Ali-İmran surəsi · 42-ci ayə

Və (yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yada sal,) o zaman ki, mələklər dedi: "Ey Məryəm! Həqiqətən, Allah səni seçmiş, paklamış və dünya qadınlarından üstün etmişdir.”
Nöqtələr
"İstəfa” sözü "əla” şəkilçisi ilə işləndikdə «irəli olmaq», həmin şəkilçisiz isə «seçim» mənasını verir.
"Əl-Mənar”, "Qurtubi”, "Məraği”, "Ruhul-bəyan”, "Kəbir” təfsirlərində oxuyuruq ki, dünya qadınlarının önündə dörd qadın durur: Məryəm, Asya, Xədicə və Fatimə (s). Əhli-beyt rəvayətlərində də qeyd olunur ki, Məryəm öz dövrünün ən üstün qadını olmuşdur. Həzrət Fatimə (s) isə tarixin birinci xanımıdır.("Təfsire-Nurus-Səqəleyn”. )Əlbəttə, hikmət sahibi olan Allah istənilən bir şəxsi ləyaqətinə, xüsusi qabiliyyətlərinə görə seçir.
Bildirişlər
1. Mələklər peyğəmbər olmayanlarla da danışır.
2. Qadın ilahi rəhbər məqamına çata bilər və Allah ona bildiriş göndərər.
3. Həzrət Məryəm həm kamilliyinə görə seçilmişdi, həm də digər qadınlardan üstün idi. Ona görə də öncüllük mənası bildirən "istəfaki” sözü iki dəfə təkrarlanmışdır.
4. Həzrət Məryəm məsum olmuşdur.
5. Həzrət Məryəm qadınlar üçün nümunədir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 42-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 42-ci ayəsi nə haqqındadır?
Və (yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.
Ali-İmran surəsi 42-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 42-ci ayənin təfsiri nədir?
"(Yada sal,) o zaman ki, mələklər dedi: "Ey Məryəm! Həqiqətən, Allah səni seçmiş, paklamış və dünya qadınlarından üstün etmişdir.” Nöqtələr "İstəfa” sözü "əla” şəkilçisi ilə işləndikdə «irəli olmaq», həmin şəkilçisiz isə «seçim» mənasını verir. "Əl-Mənar”, "Qurtubi”, "Məraği”, "Ruhul-bəyan”, "Kəbir” təfsirlərində oxuyuruq ki, dünya qadınlarının önündə dörd qadın durur: Məryəm, Asya, Xədicə və Fatimə (s). Əhli-beyt rəvayətlərində də qeyd olunur ki, Məryəm öz dövrünün ən üstün qadını olmuşdur. Həz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.