Ali-İmran surəsi · 130-cu ayə

Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 130
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Ardıcıl artırmaqla sələm yeməyin. Allahdan çəkinin, bəlkə nicat tapasınız.”
Nöqtələr
Bu ayə özündən sonrakı səkkiz ayə ilə birlikdə Ühüd döyüşü ayələri arasında yerləşmişdir. Belə bir tərtibin səbəbi müdafiə sistemində əxlaqi və iqtisadi məsələlərin əhəmiyyətinin önə çəkilməsi ola bilər. Fərdləri ixlaslı, fədakar, xeyirxah, rəhbərə itaətçil olan bir cəmiyyət döyüşdə də müvəffəq olur. Pulpərəst, xəsis, itaətsiz, günahkar bir cəmiyyət isə, şübhəsiz, məğlub olacaqdır.
Sələmin qadağa ayələri bir neçə mərhələdə tədrici şəkildə nazil olmuşdur. İlk addımda yəhudilərin sələmçiliyi tənqid olunur.("Nisa”, 161. ) İkinci addımda qat-qat artıq alınan sələm qadağan edilir. Üçüncü addımda isə hətta bir dirhəm sələm haram edilir və Allahla döyüş kimi tanıtdırılır.
Bildirişlər
1. İlahi göstərişlərə əməlin bünövrəsi imandır.
2. Sələm qadağan olunmamışdan onun çirkin növləri haram buyurulur.
3. İqtisadi məsələlərdə təqvaya riayət etmək zəruridir.
4. Sələmçilik qurtuluş yolu deyil. İnsan təqva yolu ilə nicat tapa bilər.
5. Sələm yeyən həm dünya, həm də axirətdə ziyankarlardandır və nicat tapmaz. (Dünyada təbəqələrarası ixtilafı gücləndirdiyi və axirətdə Allahın qəhr və qəzəbinə düçar olduğu üçün.)

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 130-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 130-cu ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.
Ali-İmran surəsi 130-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 130-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 130-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 130-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 130-cu ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Ardıcıl artırmaqla sələm yeməyin. Allahdan çəkinin, bəlkə nicat tapasınız.” Nöqtələr Bu ayə özündən sonrakı səkkiz ayə ilə birlikdə Ühüd döyüşü ayələri arasında yerləşmişdir. Belə bir tərtibin səbəbi müdafiə sistemində əxlaqi və iqtisadi məsələlərin əhəmiyyətinin önə çəkilməsi ola bilər. Fərdləri ixlaslı, fədakar, xeyirxah, rəhbərə itaətçil olan bir cəmiyyət döyüşdə də müvəffəq olur. Pulpərəst, xəsis, itaətsiz, günahkar bir cəmiyyət isə, şübhəsiz, məğlub olacaqdır. Sələmin q...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.