Ali-İmran surəsi · 4-cü ayə

bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 4
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bundan qabaq (Tövrat və İncili) xalqın hidayəti üçün (O göndərdi). İndi isə (haqqı batildən seçmə vasitəsi olan) fürqanı nazil etdi. Əlbəttə, ilahi ayələrə küfr edənlər üçün şiddətli əzab var. Allah yenilməz və intiqam sahibidir.”
Nöqtələr
Quranın adlarından biri Fürqandır. Fürqan fərqləndirmə, ayırma, seçmə mənasını bildirir. Quranda haqqın batildən fərqləndirilməsi prinsipi izlənildiyindən ona fürqan deyilmişdir.
Şiddətli əzab təkcə axirətə xas deyil. Ayədə buyurulmayıb ki, kafirlərin əzabı axirətə aiddir. Çünki bəzən mal toplamağa hərislik, Allahdan və mənəviyyatdan xəbərsizlik özü bir əzab olur. "Tövbə” surəsinin 85-ci ayəsində buyurulur: "Allah bir dəstəyə əzab olaraq mal və övlad verir”.
İmam Sadiq (ə) "ənzələl-Fürqan” təbiri haqqında belə buyurmuşdur: "Hər bir möhkəm buyuruq fürqandır. "Ənzələl-kitab” təbirində kitab Quranın məcmusudur.("Təfsire-Əyyaşi”, c. 1, s. 162. )
Bildirişlər
1. Xalqın hidayəti həmişəlik ilahi sünnə, qanundur.
2. Səmavi kitablar hansısa qəbilə və ya irqə yox, bütün bəşəriyyətə üz tutmuşdur.
3. Quran haqqı batildən seçmə vasitəsidir.
4. Nə vaxt baxışlar, düşüncələr, əqidələr arasında istənilən bir şəkildə tərəddüdə düşsək, son sözü Quran deməlidir. (Hətta rəvayətlər arasında hansısa fərqlər müşahidə olunsa, Qurana uyğun gələn hədisi əsas götürməliyik.)
5. Bir bu qədər hidayət kitabları və vasitələri gəldikdən sonra inadkarlıq göstərən şəxsin cəzası şiddətli əzabdır.
6. Yalnız xalqa höccət (dəlillər) tamamlandıqdan, bəhanəyə yer qalmadıqdan sonra ilahi əzab gəlir.
7. Ayə qəddar kafirlərin cəzaya çatacaqlarını xəbər verməklə peyğəmbərə və möminlərə təsəlli verir.
8. Allahın cəza və intiqamının əsasını bizim əməllərimiz təşkil edir. Allah heç bir əskiyi olmayan yenilməzdir.
9. Xalqın küfrünün Allaha təsiri yoxdur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 4-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 4-cü ayəsi nə haqqındadır?
bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir.
Ali-İmran surəsi 4-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 4-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 4-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 4-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 4-cü ayənin təfsiri nədir?
"Bundan qabaq (Tövrat və İncili) xalqın hidayəti üçün (O göndərdi). İndi isə (haqqı batildən seçmə vasitəsi olan) fürqanı nazil etdi. Əlbəttə, ilahi ayələrə küfr edənlər üçün şiddətli əzab var. Allah yenilməz və intiqam sahibidir.” Nöqtələr Quranın adlarından biri Fürqandır. Fürqan fərqləndirmə, ayırma, seçmə mənasını bildirir. Quranda haqqın batildən fərqləndirilməsi prinsipi izlənildiyindən ona fürqan deyilmişdir. Şiddətli əzab təkcə axirətə xas deyil. Ayədə buyurulmayıb ki, kafirlərin əzabı a...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.