Ali-İmran surəsi · 157-ci ayə

Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşıdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 157
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz (ziyan etməmisiniz, çünki) Allahın bağışlaması və rəhməti (ömür boyu) topladıqlarınızdan daha yaxşıdır.”
Nöqtələr
Allah iki nöqtəni bəyan etməklə münafiqlərin əvvəlki ayədə haqqında danışılan süstləşdirici şayiələrinə cavab verir:
a) Ölüm və həyat Allahın əlindədir. Cəbhəyə getmək uzun ömrü qısaltmır.
b) Allah yolunda qədəm götürən insan ölsə də, şəhid olsa da xeyir tapmışdır. Çünki o öz ömrünü verib Allahın bağışlama və rəhmətini almışdır. Demək, heç nə uduzulmamışdır.
Hər kəs cəbhəyə, təhsil almağa, həccə və ziyarətə, təbliğə və digər müqəddəs hədəflər ardınca gedərkən dünyasını dəyişsə, Allahın rəhmət və bağışlamasını əldə edər.
Bildirişlər
1. İlahi dünyagörüşündə Allah yolunda ölüm və şəhadət bütün dünya və onda olanlardan üstündür.
2. Əsas məsələ Allah yolunda olmaqdır. Bu yolun şəhadət və ya ölümlə başa çatmasının fərqi yoxdur.
3. Əvvəlcə bağışlanmaq, sonra ilahi rəhməti əldə etmək lazımdır. Ayədə bağışlanma sözü rəhmət sözündən əvvəl gəlmişdir.
4. Bağışlanma və rəhmətin nəticəsi əbədidir. Dünya malının ömrü isə müvəqqəti olur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 157-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 157-ci ayəsi nə haqqındadır?
Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşıdır.
Ali-İmran surəsi 157-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 157-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 157-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 157-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 157-ci ayənin təfsiri nədir?
"Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz (ziyan etməmisiniz, çünki) Allahın bağışlaması və rəhməti (ömür boyu) topladıqlarınızdan daha yaxşıdır.” Nöqtələr Allah iki nöqtəni bəyan etməklə münafiqlərin əvvəlki ayədə haqqında danışılan süstləşdirici şayiələrinə cavab verir: a) Ölüm və həyat Allahın əlindədir. Cəbhəyə getmək uzun ömrü qısaltmır. b) Allah yolunda qədəm götürən insan ölsə də, şəhid olsa da xeyir tapmışdır. Çünki o öz ömrünü verib Allahın bağışlama və rəhmətini almışdır. Demək, h...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.