Ali-İmran surəsi · 60-cu ayə

(Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Həqiqət sənin Rəbbin tərəfindən olandır. Belə isə, şübhə edənlərdən olma.”

 

Nöqtələr
"Mumtərin” sözü "miryə” sözündən olub, şəkk-şübhə deməkdir. Bu ayə eynən "Bəqərə” surəsində də (ayə 147) buyurulmuşdur. Ayədən aydın olur ki, yalnız haqq və sabit olan Allah tərəfindən deyilən söz haqq və möhkəmdir, nəfs istəkləri tufanında daim dəyişən insanlardan isə möhkəm qanun və söz gözləmək olmaz.
Bildirişlər
1. Haqqın bəyanı rübubiyyət və tərbiyə rəmzidir.
2. Sabitlik və həqiqət yalnız Allahın yolunda, Allahın kəlamında və Allahın qanunundadır.
3. Müxaliflərin çoxluğu, səyləri, sərvət və təbliğatları əqidəmizə təsir göstərməməlidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 60-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 60-cu ayəsi nə haqqındadır?
(Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!
Ali-İmran surəsi 60-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 60-cu ayənin təfsiri nədir?
"Həqiqət sənin Rəbbin tərəfindən olandır. Belə isə, şübhə edənlərdən olma.”   Nöqtələr "Mumtərin” sözü "miryə” sözündən olub, şəkk-şübhə deməkdir. Bu ayə eynən "Bəqərə” surəsində də (ayə 147) buyurulmuşdur. Ayədən aydın olur ki, yalnız haqq və sabit olan Allah tərəfindən deyilən söz haqq və möhkəmdir, nəfs istəkləri tufanında daim dəyişən insanlardan isə möhkəm qanun və söz gözləmək olmaz. Bildirişlər 1. Haqqın bəyanı rübubiyyət və tərbiyə rəmzidir. 2. Sabitlik və həqiqət yalnız Allahın yolunda,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.