Ali-İmran surəsi · 173-cü ayə

Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 173
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Möminlər o kəslərdir ki, xalq onlara "şəksiz, camaat sizə qarşı hazırlaşıb, onlardan qorxun” - dedikdə onların imanları daha da artdı və dedilər: "Allah bizə bəs edər. O nə yaxşı vəkil və yardımçıdır.”
Nöqtələr
Bəzi düşmən təbliğatçıları və xalqın sadəlövh, qorxaq bir hissəsi mücahidlərə təlqin edərək deyirdilər ki, düşmən güclüdür və kimsə onunla üz-üzə gələ bilməz. Onlar mücahidləri döyüşdən çəkindirirdilər. Amma həqiqi müsəlmanlar qorxu-hürkü bilmədən, aram bir qəlb və Allaha təvəkküllə onların cavabını verirdilər.
İmam Sadiq (ə) buyurmuşdur: "Təəccüb edirəm o kəslərə ki, nə üçün Allahın "Allah bizə bəs edər, O nə yaxşı vəkil və yardımçıdır.” - buyruğuna pənah aparmayıb qorxurlar!”("Mən la yəhzuruhun-fəqih”, c. 4, səh. 392. )
Bildirişlər
1. Düşmənin puç təbliğatından çəkinməyin.
2. Cəbhədə sıralarınıza düşmənin nüfuzundan ehtiyat edin.
3. Düşmənin hədələri qarşısında ən güclü sipər Allaha iman və təvəkküldür.
4. Möminlər bəla girdabına düşdükdə Allaha təvəkküllərini və bağlılıqlarını daha da gücləndirirlər.
5. Həm hərəkət və səy, həm də imanla təvəkkül lazımdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 173-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 173-cü ayəsi nə haqqındadır?
Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir».
Ali-İmran surəsi 173-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 173-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 173-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 173-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 173-cü ayənin təfsiri nədir?
"Möminlər o kəslərdir ki, xalq onlara "şəksiz, camaat sizə qarşı hazırlaşıb, onlardan qorxun” - dedikdə onların imanları daha da artdı və dedilər: "Allah bizə bəs edər. O nə yaxşı vəkil və yardımçıdır.” Nöqtələr Bəzi düşmən təbliğatçıları və xalqın sadəlövh, qorxaq bir hissəsi mücahidlərə təlqin edərək deyirdilər ki, düşmən güclüdür və kimsə onunla üz-üzə gələ bilməz. Onlar mücahidləri döyüşdən çəkindirirdilər. Amma həqiqi müsəlmanlar qorxu-hürkü bilmədən, aram bir qəlb və Allaha təvəkküllə onla...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.