Ali-İmran surəsi · 29-cu ayə

De: «Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 29
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"De ki, köksünüzdə olanı gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir. Allah göylərdə və yerdə olanlardan xəbərdardır. Allah hər şeyə qadirdir.”

Nöqtələr
Təqiyyə ayəsinin ardınca bu ayənin gəlməsi belə bir nöqtəyə işarə ola bilər ki, məbada, təqiyyə adı ilə kafirlərlə məxfi əlaqə bərqərar edəsiniz. Bilməlisiniz ki, Allah sizin bütün düşüncə və niyyətlərinizdən agahdır.
Bildirişlər
1. Təqiyyə adı altında kafirlərlə əlaqə saxlayanlara xəbərdarlıq edin.
2. İnsanın köksü sirlər sandığıdır.
3. Allahın elmi aşkar və ya gizli, yer və ya göy üçün eynidir.
4. Allahın elminə diqqət, dini vicdanın oyanması səbəbi, günah və günaha don geyindirməyin maneəsidir.
5. Göylərin bütün sirlərindən agah olan Allahdan nə gizlətmək olar?!
6. Allahın mütləq qüdrəti Onun müxalifləri hədələməsinin dayağıdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 29-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 29-cu ayəsi nə haqqındadır?
De: «Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir».
Ali-İmran surəsi 29-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 29-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 29-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 29-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 29-cu ayənin təfsiri nədir?
"De ki, köksünüzdə olanı gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir. Allah göylərdə və yerdə olanlardan xəbərdardır. Allah hər şeyə qadirdir.” Nöqtələr Təqiyyə ayəsinin ardınca bu ayənin gəlməsi belə bir nöqtəyə işarə ola bilər ki, məbada, təqiyyə adı ilə kafirlərlə məxfi əlaqə bərqərar edəsiniz. Bilməlisiniz ki, Allah sizin bütün düşüncə və niyyətlərinizdən agahdır. Bildirişlər 1. Təqiyyə adı altında kafirlərlə əlaqə saxlayanlara xəbərdarlıq edin. 2. İnsanın köksü sirlər sandığıdır. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.