Ali-İmran surəsi · 101-ci ayə

Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 101
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allahın ayələri sizə oxunduğu və Onun rəsulu aranızda olduğu halda necə küfr edirsiniz?! Allaha (Onun dini və Kitabına) sığınan, şübhəsiz, doğru yola hidayət olmuşdur.”
Bildirişlər
1. Azğınlıq və küfrün zəminəsi ya yol, ya da rəhbərin olmamasıdır. Amma ilahi kitab və sünnə, eləcə də, ilahi rəhbər olan yerdə azğınlığa yer yoxdur.
2. Küfr və azğınlığın qarşısını təkcə qanunlar ala bilmir. Bu işdə rəhbərin də olması zəruridir.
3. Allaha sığınma və təvəkkül, eləcə də, Ondan yardım diləmə bütün vəsvəsələrdən və azğınlıqlardan amanda qalmaq rəmzidir.
4. Allaha sığınma yolu hər kəsin üzünə açıqdır.
5. Allahdan qeyri istənilən bir şəxsə və ya məqama üz tutmaq çaşqınlıqdır.
6. Hərəkətdən də mühüm olan şey doğru yolun tapılması və həmin yolda hərəkətdir.
7. Hidayət Allaha bağlanmağın qəti nəticəsidir.
8. Allaha bağlanmaq agahanə seçimlə müşayiət olunan ciddi bir hərəkətdir və bu hərəkətin şərti övliyalarla yoldaşlıqdır. ("Cameə-Kəbirə” ziyarətində imam Hadi (ə) buyurmuşdur: "Allahın övliyalarına pənah aparma və təvəssül əslində insanın özünü Allahın himayəsində qərar verməsidir.”)

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 101-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 101-ci ayəsi nə haqqındadır?
Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.
Ali-İmran surəsi 101-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 101-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 101-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 101-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 101-ci ayənin təfsiri nədir?
"Allahın ayələri sizə oxunduğu və Onun rəsulu aranızda olduğu halda necə küfr edirsiniz?! Allaha (Onun dini və Kitabına) sığınan, şübhəsiz, doğru yola hidayət olmuşdur.” Bildirişlər 1. Azğınlıq və küfrün zəminəsi ya yol, ya da rəhbərin olmamasıdır. Amma ilahi kitab və sünnə, eləcə də, ilahi rəhbər olan yerdə azğınlığa yer yoxdur. 2. Küfr və azğınlığın qarşısını təkcə qanunlar ala bilmir. Bu işdə rəhbərin də olması zəruridir. 3. Allaha sığınma və təvəkkül, eləcə də, Ondan yardım diləmə bütün vəsv...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.