Ali-İmran surəsi · 140-cu ayə

Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 140
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər (Ühüd döyüşündə) sizə yara (zərər) toxundusa, şübhəsiz ki, kafir dəstə də o sayaq yaralandı. Biz günləri (məğlubiyyət və qələbə günlərini) xalq arasında dövr etdiririk ki, Allah iman gətirənləri müəyyənləşdirsin və sizlərdən şahidlər tutsun. Allah zalımları sevmir (bəzən zahirən qalib olsalar da).”
Nöqtələr
Ayə müsəlmanlara təsəlli verməklə həqiqəti bəyan edir. Bildirilir ki, əgər müsəlmanlar haqq yolda canla bağlı hansısa zərərlərə düçar olurlarsa, düşmənlər də onlar kimi öldürülür və yaralanırlar. Əgər bu gün müsəlmanlar Ühüddə qələbə çalmadılarsa, düşmənlər də bir gün Bədrdə məğlub olmuşdular. Çətinliklərə səbir etmək lazım gəlir.
"Şəhidlər”, "şəhid”, "şahid” sözləri, adətən, Quranda "agah olma” mənasında işlədilsə də, söhbət döyüşdən və yaralanmadan getdiyi üçün buradakı "şəhidlər” sözünü Allah yolunda öldürülmüşlər kimi mənalandıranlar səhv etməmişlər.
Müsəlmanlar aşağıdakı bilgiləri nəzərə alaraq ruhdan düşməməlidirlər:
a) Siz uca mərtəbəlisiniz.
b) Sizin düşmənləriniz də yaralanmışlar.
v) Bu acı günlər ötüb keçər.
q) Allah həqiqi möminləri münafiqlərdən seçir.
d) Allah gələcək tarix üçün sizdən şahidlər tutur.
e) Allah sizin müxaliflərinizi sevmir.
İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: "Allah Adəmi yaratdığı gündən ilahi və şeytani qüvvələr bir-birləri ilə mübarizədədirlər. Allah bir vaxt həzrət Qaimin (ə) zühuru ilə kamil ilahi hakimiyyəti bərqərar edər.("Təfsire-Əyyaşi”, c. 1, səh. 199. )
Bildirişlər
1. Müsəlmanlar səbir və dözümdə kafirlərdən geri qalmamalıdırlar.
2. Acı və şirin hadisələr daimi deyil.
3. Döyüşlərdə və həyatın eniş-yoxuşlarında həqiqi iman əhli münafiqlərdən seçilir.
4. Allah haqq yolda sizlərdən şəhidlər seçir ki, Allahın dinindən asanlıqla üz döndərməyəsiniz.
5. Allah sizin özünüzdən şahidlər tutub ki, rəhbərə itaətsizlik necə də məğlubiyyətə aparıb çıxarır.
6. Kafirlərin müvəqqəti qələbəsi Allahın onlara məhəbbətinin nişanəsi deyildir.
7. Tarixi hərəkatlar və cərəyanlar Allahın iradəsindən asılıdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 140-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 140-cu ayəsi nə haqqındadır?
Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranı...
Ali-İmran surəsi 140-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 140-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 140-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 140-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 140-cu ayənin təfsiri nədir?
"Əgər (Ühüd döyüşündə) sizə yara (zərər) toxundusa, şübhəsiz ki, kafir dəstə də o sayaq yaralandı. Biz günləri (məğlubiyyət və qələbə günlərini) xalq arasında dövr etdiririk ki, Allah iman gətirənləri müəyyənləşdirsin və sizlərdən şahidlər tutsun. Allah zalımları sevmir (bəzən zahirən qalib olsalar da).” Nöqtələr Ayə müsəlmanlara təsəlli verməklə həqiqəti bəyan edir. Bildirilir ki, əgər müsəlmanlar haqq yolda canla bağlı hansısa zərərlərə düçar olurlarsa, düşmənlər də onlar kimi öldürülür və yar...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.