Ali-İmran surəsi · 191-ci ayə

O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 191
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"(Düşüncə sahibləri) o kəslərdir ki, ayaq üstə, oturaq və uzanmış halda Allahı yad edər, göylərin və yerin yaranışı haqqında düşünərlər. (Can-dildən deyərlər:) «Pərvərdigara! Bu varlıq aləmini boş yerə yaratmamısan, Sən pak-pakizəsən. Bizi atəş əzabından qoru.»”

 

Nöqtələr
İmam Baqirin (ə) buyruğuna əsasən, sağlam adamlar ayaq üstə, xəstələr oturaq, acizlər isə uzanmış vəziyyətdə namaz qılmalıdırlar.("Təfsire-bürhan”, c. 1, səh. 333.)
Bildirişlər
1. Bütün hallarda Allahı yada salmaq düşüncə nişanəsidir.
2. Düşüncə əhli həm də zikr əhli olmalıdır.
3. İman düşüncə əsasında dəyərli olur.
4. İman və bütün vücudla etiraf dəyərlidir. Dil etirafı ilə kifayətlənmək olmaz.
5. Zikr və düşüncə yanaşı olduqda dəyərli olur. Təəssüf ki, bəziləri zikr edirsə də düşünmür, digərləri düşünürsə də zikr etmir.
6. İnsanı Allaha yaxınlaşdıran müvəqqəti yox, daimi düşüncə və zikrdir.
7. Təbiəti hiss üzvləri ilə tanımaq kifayət deyil. Bu barədə düşünmək də lazımdır.
8. Göylərin və yerin yaranışı haqqında düşünən kəs anlayar ki, varlıq aləminin Rəbbi həm də bizim Rəbbimizdir.
9. Yaranışın bütün sirlərini dərk etməsək də, o, boş yerə deyildir.
10. Əvvəlcə düşüncə, sonra isə iman və irfan. Daha sonra dua və münacat.
11. Əgər varlıq aləmi boş yerə deyilsə, biz də boş yerə yaşamamalıyıq.
12. Varlıq aləmi məqsədlidir. İlahi məqsəddən nə qədər uzaq olsaq, cəhənnəmə bir o qədər yaxınlaşmış oluruq.
13. Duadan qabaq Allaha sitayiş edək, Onun pak-pakizə olduğunu dilə gətirək.
14. Əql və düşüncənin bəhrəsi qiyamətdən qorxudur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 191-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 191-ci ayəsi nə haqqındadır?
O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pa...
Ali-İmran surəsi 191-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 191-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 191-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 191-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 191-ci ayənin təfsiri nədir?
"(Düşüncə sahibləri) o kəslərdir ki, ayaq üstə, oturaq və uzanmış halda Allahı yad edər, göylərin və yerin yaranışı haqqında düşünərlər. (Can-dildən deyərlər:) «Pərvərdigara! Bu varlıq aləmini boş yerə yaratmamısan, Sən pak-pakizəsən. Bizi atəş əzabından qoru.»”   Nöqtələr İmam Baqirin (ə) buyruğuna əsasən, sağlam adamlar ayaq üstə, xəstələr oturaq, acizlər isə uzanmış vəziyyətdə namaz qılmalıdırlar.("Təfsire-bürhan”, c. 1, səh. 333.) Bildirişlər 1. Bütün hallarda Allahı yada salmaq düşüncə nişa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.