Ali-İmran surəsi · 147-ci ayə

(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 147
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Onların sözü yalnız bu idi ki, Pərvərdigara, günahlarımızı, işimizdə həddi aşmağımızı bağışla və addımlarımızı möhkəm et. Kafirlərə qarşı bizə yardım göstər.”

 

Bildirişlər
1. Döyüşdə məğlubiyyət amillərindən biri günah və israfdır. İxlaslı mücahidlər tövbə etməklə bu maneələri aradan qaldırırlar.
2. Öz məğlubiyyətinizi qəzavü-qədər və ya başqalarının günahı ilə əlaqələndirməyin. Öz qüsurlarınıza və təqsirlərinizə də nəzər salın.
3. Əvvəlcə tövbə, sonra isə qələbə, əvvəlcə bağışlanma istəyin, sonra qələbə diləyin.
4. Düşmən qarşısında təslim olmaq əvəzinə Allah hüzurunda bəndəliyinizi izhar edin.
5. Cihad və döyüş səhnələri insanı dua və tövbəyə sövq edir.
6. İlahi insanlar küfrü aradan qaldırmaq üçün Allahdan yardım diləyirlər. Onların məqsədi iftixar qazanmaq deyil.
7. Sayınızın çoxluğuna yox, ilahi lütfə arxalanın.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 147-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 147-ci ayəsi nə haqqındadır?
(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.»
Ali-İmran surəsi 147-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 147-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 147-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 147-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 147-ci ayənin təfsiri nədir?
"Onların sözü yalnız bu idi ki, Pərvərdigara, günahlarımızı, işimizdə həddi aşmağımızı bağışla və addımlarımızı möhkəm et. Kafirlərə qarşı bizə yardım göstər.”   Bildirişlər 1. Döyüşdə məğlubiyyət amillərindən biri günah və israfdır. İxlaslı mücahidlər tövbə etməklə bu maneələri aradan qaldırırlar. 2. Öz məğlubiyyətinizi qəzavü-qədər və ya başqalarının günahı ilə əlaqələndirməyin. Öz qüsurlarınıza və təqsirlərinizə də nəzər salın. 3. Əvvəlcə tövbə, sonra isə qələbə, əvvəlcə bağışlanma istəyin, s...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.