Ali-İmran surəsi · 100-cu ayə

Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 100
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Əgər kitab əhlindən bir dəstəsinə itaət etsəniz, sizi iman gətirdikdən sonra küfrə döndərərlər.”
Nöqtələr
Təfsirdə oxuyuruq: Şas ibn Qeys adlı bir yəhudi Mədinə müsəlmanlarının, xüsusi ilə də Ous və Xəzrəc qəbilələrinin səmimiyyətini görüb çox narahat oldu və öz-özünə dedi: "Bu iki qəbilə bir vaxt bir-birləri ilə savaşırdılar. İndi isə Məhəmmədin (s) rəhbərliyi sayəsində sülhə gəlib, mehriban yaşayırlar. Əgər bu vəziyyət davam etsə, yəhudilərin vəziyyəti pis olacaq.” O, ətrafına bir qədər adam toplayıb bir cavanı müsəlmanlar arasında ikitirəlik yaratmaq üçün göndərdi. Bu gənc iki qəbilə arasındakı keçmiş «Biğas» döyüşünü xatırlatmalı və ötən kin-küdurəti təzələməli idi. Həmin gənc öz işini yerinə yetirdi və az qaldı ki, iki tayfa arasında savaş qızışsın. Amma həzrət Peyğəmbər (s) öz sakitləşdirici sözləri ilə onlara xəbərdarlıq etdi və düşmənin qurğusunu açıqladı. Onlar silahı yerə qoyub bir-birləri ilə qucaqlaşdılar və öz əməllərindən peşman oldular. Təfsirçilərin bildirdiyinə görə, bu hadisə ilə bağlı hazırkı və əvvəlki iki ayə nazil oldu. Bu ayələr kitab əhlini məzəmmət etməklə yanaşı, müsəlmanlara xərdarlıq edirdi.("Təfsire-Məcməül-bəyan”; "Təfsire-Ruhul-bəyan”; "Təfsire-Ruhul-məani”; "Təfsire-Kəbir”; "Təfsire-Qurtubi”; "Təfsire-Məraği”; "Təfsire-Nümunə”. )
Bildirişlər
1.Azğın alimlərə itaət küfr səbəbidir.
2. Əməlin əqidəyə təsiri var. Azğınlara itaət əqidə çaşqınlığı yaradır.
3. Kafirlərə itaət küfrlə nəticələndiyindən onlardan çəkinmək zəruridir.
4. Biganələrə ardıcıllığın nəticəsi küfr və pis aqibətdir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 100-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 100-cu ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar.
Ali-İmran surəsi 100-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 100-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 100-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 100-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 100-cu ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Əgər kitab əhlindən bir dəstəsinə itaət etsəniz, sizi iman gətirdikdən sonra küfrə döndərərlər.” Nöqtələr Təfsirdə oxuyuruq: Şas ibn Qeys adlı bir yəhudi Mədinə müsəlmanlarının, xüsusi ilə də Ous və Xəzrəc qəbilələrinin səmimiyyətini görüb çox narahat oldu və öz-özünə dedi: "Bu iki qəbilə bir vaxt bir-birləri ilə savaşırdılar. İndi isə Məhəmmədin (s) rəhbərliyi sayəsində sülhə gəlib, mehriban yaşayırlar. Əgər bu vəziyyət davam etsə, yəhudilərin vəziyyəti pis olacaq.” O, ətra...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.