Ali-İmran surəsi · 112-cü ayə

Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaqi, əməli və ictimai) fəqirlik və bədbəxtlik (damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə Allahın ayələrinə kafir olur və Allahın peyğəmbərlərini nahaq yerə öldürürdülər. Bunun səbəbi günah etmələri və həmişə həddi aşmalarıdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 112
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Düşmənləriniz o qədər qorxaqdırlar ki,) harada olsa zillət damğası ilə damğalanmışlar. Yalnız ilahi ipə sarıldıqda və xalqa bağlandıqda belə olmaz. Onlar Allahın qəzəbinə düçar oldular və çarəsizlik möhürü ilə damğalandılar. Bunun səbəbi onların Allah ayələrinə küfr etməsi, peyğəmbərləri nahaqdan öldürmələri idi. Bunun səbəbi üsyan edib, həddi aşmaları idi.”
Nöqtələr
Rəvayətlərdə nəql olunduğu kimi, bu ayə Allah və Onun rəsuluna itaətsizlik səbəbindən qəzəbə gəlmiş yəhudi qövmü haqqındadır. Onlar zəlalət möhürü ilə damğalanmışlar. Onların bir günahı da peyğəmbərləri qətlə yetirmələri idi. Rəvayətlərə əsasən, burada qılıncla öldürmək yox, peyğəmbərlərin sirlərinin açılması nəzərdə tutulur. Bu sirlərin açılması zalım hakimlərin müvəffəqiyyəti və peyğəmbərləri qətlə yetirməsinə səbəb olmuşdur.("Kafi”, c. 2, səh. 371. )
Bildirişlər
1. Küfr və peyğəmbərləri qətlə yetirməyin nəticəsi zillət və çarəsizlikdir.
2. Yəhudilər həmişə zəlildir. Onlar bəzən təbliğat, iqtisadiyyat və siyasətdə önə keçsələr də, kəramət, izzət, məhbubiyyət və əmniyyət baxımından ən alçaq vəziyyətdədirlər. Necə ki, bir oğru böyük məbləğ əldə etsə də, heç vaxt böyük məqam qazana bilmir.
3. Müxaliflərin zəlil vəziyyətinin bəyanı ilə möminlərin ruhiyyəsini gücləndirin.
4. İki şey izzət rəmzidir: Allahın qüdrətinə daxilən inam, ümmət və millətlərlə gözəl rabitələr.
5. Yəhudilərin xilas yolu İslama iman gətirməkdir.
6. Əqidənin əmələ təsiri var.
7. Yəhudi qövmünə bir çox peyğəmbərlər gəlmişdir.
8. Ən böyük şəxsiyyətlərə münasibətdə də meyarları yaddan çıxarmayın. Peyğəmbərlərin öldürülməsi böyük günah olsa da "haqsız” sözü bu qətl meyarının batil olduğunu göstərir.
9. Günah və təcavüz küfr və peyğəmbərlərin qətli kimi böyük günahlara zəmin yaradır.
10. Təcavüz və küfrdən də pisi bu işlərdə israrlı olub onu davam etdirməkdir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 112-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 112-cü ayəsi nə haqqındadır?
Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaq...
Ali-İmran surəsi 112-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 112-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 112-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 112-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 112-cü ayənin təfsiri nədir?
"(Düşmənləriniz o qədər qorxaqdırlar ki,) harada olsa zillət damğası ilə damğalanmışlar. Yalnız ilahi ipə sarıldıqda və xalqa bağlandıqda belə olmaz. Onlar Allahın qəzəbinə düçar oldular və çarəsizlik möhürü ilə damğalandılar. Bunun səbəbi onların Allah ayələrinə küfr etməsi, peyğəmbərləri nahaqdan öldürmələri idi. Bunun səbəbi üsyan edib, həddi aşmaları idi.” Nöqtələr Rəvayətlərdə nəql olunduğu kimi, bu ayə Allah və Onun rəsuluna itaətsizlik səbəbindən qəzəbə gəlmiş yəhudi qövmü haqqındadır. On...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.