Ali-İmran surəsi · 67-ci ayə

İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 67
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yəhudi və Məsihilərin iddialarının əksinə olaraq) İbrahim nə yəhudi idi, nə də məsihi. O, haqpərəst və Allaha təslim olmuş bir fərd idi və heç vaxt müşriklərdən olmamışdı.”
Nöqtələr
"Haqqa meyl” mənası ayənin mətnində "hənəf” sözü ilə ifadə olunmuşdur. Həqiqətlə müxalifçilik, batilə meyl isə "cənəf” adlanır. Beləcə, doğru yolda olan insana "hənif” deyilir. Amma bütpərəstlər bu sözü özlərinə aid edir və müşriklərə də "hünəfa” (həniflər) deyirlər.
"Müslimən” sözünü "hənifən” sözü ilə yanaşı işlətməklə, Quran həm İbrahimin şirkdən pak olduğunu bildirmiş, həm də müqəddəs bir sözü şirk ləkəsindən qorumuşdur. Həzrət Əli (ə) buyurmuşdur: "İbrahimin dini həzrət Məhəmmədin (s) dini idi.”("Bihar” , c. 12, səh. 11. )
İmam Sadiq (ə) "hənifən muslimən” təbirinin təfsirində buyurmuşdur: İbrahim zərrəcə bütpərəstliyə yol verməmiş xalis və üstün bir şəxs idi.”("Təfsire-Nurus-səqəleyn”, "Kafi”, c. 2, səh. 15... )

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 67-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 67-ci ayəsi nə haqqındadır?
İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi.
Ali-İmran surəsi 67-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 67-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 67-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 67-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 67-ci ayənin təfsiri nədir?
"(Yəhudi və Məsihilərin iddialarının əksinə olaraq) İbrahim nə yəhudi idi, nə də məsihi. O, haqpərəst və Allaha təslim olmuş bir fərd idi və heç vaxt müşriklərdən olmamışdı.” Nöqtələr "Haqqa meyl” mənası ayənin mətnində "hənəf” sözü ilə ifadə olunmuşdur. Həqiqətlə müxalifçilik, batilə meyl isə "cənəf” adlanır. Beləcə, doğru yolda olan insana "hənif” deyilir. Amma bütpərəstlər bu sözü özlərinə aid edir və müşriklərə də "hünəfa” (həniflər) deyirlər. "Müslimən” sözünü "hənifən” sözü ilə yanaşı işlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.