Ali-İmran surəsi · 161-ci ayə

(Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində tam və kamil əvəz veriləcəkdir. Onlara zülm edilməyəcək, haqlarından kəsilməyəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 161
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Heç bir peyğəmbərə yaraşmaz ki, xəyanət etsin. Hər kəs xəyanət etsə, xəyanət etdiyi şey qiyamət günü onunla gələr. Sonra hər kəsə qazandığının kamil qarşılığı verilər və onlar sitəm görməzlər.”
Nöqtələr
Bəlkə də bu ayə qənimət toplamaq üçün Ühüddəki mövqeyini buraxanlara cavabdır. Onlar qənimətdən məhrum qalacaqlarından qorxaraq komandanın göstərişindən çıxdılar. Halbuki onlara "payınız saxlanılacaq, peyğəmbərin nəzərindən kənarda qalmayacaqsınız” deyilmişdi. Bu ayədə buyurulur: Peyğəmbər sizin qənimət payınıza xəyanət etməyəcək. Əmin olun və vəzifənizə əməl edin...
İmam Baqir (ə) buyurmuşdur: "Oğurlanmış mal cəhənnəmdə oğrunun gözü qarşısında mücəssəm olar və ona deyilər: Oda daxil ol və onu çıxart!("Təfsire-Nurus-səqəleyn”. )
Qatqıçılıq, saxtakarlıq, qəsb və xəyanət ayədəki "ğill” nümunələrindəndir. Zəkat yığmaq tapşırılmış bir şəxs həzrət Peyğəmbərin (s) xidmətinə gəlib dedi: "Topladığım bu hissə zəkatdır və sizə çatacaq. Bu biri hissə isə xalqın mənə verdiyi hədiyyələrdir.” Həzrət minbərə qalxıb buyurdu: "Əgər bir şəxs evində otursaydı, ona hədiyyə verilərdimi?! And olsun Allaha, həmin şəxs o haram malla qiyamət günü məhşur olacaq.”("Təfsire-Fürqan”. )
Peyğəmbərlərə qarşı bədbinlik olan yerdə özünüzə qarşı hansı münasibət gözləyə bilərsiniz?! İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: "Xalqın razılığını qazanmaq olmaz, onların dilinə nəzarət etmək mümkünsüzdür.”("Təfsire-Nurus-səqəleyn”. )
Bildirişlər
1.Təckə İslam peyğəmbəri yox, bütün peyğəmbərlər əmin, əmanətdardırlar. Peyğəmbərlik xəyanətlə uyuşmur. Əmin insan tərbiyə etmək istəyən şəxs özü xəyanətə yol verməməlidir. Gördüyünüz kimi, qeyri-ilahi rəhbərlər arasında xəyanət əhli çoxdur.
2. Hətta peyğəmbərlər də xalqın bədbin münasibətindən amanda qalmamışlar. (Bir tərəfdən zəif iman, digər bir tərəfdən dünya məhəbbəti insanı peyğəmbərlərə qarşı bədbinliyə aparır.)
3. Allahın övliyalarını və pak insanları müdafiə edin.
4. Qiyamətə haram mal gətirmək cəzanın bir növüdür. Qiyamətdə peyğəmbərlərin, şəhidlərin və bütün xalqın gözü qarşısında insanın xəyanət etdiyi malla gətirilməsi necə də pisdir!
5. Qiyamətin yada salınması insanı xəyanətdən çəkindirir.
6. Xəyanət xəyanətdir və onun qədəri mühüm deyil. "Yəti bima ğəllə” cümləsindəki "ma” hissəsi həm az, həm də çoxa xəyanəti bildirir.
7. Qiyamət səhnəsinə yaxşılar öz xeyir işləri ilə("Ənam”, 160. ), xainlər isə öz xəyanətləri ilə çıxarlar.
8. Allah adildir. Həm cəzanı kamil surətdə verir, həm də zərrəcə ifrata varmır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 161-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 161-ci ayəsi nə haqqındadır?
(Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində tam və kamil əvəz veriləcəkdir. On...
Ali-İmran surəsi 161-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 161-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 161-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 161-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 161-ci ayənin təfsiri nədir?
"Heç bir peyğəmbərə yaraşmaz ki, xəyanət etsin. Hər kəs xəyanət etsə, xəyanət etdiyi şey qiyamət günü onunla gələr. Sonra hər kəsə qazandığının kamil qarşılığı verilər və onlar sitəm görməzlər.” Nöqtələr Bəlkə də bu ayə qənimət toplamaq üçün Ühüddəki mövqeyini buraxanlara cavabdır. Onlar qənimətdən məhrum qalacaqlarından qorxaraq komandanın göstərişindən çıxdılar. Halbuki onlara "payınız saxlanılacaq, peyğəmbərin nəzərindən kənarda qalmayacaqsınız” deyilmişdi. Bu ayədə buyurulur: Peyğəmbər sizin...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.