Ali-İmran surəsi · 188-ci ayə

Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 188
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Güman etmə ki, etdikləri işlərdən şad olanlar, etmədiyi işlərə görə təriflənmək istəyənlər ilahi əzabdan qurtulmuşlar. Onlar üçün dərdli əzab var.”
Nöqtələr
Xalq üç dəstədir:
1. Bir dəstə insan gördüyü iş müqabilində xalqdan heç bir təşəkkür gözləmir.(v)
2. Bir dəstə insan gördüyü işdən xalqın xəbərdar olmasını və tərif edilməsini istəyir.("Nisa”, 38. )
3. Bir dəstə insan isə heç bir iş görmədiyi halda xalqdan tərif gözləyir.
Səlahiyyəti çatmayan məqam, ixtisas, məsuliyyət iddiasında olan kəsin qeybətini etmək caizdir.
Görülməyən işə görə tərif umacağını aradan qaldırmaq üçün İslam istənilən növ yağlı dil tökülməsini qadağan edir.
Bildirişlər
1. Xudbinlik, qürur, xalqdan tərif umacağı kimi əxlaqi çirkinliklər insanı məhvə aparır.
2. Quran istənilən bir kəsə qarşı istənilən bir halda yersiz təhlil və təfsiri məhkum edir.
3. Allah insanın təkcə əməllərini yox, həm də xeyir və şər istəklərini hesaba alır.("Nur”, 19. )
4. Həmddə bir növ sitayişlə pərəstiş çaları olduğundan şükür və mədh istəyi yox, həmd istəyi çox təhlükəlidir.
5. Günahkar şəxs peşman olub tövbə də edə bilər. Lovğa insanlar isə hətta tövbə etmək fikrinə də düşmürlər. Ona görə də belələrinin qurtuluşuna ümid yoxdur.
6. Dünyada xudbinlik, mənəm-mənəmlik xəstəliyinə tutulanlar qiyamətdə ilahi əzaba düçar olarlar.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 188-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 188-ci ayəsi nə haqqındadır?
Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır.
Ali-İmran surəsi 188-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 188-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 188-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 188-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 188-ci ayənin təfsiri nədir?
"Güman etmə ki, etdikləri işlərdən şad olanlar, etmədiyi işlərə görə təriflənmək istəyənlər ilahi əzabdan qurtulmuşlar. Onlar üçün dərdli əzab var.” Nöqtələr Xalq üç dəstədir: 1. Bir dəstə insan gördüyü iş müqabilində xalqdan heç bir təşəkkür gözləmir.(v) 2. Bir dəstə insan gördüyü işdən xalqın xəbərdar olmasını və tərif edilməsini istəyir.("Nisa”, 38. ) 3. Bir dəstə insan isə heç bir iş görmədiyi halda xalqdan tərif gözləyir. Səlahiyyəti çatmayan məqam, ixtisas, məsuliyyət iddiasında olan kəsin...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.