Ali-İmran surəsi · 122-ci ayə

O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 122
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sizdən olan iki dəstə (döyüşdə) süstlük göstərmək fikrində idi. Amma Allah onların himayəçisi idi. (Bu fikirdən daşınmaqda onlara kömək etdi.) Möminlər yalnız Allaha təvəkkül etsinlər.”
Nöqtələr
Ous qəbiləsindən Bəni Sələmə dəstəsi, Xəzrəc qəlbiləsindən Bənu Arifə dəstəsi Ühüd döyüşündə iştirak etməmək qərarına gəldilər. Onların bu sayaq rəftar etmələri ilə bağlı müxtəlif səbəblər göstərilir:
1. Düşmən müsəlmanlardan sayca çox olduğu üçün qorxu hissi keçirirdilər.
2. Onların məsləhətinə qulaq asılmaması və döyüşün şəhərdə yox, Ühüd ətrafında aparılmasından doğan narahatlıq.
3. Peyğəmbərin yəhudilərə bu döyüşdə iştirak icazəsi verməməsi.
Amma Allah Öz lütfü ilə bu iki dəstəni günahdan saxladı, döyüş meydanından qaçmamaqda onlara yardımçı oldu. Allah onları Öz bəndəlik yolunda hifz etdi.("Təfsire-Məcməül-bəyan”. )
Bildirişlər
1. Allah bizim çıxardığımız qərarlardan agahdır. O Öz peyğəmbərini xalqın düşüncələrindən xəbərdar edir.
2. Çətin günləri və həmin günlərin təcrübələrini unutmayın.
3. Döyüş meydanına gedənlərin hamısı eyni deyil.
4. Qətiyyətsiz insanların cəbhədə iştirakı məğlubiyyət və təhlükə amilidir.
5. Allahın hökmü altında olmayan insan süstləşir.
6.Allah möminləri özbaşına buraxmır. Çətin məqamlarda onların əlindən tutur.
7. Günah fikri əməl mərhələsinə çatmasa, insanı ilahi vilayətdən (hakimiyyətdən) xaric etmir.
8. Süstlüyün yeganə dərmanı Allaha təvəkkül etməkdir. Bu dərman isə yalnız möminlərin əlindədir.
9. Allaha təvəkkül etmək qələbə amilidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 122-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 122-ci ayəsi nə haqqındadır?
O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
Ali-İmran surəsi 122-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 122-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 122-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 122-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 122-ci ayənin təfsiri nədir?
"Sizdən olan iki dəstə (döyüşdə) süstlük göstərmək fikrində idi. Amma Allah onların himayəçisi idi. (Bu fikirdən daşınmaqda onlara kömək etdi.) Möminlər yalnız Allaha təvəkkül etsinlər.” Nöqtələr Ous qəbiləsindən Bəni Sələmə dəstəsi, Xəzrəc qəlbiləsindən Bənu Arifə dəstəsi Ühüd döyüşündə iştirak etməmək qərarına gəldilər. Onların bu sayaq rəftar etmələri ilə bağlı müxtəlif səbəblər göstərilir: 1. Düşmən müsəlmanlardan sayca çox olduğu üçün qorxu hissi keçirirdilər. 2. Onların məsləhətinə qulaq a...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.