Ali-İmran surəsi · 142-ci ayə

Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 142
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yoxsa güman edirsiniz ki, Allah aranızdakı mücahidləri və səbir edənləri müəyyənləşdirməmiş ("imanlıyam” deməklə) behiştə daxil olacaqsınız?!”
Nöqtələr
Ayədə möminlərin cihadına, səbir və müqavimətinə işarə olunur. Çünki behiştin yolu səbir və cihaddan keçir. Quran buyurur: "Səbir və müqavimətinizə görə sizə salam olsun, ey behişt əhli!”("Rəd”, 24. ) Göründüyü kimi, salam yalnız hacılara, oruc tutanlara, xums və zəkat ödəyənlərə yox, səbir və dözüm əhlinə verilir ki, bütün əməllərdə səbrə ehtiyac vardır.
Bildirişlər
1. Batil ümid və arzulardan əl çəkin.
2. Təkcə qəlb imanı kifayət deyil, əməl meydanında da çalışmaq lazımdır. Behişt bəhanəyə yox, bahasını ödəyənə verilir.
3. Behiştin açarı səbir və cihaddır. Müsibət və günah qarşısındakı səbir, ibadətdəki dözüm, kiçik və böyük cihad cəbhələrində iştirak behiştin açarlarıdır.
4. Səbir və müqavimətlə yanaşı, cihad da lazımdır. Çünki döyüşün başlanması, davamı, müharibədən sonrakı ağrılar, bir sözlə, hər bir addım səbir və dözümə ehtiyaclıdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 142-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 142-ci ayəsi nə haqqındadır?
Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!
Ali-İmran surəsi 142-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 142-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 142-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 142-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 142-ci ayənin təfsiri nədir?
"Yoxsa güman edirsiniz ki, Allah aranızdakı mücahidləri və səbir edənləri müəyyənləşdirməmiş ("imanlıyam” deməklə) behiştə daxil olacaqsınız?!” Nöqtələr Ayədə möminlərin cihadına, səbir və müqavimətinə işarə olunur. Çünki behiştin yolu səbir və cihaddan keçir. Quran buyurur: "Səbir və müqavimətinizə görə sizə salam olsun, ey behişt əhli!”("Rəd”, 24. ) Göründüyü kimi, salam yalnız hacılara, oruc tutanlara, xums və zəkat ödəyənlərə yox, səbir və dözüm əhlinə verilir ki, bütün əməllərdə səbrə ehtiy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.