Ali-İmran surəsi · 194-cü ayə

«Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 194
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Düşüncə sahibləri deyirlər:) «Pərvərdigara! Peyğəmbərlərin vasitəsi ilə bizə verdiyin vədi mərhəmət buyur. Bizi qiyamət günü xar etmə. Əlbəttə ki, sən vədinə xilaf çıxmırsan.»”
Nöqtələr
Bu bir neçə ayədə Allah-təala düşüncə sahiblərinin inkişaf yolunu belə təsvir edir: Allahın zikri, düşüncə, hikmətə çatma, peyğəmbərlərə təslimçilik, tövbə, yaxşı ölüm, ilahi lütf intizarı, rüsvayçılıq və zəlillikdən qurtuluş.
Əvvəlki ayələrdə düşüncə sahiblərinin Allah və qiyamətə imanından danışıldı. Bu ayədə peyğəmbərliyə iman məsələsi açıqlanır.
Düşüncə sahiblərinin dilində "Rəbbəna” sözünün təkrarı onların ilahi rübubiyyətə heyranlıq nişanıdır.
Düşüncə sahibləri həm dünya, həm də axirət izzəti istəyirlər. "Peyğəmbərlərin vasitəsi ilə vəd etdiyini əta buyur” cümləsi dünyaya aiddir. Allah haqq əhlinə yardım vəd etmişdir.("Qafir”, 51.)"Xar etmə” istəyi isə axirət izzəti ilə bağlıdır.
Bildirişlər
1. Əhdə vəfa ilahi rübubiyyət şənindəndir.
2. Allah Öz əhdinə vəfa edirsə də, biz dua etməliyik.
3. Düşüncə sahibləri bütün ilahi peyğəmbərlərə və bütün ilahi vədlərə imanlıdırlar.
4. Düşüncə sahiblərinin son arzusu ilahi lütflərə çatmaq, cəhənnəm və qiyamət rüsvayçılığından nicat tapmaqdır.
5. Qorxu və ümid yanaşı olmalıdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 194-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 194-cü ayəsi nə haqqındadır?
«Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».
Ali-İmran surəsi 194-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 194-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 194-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 194-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 194-cü ayənin təfsiri nədir?
"(Düşüncə sahibləri deyirlər:) «Pərvərdigara! Peyğəmbərlərin vasitəsi ilə bizə verdiyin vədi mərhəmət buyur. Bizi qiyamət günü xar etmə. Əlbəttə ki, sən vədinə xilaf çıxmırsan.»” Nöqtələr Bu bir neçə ayədə Allah-təala düşüncə sahiblərinin inkişaf yolunu belə təsvir edir: Allahın zikri, düşüncə, hikmətə çatma, peyğəmbərlərə təslimçilik, tövbə, yaxşı ölüm, ilahi lütf intizarı, rüsvayçılıq və zəlillikdən qurtuluş. Əvvəlki ayələrdə düşüncə sahiblərinin Allah və qiyamətə imanından danışıldı. Bu ayədə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.