl-Cinnə surəsi 73 Əl-Muzzəmmil‏ surəsi 74 Əl-Muddəssir surəsi 75 Əl-Qiyamə surəsi 76 Əl-‏İnsan surəsi 77 Əl-Mursəlat surəsi 78 Ən-Nəbə surəsi 79 Ən-Naziat ‏ surəsi 80 Əbəsə ‏ surəsi 81 Ət-Təkvir surəsi 82 Əl-İnfitar surəsi 83 Əl-Mutəffifin surəsi 84 Əl-İnşiqaq ‏ surəsi 85 Əl-Buruc ‏ surəsi 86 Ət-Tariq surəsi 87 Əl-Əla surəsi 88 Əl-Ğaşiyə surəsi 89 Əl-Fəcr surəsi 90 Əl-Bələd surəsi 91 Əş-Şəms ‏ surəsi 92 Əl-Ləyl ‏ surəsi 93 Əz-Zuha ‏ surəsi 94 Əl-İnşirah surəsi 95 Ət-Tin surəsi 96 Əl-Ələq surəsi 97 Əl-Qədr surəsi 98 Əl-Bəyyinə surəsi 99 Əz-Zilzal surəsi 100 Əl-Adiyat ‏surəsi 101 Əl-Qariə surəsi 102 Ət-Təkasur surəsi 103 Əl-Əsr surəsi 104 Əl-Huməzə surəsi 105 Əl-Fil surəsi 106 Əl-Qurəyş surəsi 107 Əl-Maun‏ surəsi 108 Əl-Kovsər surəsi 109 Əl-Kafirun surəsi 110 Ən-Nəsr surəsi 111 Əbu Ləhəb surəsi 112 Əl-İxlas surəsi 113 Əl-Fələq surəsi 114 Ən-Nas surəsi

Sürə Haqqında

Fatir surəsi

Fatir surəsi Quran-ı Kərimdə 35. surədir və 45 ayədən ibarətdir.

Quran Statistikası

Toplam Sürələr114
Toplam Ayələr6,236
Cari sürə35 / 114

Tez-tez Verilən Suallar

Fatir surəsi surəsi haqqında suallar və cavablar

Fatir surəsi neçə ayədən ibarətdir?
Fatir surəsi Quran-ı Kərimin 35-ci surəsidir və 45 ayədən ibarətdir.
Fatir surəsi harada nazil olub?
Fatir surəsi Məkkəvi surədir. Quran-ı Kərimin 35-ci surəsi kimi Məkkəvi xüsusiyyətinə malikdir.
Fatir surəsi nə haqqındadır?
Fatir surəsi Quran-ı Kərimin 35-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45 ayədən ibarətdir.
Fatir surəsini Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Fatir surəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin hər ayə üçün ayrı səhifə, ərəbcə audio və oxundu işarəsi mövcuddur.
Fatir surəsini ərəbcə necə dinləmək olar?
Hər ayənin yanındaki çalğı düyməsinə basaraq Fatir surəsinin istənilən ayəsini ərəbcə dinləyə bilərsiniz. Yuxarıdaki "Hamısını oxu" düyməsi ilə bütün surəni ardıcıl, avtomatik səhifə sürüşməsi ilə dinləyə bilərsiniz.
Fatir surəsi Quranın hansı hissəsindədir?
Fatir surəsi Quran-ı Kərimin 35-ci surəsidir. Ümumilikdə Quran 114 surədən və 6,236 ayədən ibarətdir.
Fatir surəsini oxuyarkən hansı köməkçi alətlər var?
dinisuallar.com-da hər ayə üçün oxuma sürəti (0.75× – 1.5×), kopyalama, yükləmə (şəkil), oxundu işarəsi və səhifə daxili naviqasiya mövcuddur. Oxunan ayələr avtomatik işarələnir və statistika kartında tərəqqi göstərilir.