Ali-İmran surəsi · 36-cı ayə

Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum.» Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dünyaya övlad gətirdiyi vaxt dedi: "Pərvərdigara! Mən qız doğdum. Halbuki Allah onun dünyaya gətirəcəyini daha yaxşı bilir. Oğlan qız kimi deyil. Mən onun adını Məryəm qoydum. Onu və onun övladını qovulmuş şeytanın şərindən Sənin pənahına verirəm.”
Nöqtələr
Ana övladının oğlan olacağını gözləyirdi. İstəyirdi ki, onu Beytül-Müqəddəsdə xidmətçi qoysun. Amma övladı qız olduqda həsrət çəkərək dedi: Pərvərdigara! Mən qız doğdum, belə isə, nəzrimə necə əməl edim?... Amma Allah bu anaya təsəlli verərək buyurdu: «Sənin gözlədiyin oğlan yaxşılıqda bu qız kimi deyil. Çünki bu qızın kamillikləri var və o, böyük bərəkətlər sahibi olacaq oğlanın anasıdır. Beləcə, mübarək nəsildən sənin bəhrən neçə qat olacaq...»
"Məryəm” sözü "abidə”, "xadimə” deməkdir. Bu ad Quranda 34 dəfə zikr olunmuşdur.
Bildirişlər
1. İnsanın istəkləri yox, Allahın istəyi mühümdür.
2. Bəzən qız övlad paklıqda elə bir məqama çatır ki, oğlan övlad heç vaxt həmin məqama çata bilmir.
3. Həzrət Məryəmin çox üstün məqamı var. Ayədəki "əl unsa” sözü xüsusi məqama malik olan qadına işarədir.
4. Övladlarınız üçün yaxşı ad seçin.
5. Ana öz övladına ad qoymaq haqqına malikdir.
6. Cüzi dəyişikliklər sizi Allahdan və ali hədəflərdən uzaqlaşdırmasın. Övlad gözlənildiyinin əksinə qız olsa da, yenə də onun adı xadimə mənası daşıyan Məryəm qoyuldu.
7. Hər şeydən öncə övladınızın şeytanın şərindən amanda qalması fikrində olun.
8. Yalnız öz övladlarınızı nəzərdə tutmayın. Uzaqgörənliklə gələcək nəsilləriniz haqqında da düşünün.
9. Övladınızın xoşbəxtliyinin təmini üçün yalnız öz tərbiyənizlə kifayətlənməyib, onu Allaha tapşırın. Bizim imkanlarımız məhduddur və çaşmaq ehtimalımız çoxdur.
10. Məryəmin anasının xüsusi məqamı var. Onun üstünlüyü etdiyi nəzirdən, ixlasından, qoyduğu addan və seçdiyi sığınacaqdan məlum olur.
11. Şeytan bəşəriyyətin qədim düşmənidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 36-cı ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 36-cı ayəsi nə haqqındadır?
Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum.» Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram.»
Ali-İmran surəsi 36-cı ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 36-cı ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 36-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 36-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 36-cı ayənin təfsiri nədir?
"Dünyaya övlad gətirdiyi vaxt dedi: "Pərvərdigara! Mən qız doğdum. Halbuki Allah onun dünyaya gətirəcəyini daha yaxşı bilir. Oğlan qız kimi deyil. Mən onun adını Məryəm qoydum. Onu və onun övladını qovulmuş şeytanın şərindən Sənin pənahına verirəm.” Nöqtələr Ana övladının oğlan olacağını gözləyirdi. İstəyirdi ki, onu Beytül-Müqəddəsdə xidmətçi qoysun. Amma övladı qız olduqda həsrət çəkərək dedi: Pərvərdigara! Mən qız doğdum, belə isə, nəzrimə necə əməl edim?... Amma Allah bu anaya təsəlli verərə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.