Ali-İmran surəsi · 47-ci ayə

(Məryəm) dedi: «Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?!» Dedi: «Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Məryəm) dedi: Pərvərdigara! Mənimlə heç bir insan təmasda olmadığı halda necə övladım ola bilər?” Allah buyurdu: "Allah belədir, O, istədiyini yaradır. Bir iş görmək istədikdə yalnız ona "ol” deyir, o da (həmin an) mövcud olur.”
Nöqtələr
Mövcudların yaradılış səbəbi Allahın iradəsidir. Allah heç bir maddi vasitə olmadan da yarada bilir. O, səbəbləri yarada da bilər, onları aradan götürə də bilər. Bəzən Allah bir şeyin təsirini ondan alır. Bəzən isə bir şeyə başqa bir təsir verir. Yaranış, davam və təsirlər Allahın iradəsinə bağlıdır.
Allah Zəkəriyyanın cavabında "istədiyini edər” buyururdusa, Məryəmin cavabında "istədiyini yaradır” buyurur. Bəlkə də sirri budur ki, zövcəsiz qadının övladı olması qoca kişinin övladı olmasından daha heyrətamizdir.
Bildirişlər
1. Kökü inkar və inadkarlıq olmayan sual və təəccübün eybi yoxdur. Allahın övliyaları da Allahın iradəsinin təbii vasitələrlə həyata keçdiyinə inanırlar. Ona görə də təbii vasitələrsiz bir iş baş verdikdə bunun necə baş verməsini Allahdan soruşurlar.
2. Allahın qeyri-təbii yolla gördüyü işlər yeni bir şey deyil. Təbii amillərin özü də, hələ ki, sonadək tanınmamışdır.
3. Yaranış üçün Allahın qüdrəti sonsuzdur. İstər təbii vasitələrlə, istər qeyri-təbii şəkildə yaratmaq Allah üçün eynidir.
4. Yaranışın şərti Allahın qəti iradə və istəyidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 47-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 47-ci ayəsi nə haqqındadır?
(Məryəm) dedi: «Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?!» Dedi: «Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur».
Ali-İmran surəsi 47-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 47-ci ayənin təfsiri nədir?
"(Məryəm) dedi: Pərvərdigara! Mənimlə heç bir insan təmasda olmadığı halda necə övladım ola bilər?” Allah buyurdu: "Allah belədir, O, istədiyini yaradır. Bir iş görmək istədikdə yalnız ona "ol” deyir, o da (həmin an) mövcud olur.” Nöqtələr Mövcudların yaradılış səbəbi Allahın iradəsidir. Allah heç bir maddi vasitə olmadan da yarada bilir. O, səbəbləri yarada da bilər, onları aradan götürə də bilər. Bəzən Allah bir şeyin təsirini ondan alır. Bəzən isə bir şeyə başqa bir təsir verir. Yaranış, dava...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.