Ali-İmran surəsi · 146-cı ayə

Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 146
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Nə çox peyğəmbərlər olmuşdur ki, onlarla birlikdə bir çox allahpərəstlər vuruşmuşlar. Allah yolunda onların başına nə gəlmişsə, süstləşməmiş, zəifləməmiş, zillətə boyun əyməmişlər. Allah səbir edənləri sevir.”
Nöqtələr
"Rəbiyyun” "rəbbi” sözünün cəm forması olub Allahla əlaqəsi möhkəm olan alim, müqavimətli, ixlaslı adama deyilir.("Təfsire-nümunə”. )
Bildirişlər
1. Peyğəmbərlərin tarixi mübarizələrlə zəngindir.
2. Süstlük hiss etdikdə tarixin böyük insanlarının həyatından, onların müqavimətindən dərs götürək.
3. Yalnız ilahi rəhbərin nəzarəti altında olan döyüş və cihad haqdır.
4. Tarix alim və arif mücahidlərlə zəngindir.
5. Bütün mücahidlər əziz olsalar da, arif və alim mücahidlərin yeri başqadır.
6. Allaha iman müqavimət çeşməsidir.
7. Çətinliklər süstlük və zəiflik doğurmamalıdır. Əksinə, çətinliklər hərəkət amili olmalı və yeni səylər yaratmalıdır.
8. Əgər çətinliklər Allah yolunda olarsa, insan bundan ruh alar və həmin çətinliklərə asanlıqla sinə gərər.
9. İlahi insanları heç bir təzyiq təslim edə bilmir.
10. Bədr döyüşündə qalib gəlsəniz də, siz müsəlmanların gələcək yolu cihad və mübarizə yoludur. Ona görə də səbirli və möhkəm olun.
11. Bəsirətli mücahidlər nə ruhiyyələrini itirir, nə də döyüş güclərini əldən verirlər. Onlar təzyiqlər qarşısında təslim olmurlar.
12. Vəzifəni yerinə yetirmək və haqq yolda dayanmaq mühümdür. Qalib gəlib-gəlməməyin fərqi yoxdur. Allah buyurmur ki, O, fatehləri sevir. Buyurur ki, səbir edənlər Onun dostudurlar.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 146-cı ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 146-cı ayəsi nə haqqındadır?
Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.
Ali-İmran surəsi 146-cı ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 146-cı ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 146-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 146-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 146-cı ayənin təfsiri nədir?
"Nə çox peyğəmbərlər olmuşdur ki, onlarla birlikdə bir çox allahpərəstlər vuruşmuşlar. Allah yolunda onların başına nə gəlmişsə, süstləşməmiş, zəifləməmiş, zillətə boyun əyməmişlər. Allah səbir edənləri sevir.” Nöqtələr "Rəbiyyun” "rəbbi” sözünün cəm forması olub Allahla əlaqəsi möhkəm olan alim, müqavimətli, ixlaslı adama deyilir.("Təfsire-nümunə”. ) Bildirişlər 1. Peyğəmbərlərin tarixi mübarizələrlə zəngindir. 2. Süstlük hiss etdikdə tarixin böyük insanlarının həyatından, onların müqavimətində...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.