Ali-İmran surəsi · 176-cı ayə

Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 176
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
«Ey peyğəmbər, küfrdə tələsənlər səni qəmgin etməsin. Onlar əsla Allaha bir zərər yetirə bilməzlər. Allah istəmişdir ki, qiyamətdə onların heç bir bəhrələri olmasın və onlar üçün böyük bir əzab vardır.»
Nöqtələr
Ühüd döyüşündə iştirak edənlər bir-birlərinə deyirdilər: «Bir halda ki, biz məğlub olduq və kafirlər qalib şəkildə Məkkəyə döndülər, nə olacaq? Ayə onlara cavab olaraq buyurur: "Narahat olmayın. Bu bir ilahi möhlətdir ki, onların küfrləri artsın və axirətdə heç bir bəhrələri olmasın.”»
Bildirişlər
1. Aramlığınızı hifz edin. İslamı məhv etmək yolunda kafirlərin göstərdiyi səylər səmərəsizdir.
2. İnsanların küfrü Allaha zərrəcə zərər toxundurmaz.
3. Küfr meydanında iştirak, insanı tövbə və mərhəmət əldə etmə imkanlarından məhrum qoyar.
4. Kafirlərə möhlət verilməsi ilahi qanundur. Bunu Allahın xəbərsizliyi və ya zəifliyi kimi yozmaq olmaz.
5. İnsanın axirətdə məhrumluq səbəbi onun dünyadakı əməllərinin nəticəsidir.
6. Allahın həm fəzli, həm də qəhr və qəzəbi böyükdür. (Əvvəlki iki ayədə cəbhəyə yola düşən yaralılara müjdə verilirdisə, bu ayədə kafirlərə böyük əzab vəd olunur.)

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 176-cı ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 176-cı ayəsi nə haqqındadır?
Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır.
Ali-İmran surəsi 176-cı ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 176-cı ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 176-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 176-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 176-cı ayənin təfsiri nədir?
«Ey peyğəmbər, küfrdə tələsənlər səni qəmgin etməsin. Onlar əsla Allaha bir zərər yetirə bilməzlər. Allah istəmişdir ki, qiyamətdə onların heç bir bəhrələri olmasın və onlar üçün böyük bir əzab vardır.» Nöqtələr Ühüd döyüşündə iştirak edənlər bir-birlərinə deyirdilər: «Bir halda ki, biz məğlub olduq və kafirlər qalib şəkildə Məkkəyə döndülər, nə olacaq? Ayə onlara cavab olaraq buyurur: "Narahat olmayın. Bu bir ilahi möhlətdir ki, onların küfrləri artsın və axirətdə heç bir bəhrələri olmasın.”» B...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.