Ali-İmran surəsi · 150-cu ayə

(Onlar sizə kömək edən və həmçinin itaətə layiq deyildirlər,) əksinə sizin yardımçınız Allahdır və O, kömək edənlərin ən yaxşısıdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 150
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Sizi dost bilməyənlərə itaət etməyin.) Əslində Allah sizin himayədarınızdır və Odur yardımçıların ən yaxşısı.”
Nöqtələr
Əvvəlki ayədə kafirlərə itaətdən danışıldı. Bu ayədə isə belə buyurulur: "Allahdır sizin himayəçiniz.” Məlum olur ki, kafirlərə itaət edən kəs əslində onları özünə hami seçmişdir.
Şöhrət və qüdrət qazanmaq istəyi insanı kafirlərə itaətə, dindən çıxmağa vadar edir. Quran bu və bunun oxşarı olan ayələrdə uyğun puç xəyalı rədd edir və buyurur: "Özlərinə zülm edənlərin qarşıdakı əzabdan xəbərləri olsaydı, bütün qüvvə və qüdrətin Allaha məxsus olduğunu bilərdilər.”("Bəqərə”, 165. ) Qüvvə və izzət bütünlüklə yalnız Allaha məxsusdur.”(Yunus”, 65. )
Bildirişlər
1. Vilayət və itaət yalnız Allaha aiddir.
2. Allahı hami götürmək qələbə səbəbidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 150-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 150-cu ayəsi nə haqqındadır?
(Onlar sizə kömək edən və həmçinin itaətə layiq deyildirlər,) əksinə sizin yardımçınız Allahdır və O, kömək edənlərin ən yaxşısıdır.
Ali-İmran surəsi 150-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 150-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 150-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 150-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 150-cu ayənin təfsiri nədir?
"(Sizi dost bilməyənlərə itaət etməyin.) Əslində Allah sizin himayədarınızdır və Odur yardımçıların ən yaxşısı.” Nöqtələr Əvvəlki ayədə kafirlərə itaətdən danışıldı. Bu ayədə isə belə buyurulur: "Allahdır sizin himayəçiniz.” Məlum olur ki, kafirlərə itaət edən kəs əslində onları özünə hami seçmişdir. Şöhrət və qüdrət qazanmaq istəyi insanı kafirlərə itaətə, dindən çıxmağa vadar edir. Quran bu və bunun oxşarı olan ayələrdə uyğun puç xəyalı rədd edir və buyurur: "Özlərinə zülm edənlərin qarşıdakı ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.