Ali-İmran surəsi · 185-ci ayə

Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 185
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər bir şəxs ölümü dadasıdır. Şübhəsiz ki, qiyamət günü sizin mükafatınız kamil şəkildə ödənəcək. Hər kəs oddan uzaqlaşıb, behiştə daxil oldusa, nicat tapmışdır. Dünya həyatı aldanış səbəbindən başqa bir şey deyil.”
Nöqtələr
Bu ayə kafirlər tərəfindən incidilən və təkzib olunan peyğəmbər və digər salehlərə səbir və müqavimət ruhu verir. Ayədə buyurulur: «Hamı öləsidir və inadkarlıqlar müvəqqətidir. Bu çətinliklərə dözümün əvəzini Allah əskiltmədən əta edər.»
İmam Sadiq (ə) "hər kəs ölümü dadasıdır” ayəsi haqqında buyurur: «Bütün göy və yer əhli ölər. Yalnız ölüm mələyi, ərşi daşıyanlar, Cəbrail və Mikail qalar. Sonra ölüm mələyinə əmr olunar ki, onların da ruhunu çıxarsın. Nəhayətdə ölüm mələyi tək qalar. Nəhayət, Allahın əmri ilə o da ölər.»("Kafi”, c. 3, səh. 252. ) İmamın başqa bir buyruğuna nəzər salaq: "Ölümü dadmadan qətlə yetirilmiş kəs dünyaya qaytarılar ki, ölümü dadsın.”("Təfsire-Əyyaşi”, c. 2, səh. 202. )
Bildirişlər
1. Ölüm yolumuz üstədirsə, haqq qarşısında bir bu qədər inadkarlıq və təkəbbür nə üçündür?
2. Ölüm yoxluq deyil. O, dünyadan axirətə keçid yolu, duyulası bir gerçəklikdir.
3. Günahkarlar və cəhənnəmə sövq edən amillər cazibələrə malikdir. İnsan iman və saleh əməl gücü ilə özünü bu cazibədən qurtarmalıdır.
4. Tam cəza axirətdədir, dünyəvi mükafatlar isə dəyərsizdir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 185-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 185-ci ayəsi nə haqqındadır?
Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
Ali-İmran surəsi 185-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 185-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 185-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 185-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 185-ci ayənin təfsiri nədir?
"Hər bir şəxs ölümü dadasıdır. Şübhəsiz ki, qiyamət günü sizin mükafatınız kamil şəkildə ödənəcək. Hər kəs oddan uzaqlaşıb, behiştə daxil oldusa, nicat tapmışdır. Dünya həyatı aldanış səbəbindən başqa bir şey deyil.” Nöqtələr Bu ayə kafirlər tərəfindən incidilən və təkzib olunan peyğəmbər və digər salehlərə səbir və müqavimət ruhu verir. Ayədə buyurulur: «Hamı öləsidir və inadkarlıqlar müvəqqətidir. Bu çətinliklərə dözümün əvəzini Allah əskiltmədən əta edər.» İmam Sadiq (ə) "hər kəs ölümü dadası...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.