Ali-İmran surəsi · 156-cı ayə

Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 156
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! O kəslərdən olmayın ki, küfr etdilər və səfərə, ya döyüşə gedən qardaşları haqqında belə dedilər: "Əgər yanımızda qalsaydılar, nə ölərdilər, nə də öldürülərdilər.” (Cəbhəyə həvəslə gedin ki,) Allah onu (sizin şücaətinizi) kafirlərin qəlbində bir həsrətə çevirsin. Allah dirildir və öldürür. Allah etdiyiniz işləri görəndir.”
Bildirişlər
1. Döyüş başa çatdıqdan sonra düşmən şayiələrə əl atmaqla həvəsdən salmağa çalışır. Deyirlər ki, əgər mücahidlər yanımızda qalsaydı, öldürülməzdilər.
2. Düşmən canıyananlıq libası geyib cəmiyyəti zəhərləyir.
3. Maddi rifah eşqi ilə yaşayanlar ölüm və şəhadəti zərər sayırlar.
4. Münafiqlər kafirdirlər. Çünki uyğun sözləri münafiqlər danışsa da, Quran onları kafir kimi yad edir.
5. Ölüm və həyat Allahın müqəddəratındandır. Döyüş və səfər insan həyatını qıra bilməz.
6. İlahi müqəddərata iman insan qəlbindəki qorxunu aradan götürür. Məbada sağ qalmaq xatirinə cihad vəzifəsindən boyun qaçırasınız. Nə çox insanlar döyüşdə olduqları halda diri qalmışlar. Amma bir çoxları döyüşə getmədikləri halda gənc yaşlarında dünyalarını dəyişmişlər.
7. Allah görən və agahdır. Öz halınıza, düşüncələrinizə və əməllərinizə diqqətli olun.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 156-cı ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 156-cı ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Alla...
Ali-İmran surəsi 156-cı ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 156-cı ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 156-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 156-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 156-cı ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! O kəslərdən olmayın ki, küfr etdilər və səfərə, ya döyüşə gedən qardaşları haqqında belə dedilər: "Əgər yanımızda qalsaydılar, nə ölərdilər, nə də öldürülərdilər.” (Cəbhəyə həvəslə gedin ki,) Allah onu (sizin şücaətinizi) kafirlərin qəlbində bir həsrətə çevirsin. Allah dirildir və öldürür. Allah etdiyiniz işləri görəndir.” Bildirişlər 1. Döyüş başa çatdıqdan sonra düşmən şayiələrə əl atmaqla həvəsdən salmağa çalışır. Deyirlər ki, əgər mücahidlər yanımızda qalsaydı, öldürülmə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.