Ali-İmran surəsi · 168-ci ayə

Özləri (döyüşə getməyib evdə) oturan və (doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə «əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!» deyən kəslərə de: «(İndi ki, siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən dəf edin.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 168
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Münafiqlər o kəslərdir ki, (Ühüd döyüşündən sonra bədbin əhval-ruhiyyə yaradan təbliğata başladılar,) özləri oturdular və qardaşları haqqında dedilər: "Əgər bizə qulaq assaydılar, öldürülməzdilər.” Onlara de ki, əgər düz deyirlərsə, ölümü özlərindən kənarlaşdırsınlar.”
Bildirişlər
1. Xalq cəbhəyə gedən vaxt münafiqlər evdə oturardılar.
2. Münafiqlər şəhid ailələrinin ruhiyyəsini zəiflədirlər.
3. Münafiqlər özlərini başqalarına ideoloji rəhbər sayırlar.
4. Münafiqlərin dünya görüşüncə, əsas məsələ maddi dünya həyatı və rifahlı yaşayışdır.
5. Ölüm yazısına iman şücaət və cəbhəyə dəvətin qəbul səbəbidir. Münafiqlərin nəzərində şəhadət və axirət səadəti boş şeydir.
6. Münafiqlərin zərərli təbliğatına qarşı çıxmaq lazımdır.
7. İnsan ölümü özündən uzaqlaşdıra bilməz.
8. Ölüm Allahın əlindədir. Cəbhədə və ya evdə olmağın ölümə heç bir təsiri yoxdur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 168-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 168-ci ayəsi nə haqqındadır?
Özləri (döyüşə getməyib evdə) oturan və (doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə «əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!» deyən kəslərə de: «(İndi ki, siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən dəf edin.»
Ali-İmran surəsi 168-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 168-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 168-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 168-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 168-ci ayənin təfsiri nədir?
"Münafiqlər o kəslərdir ki, (Ühüd döyüşündən sonra bədbin əhval-ruhiyyə yaradan təbliğata başladılar,) özləri oturdular və qardaşları haqqında dedilər: "Əgər bizə qulaq assaydılar, öldürülməzdilər.” Onlara de ki, əgər düz deyirlərsə, ölümü özlərindən kənarlaşdırsınlar.” Bildirişlər 1. Xalq cəbhəyə gedən vaxt münafiqlər evdə oturardılar. 2. Münafiqlər şəhid ailələrinin ruhiyyəsini zəiflədirlər. 3. Münafiqlər özlərini başqalarına ideoloji rəhbər sayırlar. 4. Münafiqlərin dünya görüşüncə, əsas məsə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.