Ali-İmran surəsi · 68-ci ayə

Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 68
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, İbrahimə ən layiqli fərdlər ona itaət edənlər, bu peyğəmbər və bu peyğəmbərə iman gətirənlərdir. Allah möminlərin himayəçisidir.”
Nöqtələr
Ayədən məlum olur ki, iman yaxınlığı qohumluq yaxınlığından daha geniş və daha möhkəmdir. Eyni hədəfə doğru hərəkət edən, həmfikir olan insanlar bir-birlərinə zahirdə qohum olanlardan daha yaxındırlar. Çünki qohumlar əqidə və düşüncə baxımından fərqli mövqedə də ola bilərlər. İmam Sadiq (ə) vəfalı yaxınlarından birinə buyurmuşdur: "And olsun Allaha ki, siz Məhəmməd (s) ailəsindənsiniz.” Sonra imam yuxarıdakı ayəni tilavət etmişdir.("Təfsire-Məcməül-bəyan”. ) Həzrət Peyğəmbər (s) isə Salman Farsi haqqında belə buyurmuşdur: "Salman biz Əhli-beytdəndir.”("Bihar” , c. 10, səh. 123.)
Ayədə İbrahimin ardıcılları ona ən yaxın adamlar kimi tanıtdırılsa da, İslam peyğəmbəri və müsəlmanların adı ayrıca çəkilir. Burada məqsəd İbrahimə itaətin ən üstün nümunəsi kimi həzrət peyğəmbər və müsəlmanları dünyaya tanıtdırmaqdır.
Rəvayətdə nəql olunmuşdur: Həzrət Məhəmmədin (s) dostu o kəsdir ki, qohumluq baxımından ondan uzaq olsa da, Allaha itaət etsin. Peyğəmbərin düşməni isə o kəsdir ki, Peyğəmbərə (s) qohum olmuş olsa da Allaha itaətsizlik göstərsin.”("Təfsire-Məcməül-bəyan”. )
İmam Sadiq (ə) buyurmuşdur: "Ayədəki "iman gətirmiş kəslər” təbiri imamlar və onların ardıcıllarına işarədir.”("Kafi”, c. 1, səh. 416. )
Bildirişlər
1. Xalqın rəhbərə bağlılığı qəbilə, dil, məntəqə, irq bağlılığından uzaq olan məktəb bağlılığıdır.
2. Peyğəmbərlərə yaxınlıq ölçüsü onlara itaətdir.
3. İslam peyğəmbəri və müsəlmanlar İbrahim yolundadırlar və onun məqsəd və məramını davam etdirirlər.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 68-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 68-ci ayəsi nə haqqındadır?
Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.
Ali-İmran surəsi 68-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 68-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 68-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 68-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 68-ci ayənin təfsiri nədir?
"Həqiqətən, İbrahimə ən layiqli fərdlər ona itaət edənlər, bu peyğəmbər və bu peyğəmbərə iman gətirənlərdir. Allah möminlərin himayəçisidir.” Nöqtələr Ayədən məlum olur ki, iman yaxınlığı qohumluq yaxınlığından daha geniş və daha möhkəmdir. Eyni hədəfə doğru hərəkət edən, həmfikir olan insanlar bir-birlərinə zahirdə qohum olanlardan daha yaxındırlar. Çünki qohumlar əqidə və düşüncə baxımından fərqli mövqedə də ola bilərlər. İmam Sadiq (ə) vəfalı yaxınlarından birinə buyurmuşdur: "And olsun Allah...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.