Ali-İmran surəsi · 117-ci ayə

Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 117
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların dünya həyatında infaq etdikləri şey özünə zülm etmiş qövmün əkin sahələrinə əsən, şiddətli soyuq və ya istisi olan küləyə bənzər. (Bu külək həmin əkin sahələrini) məhv edər. Allah onlara zülm etmədi, onlar özləri özlərinə zülm edirlər.”
Nöqtələr
Quran dəfələrlə elan etmişdir ki, Allahın qəhr və qəzəbi qarşısında var-dövlətin, övladın, qohumların, zövcənin, dostun, ağanın, bir sözlə, heç bir şeyin zərrəcə təsiri yoxdur.
Ayədəki "sirr” sözü yandırıcı isti və soyuq mənasını bildirir.("Ət-Təhqiq fi kəlimatil-Quran”. )
Kafirlərin batil yolda sərf etdiyi büdcə yandırıcı küləyin məhv etdiyi əkinə bənzəyir. Elə əvvəl gündən indiyədək İslama qarşı hücumlar, təbliğatlar və qurğular məğlubiyyətə uğramışdır. İlahi din hər gün genişlənməkdədir və nəhayətdə qələbə İslamındır.
Bildirişlər
1. Əqidə əmələ təsirlidir. Küfr insanı infaqın bərəkətindən məhrum edir.
2. Təbii hadisələr və bəlaların amillərindən biri insanların günahlarıdır.
3. Günah insanın yaxşı işlərini puça çıxarır.
4. Allahın qəhr-qəzəbi zülm deyil. Bu qəzəbi doğuran insanların öz əməlləridir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 117-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 117-ci ayəsi nə haqqındadır?
Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər.
Ali-İmran surəsi 117-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 117-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 117-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 117-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 117-ci ayənin təfsiri nədir?
"Onların dünya həyatında infaq etdikləri şey özünə zülm etmiş qövmün əkin sahələrinə əsən, şiddətli soyuq və ya istisi olan küləyə bənzər. (Bu külək həmin əkin sahələrini) məhv edər. Allah onlara zülm etmədi, onlar özləri özlərinə zülm edirlər.” Nöqtələr Quran dəfələrlə elan etmişdir ki, Allahın qəhr və qəzəbi qarşısında var-dövlətin, övladın, qohumların, zövcənin, dostun, ağanın, bir sözlə, heç bir şeyin zərrəcə təsiri yoxdur. Ayədəki "sirr” sözü yandırıcı isti və soyuq mənasını bildirir.("Ət-T...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.