Ali-İmran surəsi · 166-cı ayə

İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 166
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İki dəstənin qarşılaşdığı gün başınıza gələn hadisə Allahın izni ilə oldu ki, möminlər müəyyənləşdirilsin.”
Nöqtələr
Allah hər bir işin gerçəkləşməsi üçün səbəblər müəyyənləşdirmişdir. Hər bir məğlubiyyət və qələbənin dəlilləri var. Siz ona görə Ühüddə məğlub oldunuz ki, süstlük göstərdiniz, intizamı pozdunuz və qənimət toplamaq üçün hərislik göstərdiniz. Əvvəlki ayədə bildirilirdi ki, bunun səbəbkarı müsəlmanlar özləridir. Bu ayədə isə belə buyurulur: "Birlik və ya təfriqədə, ciddilik və ya süstlükdə hər bir seçiminiz ilahi iradə əsasındadır. Sizə seçim gücü verən Odur. Hansı yolu seçirsinizsə, ona uyğun nəticəyə çatırsınız.
Bildirişlər
1. Hər bir qələbə və uğursuzluq Allahın iradəsi əsasında gerçəkləşir və bu, Onun sünnəsidir.
2. Acı və şirin hadisələr sınaq və insanın tanınması meydanıdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 166-cı ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 166-cı ayəsi nə haqqındadır?
İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün).
Ali-İmran surəsi 166-cı ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 166-cı ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 166-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 166-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 166-cı ayənin təfsiri nədir?
"İki dəstənin qarşılaşdığı gün başınıza gələn hadisə Allahın izni ilə oldu ki, möminlər müəyyənləşdirilsin.” Nöqtələr Allah hər bir işin gerçəkləşməsi üçün səbəblər müəyyənləşdirmişdir. Hər bir məğlubiyyət və qələbənin dəlilləri var. Siz ona görə Ühüddə məğlub oldunuz ki, süstlük göstərdiniz, intizamı pozdunuz və qənimət toplamaq üçün hərislik göstərdiniz. Əvvəlki ayədə bildirilirdi ki, bunun səbəbkarı müsəlmanlar özləridir. Bu ayədə isə belə buyurulur: "Birlik və ya təfriqədə, ciddilik və ya sü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.