Ali-İmran surəsi · 126-cı ayə

Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 126
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah bunu (mələklərin nazil olmasını) sizin üçün bir müjdə qərar vermişdir ki, qəlbləriniz bununla aramlıq tapsın. (Bilin ki,) qələbə yalnız "əziz və həkim” Allah tərəfindəndir.”
Bildirişlər
1. Döyüş meydanındakı mücahidlərin aramlıq və ümidə ehtiyacları var.
2. Allahın iradəsi olmayan yerdə maddi, elmi, psixoloji və insani hazırlıqların səməri olmur.
3. Allahın qüdrəti Onun hikməti ilə yanaşıdır. Ona görə də müəyyən səbəblərdən müsəlmanlar da məğlub ola bilər.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 126-cı ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 126-cı ayəsi nə haqqındadır?
Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki...
Ali-İmran surəsi 126-cı ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 126-cı ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 126-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 126-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 126-cı ayənin təfsiri nədir?
"Allah bunu (mələklərin nazil olmasını) sizin üçün bir müjdə qərar vermişdir ki, qəlbləriniz bununla aramlıq tapsın. (Bilin ki,) qələbə yalnız "əziz və həkim” Allah tərəfindəndir.” Bildirişlər 1. Döyüş meydanındakı mücahidlərin aramlıq və ümidə ehtiyacları var. 2. Allahın iradəsi olmayan yerdə maddi, elmi, psixoloji və insani hazırlıqların səməri olmur. 3. Allahın qüdrəti Onun hikməti ilə yanaşıdır. Ona görə də müəyyən səbəblərdən müsəlmanlar da məğlub ola bilər.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.