Ali-İmran surəsi · 71-ci ayə

Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır və haqqı gizlədirsiniz (həqiqətin gizlin qalması üçün Tövrat və İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey kitab əhli, nə üçün haqqa batil donu geyindirirsiniz və həqiqəti gizlədirsiniz? Halbuki özünüz (onun haqq olmasından) agahsınız.
Nöqtələr
İmam Sadiq (ə) "özünüz bilirsiniz” cümləsi haqqında buyurur: «Yəni kitab əhli İslam peyğəmbərinin Tövratda zikr olunmuş sifətlərindən agah idilər. (Amma onu gizlədirdilər).(Təfisre-Qummi" c.1, səh. 105)»
Bir çox təhrifçilər islamşünas, şərqşünas, tarixçi, səyahətçi adları ilə kitablarda, tarixi məkan və zamanların qeydində özbaşınalığa yol verib, araşdırıcı adı ilə ensiklopediyalarda İslamı elə bir simada təsvir etmişlər ki, oxucu heç bir vəchlə İslam əqidəsinə üz tutmasın.
Bildirişlər
1. Don geyindirmək, haqqı gizlətmək möminləri yoldan çıxartmaq üçün düşmənin iki güclü alətidir. Əvvəlki iki ayədə azdırmaqdan danışılırdısa, bu ayədə haqqın gizlədilməsinə işarə olunur.
2. Haqqı gizlətmək haramdır və onun bəyanı vacibdir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 71-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 71-ci ayəsi nə haqqındadır?
Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır və haqqı gizlədirsiniz (həqiqətin gizlin qalması üçün Tövrat və İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?!
Ali-İmran surəsi 71-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 71-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 71-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 71-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 71-ci ayənin təfsiri nədir?
"Ey kitab əhli, nə üçün haqqa batil donu geyindirirsiniz və həqiqəti gizlədirsiniz? Halbuki özünüz (onun haqq olmasından) agahsınız. Nöqtələr İmam Sadiq (ə) "özünüz bilirsiniz” cümləsi haqqında buyurur: «Yəni kitab əhli İslam peyğəmbərinin Tövratda zikr olunmuş sifətlərindən agah idilər. (Amma onu gizlədirdilər).(Təfisre-Qummi" c.1, səh. 105)» Bir çox təhrifçilər islamşünas, şərqşünas, tarixçi, səyahətçi adları ilə kitablarda, tarixi məkan və zamanların qeydində özbaşınalığa yol verib, araşdırıc...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.